Nida Təhlil
Son qalaya HÜCUM, Rusiyanı dayandırmağın YOLU… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Rusiya, Türkiyə və İran Baş Qərargah rəisləri arasında görüş keçiriləcək. Türkiyə prezidenti ABŞ-ı İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərməkdə ittiham edib. Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq. İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyata başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü haqda açıqlama verib. Ərdoğan görüşdə Putinlə Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyini bildirib.
Türkiyə prezident qeyd edib ki, görüşdə Putinə Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağı təklif edib.
“O, (Vladimir Putin) özü də belə düşünür. Lakin tərəflərin tutduğu mövqeyə görə onda xüsusi ümid yoxdur. Mən ona beş rayonun azad edilməsi və ermənilərin bu əraziləri tərk etməli olduğu haqda qərarı xatırlatdım”, - deyə o, bildirib.
Ərdoğan Azərbaycan ərazilərinin işğalı faktının BMT Təhlükəsizlik Şurası tərəfindən tanındığını xatırladıb.
“Bununla belə erməni hərbi birləşmələri bu rayonları tərk etmir. Əgər rayonlar azad ediləcəksə, bu torpaqların sahibləri evlərinə qayıda biləcəklər”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Rusiya, Türkiyə və İran Baş qərargah rəisləri arasında görüş keçiriləcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, görüş üç ölkənin liderlərinin 22 noyabrda Soçidə keçiriləcək görüşündən əvvəl baş tutacaq.
O, görüşdə əsas müzakirə mövzusunun Suriya məsələsi olacağını bildirib.
ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərir. Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.
“ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, - Ərdoğan deyib.
Türkiyə prezidenti həmçinin ABŞ-ın ikitərəfli razılaşmaları daim pozduğunu qeyd edib.
“Münbicdə və Rakkada birlikdə işləməyi təklif etdik. Onlar söz verdilər ki, bu şəhərlərdə PYD-nin heç bir üzvü qalmayacaq, bizdən narahat olmamağımızı istədilər. Amma verdikləri sözü yerinə yetirmədilər. ABŞ-da rəhbərlik dəyişdi, amma hər şey əvvəlki kimi qaldı”, - Ərdoğan vurğulayıb.
Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq. Bunu ABŞ Hərbi-Hava Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib.
O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil bombardmançıları ilə bağlı da ola bilər.
Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Türkiyə NATO-nun Norveçdə keçirilən hərbi təlimlərində prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəkillərini hədəf kimi seçilməsinə sərt reaksiya verib. Ölkə prezidentinin təlimatı ilə təlimlərdə iştirak edən 40 tük hərbçisi geri çağırılıb.
Ankaranın bu addımından sonra ilk şərh NATO-dan gəlib. Məlumata görə, Ərdoğan və Atatürkün şəkillərini hədəf taxtasına yerləşədirən hərbçi ordudan uzaqlaşdırılıb.
NATO-nun baş katibi Yens Stoltenberq hadisə ilə bağlı bəyanat verib. O, baş verənlərlə əlaqədar Türkiyədən üzr istəyib.
Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.
BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Suriyada kimyəvi hücumların araşdırılmasına dair birgə mexanizm 2015-ci ildə yaradılıb. 2016-cı ildə qeyd olunan mandatın müddəti bir illik uzadılıb. Onun müddəti noyabrın 17-si başa çatır.
Qeyd edək ki, səsvermə başlamazdan əvvəl Rusiya özünün hazırladığı qətnamə layihəsini geri çağırıb.
Xatırladaq ki, Rusiya 24 oktyabr tarixində də Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bloklayıb.
İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyatın başlandığını elan edib. Bu haqda İraq ordusunun Baş qərargahından bildirilib.
Suriya sərhədində yerləşən Əl-Qaim və Rava şəhərləri ölkədə terrorçuların son qalası hesab olunurdu. Əl-Qaim ötən həftə azad edilib.
ABŞ-ın adi silahlar baxımından Rusiya və Çin qarşısında üstünlüyü artıq əvvəlki kimi çox deyil. Bunu Fletçer adına Sülh və Diplomatiya Məktəbində çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford söyləyib.
“Bizim üstünlüyümüz son 10-15 il ərzində eroziyaya məruz qalıb. Moskva və Pekin öz resurslarını daha çox radioelektron mübarizəyə, kiberimkanların genişləndirməsinə, peyklərlə mübarizəyə, gəmi əleyhinə qanadlı və ballistik raketlərin təkmilləşdirilməsinə yönəldirlər. Bununla Çin və Rusiya Vaşinqtonun Sakit okean regionu və Avropada gücünü zəiflətmək və onun müttəfiqləri üzərində öhdəliklərini icra etməyə maneə yaratmaq istəyirlər. Onlar bizim 1990-cı ildən bəri apardığımız hərbi əməliyyatları dəyərləndirərək, Amerikanın adi silahlanmadakı üstünlüyünə qarşı müqavimət göstərə biləcək vasitələrin inkişafına yatırımlar edirlər. Rusiya nə ABŞ, nə də NATO ilə savaşmaq istəyir. Moskva sadəcə iqtisadi, siyasi metodlarla, eləcə də kiber əməliyyatlar və hərbi potensialından istifadə edərək, öz maraqlarını qoruyur. Bizə dinc şəraitdə kiberəməliyyatların keçirilməsi qadağan olunub, amma onlarda belə məhdudiyyət yoxdur”, – deyə o bildirib.
“Söhbət Rusiyada siyasi sistemin dəyişdirilməsindən gedirsə, onda bu ölkəyə qarşı sanksiyalar işləmir”. Bunu ABŞ dövlət katibinin Avropa və Asiya üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.
Bununla belə, diplomat hesab edir ki, beynəlxalq arenada Moskvanın davranışının dəyişdirilməsi baxımından sanksiyalar effekt verir.
“Çoxları hesab edir ki, etdiklərinə görə bədəl ödəməli olmasa, Ukraynadan sonra Rusiya hətta özünü Baltikyanı ölkələrlə bağlı daha təcavüzkar aparacaq. Sanksiyalar bu planda öz rolunu oynaya bilər, hərçənd bu haqda danışmaq vaxtından tezdir”,- Brayza bildirib.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin115 Oktyabr 20:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO