ABŞ-dan İrəvana Qarabağ MESAJI, yeni oyunun ŞİFRƏLƏRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

ABŞ-dan İrəvana Qarabağ MESAJI, yeni oyunun ŞİFRƏLƏRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlıqda böyük gücləri toplayır. Türkiyənin Xarici İşlər Nazirliyi Afinada Türkiyə bayrağının yandırılmasına sərt reaksiya verib. Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında yerləşən Şərqi Qutada bu gün yeni humanitar dəhliz fəaliyyətə başlayıb. Rusiyaya qarşı yaxın bir həftə ərzində yeni sanksiyalar elan edilə bilər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur. Bunu ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib.

Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror qruplaşması genişmiqyaslı hücum üçün İraqla sərhədin yaxınlıqda böyük gücləri toplayır. Bu haqda “Al-Masdar News” nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, çox güman ki, terrorçular Fərat və Xabur çayları boyun üzrə yerləşən əsas rayonları öz nəzarəti altına qaytarmağa çalışacaqlar. Sözügedən bölgədə kifayət qədər böyük şəhərlər, həmçinin bir sıra neft yataqları var.

Əgər informasiya düzgündürsə, minlərlə döyüşçünün hədəfi Deyz-ez-Zor və El-Haseke əyalətlərində yerləşən və ABŞ tərəfindən dəstəklənən qruplaşmalar (söhbət “Suriya Demokratik Gücləri”ndən gedir, əsas hissəsini PYD təşkil edir – red.) ola bilər. Nəşr qeyd edir ki, onların mövqeləri hökumət gücləri və İraq gücləri ilə müqayisədə kifayət qədər zəifdir.

Bundan başqa, bildirilir ki, İŞİD yenidən qruplaşmağa vaxt tapıb, çünki ona qarşı duran silahlı qruplaşmaların bir hissəsi mövqelərini tərk edərək Afrinə yollanıb. Məqsəd burada “Zeytun budağı” əməliyyatı həyata keçirən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı döyüşməkdir.

“Al-Masdar News” əlavə edir ki, Fəratın şərq sahilində yerləşən səhra rayonlarında (Fəratın şərq sahilinə ABŞ nəzarət edir –red.) İŞİD-in minlərlə döyüşçüsü qalıb.

“Al-Masdar News”ın xəbəri isə Türkiyənin “Yeni Şəfəq” nəşrinin irəli sürdüyü iddiaları gücləndirir. Daha əvvəl “Yeni Şəfəq” nəşri xəbər verib ki, ABŞ dünyaya ““Zeytun budağı” əməliyyatı diqqətləri İŞİD-lə mübarizədən yayındırır” tezisini yaymağa və İŞİD təhdidi ilə bağlı təşviş yaratmağa çalışır. Bildirilir ki, “Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə planları pozulan ABŞ Türkiyəyə qarşı İŞİD kartından istifadə etməyə çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin Xarici İşlər Nazirliyi Afinada Türkiyə bayrağının yandırılmasına sərt reaksiya verib. “Yunanıstan hakimiyyətinin günahkarların tezliklə saxlanılmasını və məhkəmə qarşısına çıxarılmasını gözləyirik”, - bəyanatda deyilir.

Xatırladaq ki, martın 5-də Yunanıstanın radikal sağçı “Hrisi Avqi” (“Qızıl Şəfəq”) Partiyasının rəhbəri, milıət vəkilləri və partiyanın tərəfdarları Türkiyə səfirliyi istiqamətində hərəkət etmək istəyiblər. Lakin çevik qüvvələri tərəfindən təxminən 500 nəfərlik qrupun səfirliyin qarşısına yürüşünün qarşısı alınıb.

Onlar daha sonra Türkiyə bayrağını yandıraraq, “Türkləri unutmuruq, intiqam alacağıq” deyiblər.

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək. Bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.

Xatırladaq ki, Rusiya, İran və Türkiyənin liderləri - Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan 2017-ci il noyabrın 22-də Soçidə görüşüblər. Sammitdə əsas müzakirə mövzusu Suriya böhranının siyasi nizama salınması və terrorizmlə birgə mübarizə olub.

2018-ci il yanvarın 30-da Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi bu prosesdə növbəti addım oldu. Tədbirin iştirakçıları konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşması haqqında qərar qəbul ediblər.

Suriyanın paytaxtı Dəməşq şəhəri ətrafında yerləşən Şərqi Qutada bu gün yeni humanitar dəhliz fəaliyyətə başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi bildirib.

Açıqlamaya görə, bölgədəki bəzi müxalif döyüşçülər Şərq Qutanı tərk etməyə hazırdırlar. Onların ailələri və silahları ilə birlikdə bölgədən çıxmasına icazə verilir.

Rusiya Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yaxasını qurtarmaq istəyir. Bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kots deyib. Onun sözlərinə görə, Rusiya bu sanksiyaları dəlməklə Qərbin birliyini pozmağa və onun Ukrayna ilə bağlı mövqeyini zəiflətməyə çalışır:

“Moskva antiamerika baxışlarını genişləndirir və bununla da demokratik proseslərə zərbə endirmək istəyir. Bunun üçün Rusiya təsir əməliyyatlarından yararlana bilər. Belə ki, çətinləşən indiki şəraitdə bu cür vəziyyət bahalı deyil və az risklidir.

Rusiya ABŞ və Avropadakı müttəfiqləri arasında münasibətləri zəiflətməyə, bununla da sanksiyalardan qurtulmağa çalışır. Rusiya dayanmayacaq və 2018-ci ildə daha cəsarətli və dağıdıcı kiberəməliyyatlar aparacaq”.

Sanksiyalar siyahısının genişləndirilməsi güc deyil, zəiflik əlamətidir. Bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyevin “Dünya nizamı 2018” filmində söyləyib.

Onun sözlərinə görə, sanksiyalarınn hədəfi Rusiyanın güclənməsinin qarşısını almaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyaya qarşı yaxın bir həftə ərzində yeni sanksiyalar elan edilə bilər. Bunu jurnalistlərə açıqlamasında ABŞ Milli Kəşfiyatının rəhbəri Daniel Kots söyləyib. Onun özlərinə görə, hələlik bu sanksiyalar nəzərdən keçirilir.

Qeyd edək ki, ABŞ Maliyyə naziri Stiven Mnuçin də yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini demişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm