Nida Təhlil
Qışda Qarabağ müharibəsi BAŞLAYA BİLƏR: Putinin adamı AÇIQLADI
Dünən Cenevrədə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü baş tutdu.
Publika.az xəbər verir ki, görüşün nəticələri ilə bağlı
bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və
danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir.
Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ
münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.
Sarkisyan danışıqları ləngidəcək
Rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq
Kuznetsov hesab edir ki, Serj Sarkisyan bundan sonra
Qarabağın statusu mövzusunu irəli sürərək, danışıqları ləngitməyə
çalışacaq: “Unutmaq lazım deyil ki, Ermənistanda Sarkisyanın
mövqeyi güclənib və daxili siyasətdə dividendlər əldə edib. Buna
görə də düşünürəm ki, o, növbəti danışıqlarda Bakı üçün
qəbuledilməz olan məsələləri gündəliyə çıxaracaq. İlham Əliyevin
danışıqlarda mövqeyi həmişə birmənalı olub və bundan sonra da belə
olacaq. Sarkisyanın yanaşması isə növbəti neqativ halların
yaşanmasına gətirib çıxaracaq”.
Qışda müharibə...
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi
Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə
bildirib ki, Qarabağda payız-qış aylarında yeni müharibə
gözlənilirdi və bu risk hələ də gündəmdədir.
“Prezidentlərin görüşü hər şeydən öncə münaqişə bölgəsində
vəziyyətin kəskinləşməsinin qarşısını almağa kömək edə bilər.
Hərçənd, bölgədə vəziyyyətin yenidən alışması potensialı yüksəkdir.
Proqnozlarıma görə, partlayış payız-qış dövründə ola bilərdi. Çünki
yayda hər iki ölkə turistlərin axınında maraqlıdır. Bu ehtimal
fikrimcə, yüksəkdir. Hesab edirəm ki, tərəflər hərbi eskalasiyanın
olmaması üçün danışıqları davam etdirəcəklər. Lakin onların buna
nail olacaqlarını, yaxud olmayacaqlarını indidən demək çətindir”, -
deyə Markov vurğulayıb.
Asif
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO