Nida Təhlil
Kiçik keçid və böyük münaqişə: Daha bir nəhəng ölkə iki hissəyə BÖLÜNƏCƏK
Hindistan-Çin sərhədində vəziyyət günü gündən daha çox narahatlıq doğurur. Nüvə dövlətləri bir-birini sərhəd təxribatlarında ittiham edirlər. Hindistan şimal sərhədlərində üç yeni hərbi korpus açır, Çin hərbi güclərini Tibetə çəkir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çin və Hindistan arasında yarım əsrdir davam edən sərhəd gərginliyi hind əsgərlərinin Çin sərhədini keçərək yol inşasına mane olması ilə yenidən artır.
***
“Bura bizim ərazimizdir, zəhmət olmasa, dərhal tərk edin!”, - hind əsgərləri onlarla Çin əsgərinə qışqırırdı.
İşləyən çinli əsgərlərin yanında onlara patrul keşiyi çəkən sərhədçilər və əsgərlər görünürdülər. Onlar mümkün qarşıdurmaya hazır idilər.
Çinlilər getmək əvəzinə, əyilirərək yerdən daşları seçdilər. Hind əsgərlərinə daş atdılar. Onlar da eyni qayda ilə cavab verdilər və əlbəyaxa dava başladı. Sonda zabitlər əsgərlərini davanı dayandırmağa məcbur etdilər və vəziyyət sakitləşdi. Hər iki tərəf “Bura bizim torpağımızdır!” deyərək dövlət bayraqlarını sancdilar.
***
Ladakx adlı yüksək dağlıq regionda adi toqquşma dərhal hind KİV-ində bir nömrəli mövzuya çevrildi. Təəccüblü deyil, Banqonq-So gölünün sahilindəki qarşıdurma Hindistan və Çin arasında sərhəd münaqişəsinin epizodlarından yalnız biridir. Qarşıdurma həm Pekin, həm də Nyu-Dehlidə narahatlığa səbəb olur.
Qısamüddətli müharibədə dağıdıcı məğlubiyyət
Gölün özü heç bir strateji əhəmiyyətə malik deyil: sadəcə gözəl dağ çarhovuzudur. Banqonq-Sonun suyu duzludur, içmək olmaz. Problemlərin yaranmaması üçün burda üzmək də qadağan edilib. Hətta qayıqla da olmaz. Gölün mərkəzindən onu Hindistan və Çin arasında bölən faktiki nəzarət xətti keçir.
Hindistan və Çin arasındakı uzun sərhəd yalnız iki yerdə parçalanır. Burada Nepal və Butan dövlətləri yerləşir. İlk sərhəd xətti 1914-cü ildə imzalanan konvensiya ilə müəyyən edilmişdi.
Hindistan müstəqillik əldə etməsindən və Tibetin Çinin hakimiyyəti altına qayıdışından sonra Pekin və Nyu-Dehli arasında münasibətlərdə toqquşma yarandi. Çinlilər iddia edirdilər ki, Tibet hakimiyyəti Pekin hökumətindən yan keçərək razılaşmaları dayandırmaq hüquqlarına malik deyildi və hindlilər Makmaqon xəttini (1914-cü ildə müəyyən edilib) tamamilə qanuni hesab edirdilər. Nəticədə müharibə baş verdi. Qısa müddətli, amma qanlı münaqişə nəticəsində 1962-ci ildə hind ordusu dağıdıcı məğlubiyyətə uğradı. Çinlilər sərhədin qərb sahəsində yerləşən Aksay-Çin strateji əhəmiyyətli regionu tutdular və bu, Pekinə iki ən qeyri-stabil regionu - Tibet və Sinszyanı bir-birinə bağlamağa imkan verdi. Yeni sərhəd faktiki nəzarət xətti adını aldı. Bu, hazırda faktiki olaraq, iki dövlət arasında sərhəddir. Problem ondadır ki, bu xətt indiyə qədər sərhədi müəyyən etməyib. Bu azmış kimi, Aksay-Çinin özü mübahisəli ərazidir və demək olar ki, faktiki nəzarət xətti boyunca mübahisəli ərazilər var.
Sərhədboyu bütün əsas hündürlüklər çinlilərin əlindədir və hər təpə hansısa pariteti saxlamağa çalışan hindlilər üçün strateji əhəmiyyət daşıyır.
Verilmiş dərs
Sərhədin daha bir problemli ərazisi şərqdə yerləşir. Bu, Hindistanın nəzarətində olan Arunaçal-Pradeş ştatıdır. Çinlilər hesab edirlər ki, bu ərazi britaniyalılar tərəfindən onlardan qanunsuz aalınmışdı və hətta Arunaçal-Pradeşi Cənubi Tibet adlandırırlar. 1962-ci ildə Çin hind güclərini dağıdaraq ştatın çox hissəsini tutur, ancaq sonradan bütün əsirləri qaytararaq gözlənilmədən qoşunları geri çəkirlər. Çin Xalq Respublikasının sədri Mao elan edir ki, Çin Hindistana uzun müddət yadda saxlayacağı dərs verdi.
Alçaldıcı məğlubiyyət hind hərbçiləri və siyasətçilərin yaddaşına həkk olundu. Bir neçə il əvvəl Çin sərhədin şərq hissəsində dəmir yolunu çəkmək niyyətini açıqlayanda hindlilər bildirdilər ki, bütün yeni dəmir və avtomobil körpüləri əsas döyüş tanklarının çəkisinə dözə biləcək şəkildə tikiləcək. Aksay-Çindən fərqli olaraq, Arunaçal-Pradeş sərhədində vəziyyət təxminən bərabərdir. Orada hər şey müharibə başlayacağı halda kimin birinci hərəkət etməsindən və sonrakı təchizatı hansı tərəfindən daha yaxşı həyata keçirməsindən asılıdır.
Lazımi qaydada sərhədin qoyulduğu və heç bir ərazi mübahisəsinin olmadığı yeganə yer Hindistanın Sikkim ştatının ərazisidir. Hind hərbçiləri burada özünü arxayın hiss edirlər, bütün hakim hündürlüklər və aşırımlar onların əllərindədir. Qəribə təsadüfdür ki, indiki sərhəd münaqişəsi məhz orada baş verib.
Kiçik yol və böyük münaqişə
Daha bir mübahisəli ərazi Hindistan, Çin və Butan sərhədində yerləşən Doklam bölgəsidir. Hindlilər və Butan sakinləri əmindirlər ki, Doklam Butana aiddir, çinlilər onu öz ərazisi hesab edirlər.
Bir neçə il əvvəl Çin hərbi inşaatçıları növbəti əmək igidliyi göstərərək Himalay vasitəsilə Doka-La aşırımına avtomobil yolu çəkdilər. Hindlilər bunu sakit qarşıladılar. Amma iyunun başlanğıcında çinlilər qərar verdilər ki, yolu cənuba - Cimpxri dağ silsiləsinə uzatmaq lazımdır. Nyu-Dehlidə siyasətçilər və hərbiçilər bundan çox hiddətləndilər.
Məsələ ondadır ki, çinlilər Cimpxriyə çıxarsa və hakim hündürlükləri tutarsa, Siliquri dağ keçidindən heç nə qalmayacaq. Bu keçid Hindistanın şimal-şərq ştatlarını ölkənin əsas ərazisi ilə birləşdirir. Hərbi münaqişə başlayarsa, Hindistanı iki yerə bölmək üçün çinlilərə bir neçə saat kifayət edəcək.
Və iş yalnız bunda deyil. Butan müdafiə əvəz olaraq xarici siyasətdə müstəqilliyini Hindistana verib. Hindistan cənub qonşusunun müdafiəsini təmin etməlidir. Məlum olsa ki, Butan sakinləri Nyu-Dehliyə əbəs yerə bel bağlayırdılar, o halda Hindistan regional liderlik haqqında xəyalları və böyük dövlət olmaq perspektivləri ilə vidalaşmalı olacaq. Kim ən yaxın müttəfiqinə kömək etməyi bacarmayan ölkəyə inanacaq?
Buna görə də çinlilərin Cimpxriyə yolu tikməyə başlamasından iki gün sonra hind hərbçiləri buna mane oldular. Çinlilər yolun tikintisini müvəqqəti də dayandırıblar. Amma Pekində bildirirlər ki, qarşıdakı işlər haqqında hindliləri diplomatik kanallarla xəbərdar ediblər. Nyu-Dehli isə elan etdi ki, heç bir xəbərdarlıq almayıblar.
Müharibə heç kəsə lazım deyil
Bütün sərt bəyanatlara və qoşunların hərəkətlərinə baxmayaraq, indi nə Nyu-Dehlidə, nə də Pekində böyük müharibəni istəmirlər. Kiçik sərhəd münaqişəsi çıxış yolu deyil. Məğlubiyyət regional liderlik iddialarından avtomatik imtina anlamına gəlir. Məhz Hindistan və Çin regional liderlik uğrunda mübarizə aparır. Qələbənin qiyməti isə çox böyük olacaq.
Amma sərhəddə təsadüfi atəş tərəflərin arzusuna əksinə olaraq, münaqişənin eskalasiyasına gətirib çıxara bilər. Bunun baş verməməsi üçün sərhəd xətti boyu hind və Çin generalları tez-tez yerli səviyyədə görüşürlər. Tamamilə gözlənilməyən nəsə baş verməsə, nüvə müharibəsi gözlənilmir.
Ömər Dağlı
-
İdman22:05
Millimiz Slovakiyaya da uduzdu - VİDEO/YENİLƏNDİ
-
Dünya21:29
İsrail hərbçiləri Livanda 800 metrlik bunker tapdı
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT