Nida Təhlil
Soçi görüşü: Bakı və Moskvanın strateji tərəfdaşlığında yeni mərhələ
İyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya
prezidenti Vladimir Putin Soçidə görüşdü. Görüş əvvəlcədən
planlaşdırılmamışdı, bu baxımdan, ictimaiyyət üçün gözlənilməz
hesab oluna bilər. Lakin hər iki liderin bu görüşü ikitərəfli
münasibətlərin inkişafı fonunda diqqət çəkir.
Publika.az xəbər verir ki, görüşdə müzakirə edilən
məsələlər də Azərbaycan-Rusiya münasibətlərinin inkişaf istiqaməti
üzrə davam etdiyini deməyə əsas verir.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin
hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və
beynəlxalq məsələləri geniş müzakirə edilib. Azərbaycan ilə Rusiya
arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha
təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi,
iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini
vurğulanıbdır. Dövlət başçıları strateji tərəfdaşlığın daha da
dərinləşdirlməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni
yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi
aparıblar.
Xüsusi diqqət çəkən məqamlardan biri Rusiya ilə Azərbaycan arasında
strateji tərəfdaşlıq münasibətlərinin inkişafının erməni lobbisni,
onun təsisi altıda ola bəzi qüvvələri, Rusiyada dövlət orqanlarına
soxulmuş və anti-Azərbaycan fəaliyyəti göstərən şəxsləri və
beynəlxalq dairələri narahat etdiyi məsələsinə toxunulmasıdır.
Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi,
habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və
dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını
şərtləndirən mühüm amillərdir. İndiyə qədər ikitərəfli
münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb
və qarşıdan gələn dövrdə hə heç bir nəticə verməyəcək.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli,
bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud
status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi
vurğulanıbdır. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və
strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf
edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin
görüləcəyini diqqətə çatdırıblar.
Göründüyü kimi, Prezident İlham Əliyevin Rusiyaya səfəri və
Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr
üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq
münasibətlərinin daha da dərinləşməsinə xidmət edib. Bu
münasibətlərin Azərbaycanın milli maraqlarına, xüsusilə Dağlıq
Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcəyi də
şübhəsizdir.
Asif
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika2 Yanvar 20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ