İrəvanda məxfi RAZILAŞMA, son qərarın TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanda məxfi RAZILAŞMA, son qərarın TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İran prezidenti Azərbaycana rəsmi səfərə gəlib. ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Respublika Partiyası Serj Sərkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək. ABŞ rəsmiləri ilə PYD liderləri arasında Münbiçdə keçirilən toplantıda şəhərin Azad Suriya Ordusuna təhvil verilməsi haqda qərar qəbul edilib. Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın martın 30-da ABŞ-a gedəcək. Şimali Koreya liderinin Çinə qeyri-rəsmi səfəri barədə məlumat açıqlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İraq və Suriyada növbəti hədəflərini açıqladı.

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. İkigünlük səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub.

ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Bunu ABŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir. Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. Bunu Ermənistanın “Birinci informasiya” xəbər saytının müxbiri ilə söhbətində Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan bildirib.

Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında çox ciddi toqquşma var. Qriqoryan qeyd edir ki, toqquşmanın əsas səbəbi ondan ibarətdir ki, “ölkənin prezidenti adlandırılan şəxs” daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Respublika Partiyası Serj Sərkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Diasporlarla İş üzrə naziri Qranuş Akopyan deyib.

Qeyd edək ki, Ermənistanda yeni baş nazirin adı aprelin 2-də bəlli olacaq. Baş naziri parlament seçəcək. Bununla da Ermənistan parlamentli idarəetmə sisteminə keçəcək.

ABŞ “Zeytun budağı” hərəkatının başladığı gün – 20 yanvar 2018-ci il tarixində Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə və Suriyadakı PKK-çılara dəstək verən İncirlik hərbi bazasını boşaldıb. Yanvarın 19-da gecə radələrində bazadakı F-16, F-15 və A-10 qırıcıları çıxarılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ rəsmiləri ilə PYD liderləri arasında Menbiçdə keçirilən toplantıda şəhərin Azad Suriya Ordusuna təhvil verilməsi haqda qərar qəbul edilib. “Habertürk” qəzetinin məlumatına görə, ABŞ Türkiyənin Menbiçlə bağlı qəti mövqeyindən sonra belə bir addım atıb. Toplantıda şəhərin müəyyən yerlərində ABŞ hərbçilərinin olmasına qərar verilib.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Afrindən sonra Menbiçin də terrorçulardan azad edəcəklərini açıqlamışdı.

“Fərat Qalxanı” və “Zeytin Budağı” hərəkatları ilə terrorla mübarizə mövzusundakı qərarlılığımızı göstərdik. İraq rəhbərliyi də bu mövzudakı həssaslığımızı bilir”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə ordusunun İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı əməliyyatın keçirmə ehtimalını şərh edən prezident rəsmi Bağdadın Ankaraya dünən gecə bir xəbər göndərdiyini bildirib: “Bizə “Hazırda Sincarda lazımı əməliyyatı bir neçə istiqamətdən başladıq” dedilər. İndi İraq kəşfiyyatının rəhbərliyində yeni şəxs var. Hakan bəyin (Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan –red.) həmkarı. Onlar müzakirələr aparırlar. Müzakirələrdə irəliləyişin olduğunu bildirirlər. İraq terrorçuları Sincardan çıxararsa, çox yaxşı. Əks halda, sərhədimizin 60 kilometrliyindəki Sincarda özümüz əməliyyat keçirəcəyik”.

Prezident Suriyanın Münbiç şəhərində də əməliyyatın keçiriləcəyini vurğulayıb: “Bir gecə qəfildən gələ bilərik. Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”.

Sincar bölgəsində PKK-nın varlığı Türkiyəyə təhdidir. Onların Sincardan çəkilməsini görmək istəyirik. Bu açıqlama ilə ABŞ Müdafiə naziri Ceyms Mettis çıxış edib.

"Sincarda PKK-nın olması Türkiyəyə qarşı təhdiddir. Bilirsiniz ki, PKK ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Bir çox günahsız türkü öldürdülər və PKK-nın Sincar ərazisindən geri çəkildiyini görmək istəyirik", - Mettis qeyd edib.

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın martın 30-da ABŞ-a gedəcək. Səfər zamanı Münbiçin PKK terror təşkilatından təmizlənməsi ilə bağlı müzakirələr aparılacaq.

ABŞ dövlət katibinin köməkçisi Con Sullivan ilə keçiriləcək görüşdə həmçinin, Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq mövzular müzakirə ediləcək.

Müzakirələr zamanı 8-9 mart tarixlərində Vaşinqtonda keçirilmiş işçi qrupunun iclaslarının nəticələri qiymətləndiriləcək.

Britaniyada Sergey Skripalın zəhərlənməsi Rusiya tərəfindən Qərb ölkələrinin birliyinin pozulması üçün planlaşdırılıb. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis deyib.

“Ruslar NATO-nun – Qərb alyansının birliyini pozmağa cəhd edirlər. Ruslar hərbi formalarındakı işarələri çıxarıb Krıma gedir, daha sonra Ukraynadakı hadisələrlə bağlı heç bir bağlılıqlarının olmadığını deyirlər. Rusiyanın Avropa ilə tərəfdaşlıq münasibətlərini qurmaq imkanı var, amma o başqa yolu seçir”, – deyə o bildirib.

Bundan sonra Britaniyanın bütün qurumları ölkənin milli təhlükəsizliyini təmin edəcəklər. Bunu jurnalistlərə açıqlamasında Britaniya Baş naziri Tereza Mey deyib. Onun sözlərinə görə, yeni milli təhlükəsizlik doktrinası Skripal olayı, London və Mançester teraktları ucbatından qəbul edilib.

O, bundan sonra milli təhlükəsizlik sferasındakı hər məsələ üzrə məsul şəxsin təyin olunacağını bildirb.

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları arasında Xarici Kəşfiyyat Xidmətinin zabitləri var. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Onların sayı o qədər də çox deyil. Onlar Rusiya səfirliklərinin təhlükəsizliyini təmin ediblər. Deportasiya edilən diplomatlar arasında bu ölkələrdə Xarici Kəşfiyyat Xidmətinin rəsmi nümayəndələri kimi təmsil olunan şəxslər də var”, – deyə o bildirib.

O bildirib ki, rus diplomatların Qərb ölkələrindən çıxarılması çirkli provokasiyadır. “Bu, rusofobiya atmosferi formalaşdıran ölkələr qrupu tərəfindən provokasiyadır. Onların addımlarına adekvat və daha sərt cavab veriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, son 2 gün ərzində Skripal insidentinə görə dünyanın 28 ölkəsindən 146 rus diplomatı qovulub. ABŞ isə bu rəqəmin 151 olduğunu açıqlayıb.

Slovakiya konsultasiyalar üçün Rusiyadakı səfirini geri çağırır. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Miroslav Layçak jurnalistlərə bildirib.

Layçakın sözlərinə görə, Slovakiya 20 il ərzində ilk dəfə diplomatik missiyanın rəhbərini Rusiyadan çağırır. Bu, “Skripal işi” üzrə Londonun Moskvanın ünvanına səsləndirdiyi ittihamlarla bağlıdır.

Qeyd edək ki, “Skripal işi” ilə əlaqədar Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ özünün hərbi qüvvələrini yenidən Baltikyanı ölkələrdə yerləşdirməlidir. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces deyib.

“Fikrimcə, logistika və ya hava hücumundan müdafiə qüvvələrini Baltikyanı ölkələrdə yerləşdirmək lazımdır. Bu, Rusiyanın qarşısının alınmasında faydalı ola bilər. Bunun sayəsində ABŞ hərbçiləri Estoniya, Litva və Latviyada həmişəlik qala bilərdilər”, – deyə o bildirib.

Şimali Koreyanın “Şinhua” xəbər agentliyi dövlət başçısı Kim Çen Inın 25-28 mart tarixində Çinə qeyri-rəsmi səfər gerçəkləşdirdiyini yazıb. Səfərdə iki ölkənin liderləri Koreya yarımadasındakı son hadisələrdən, Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə ayrı-ayrı həyata keçirəcəyi liderlər zirvəsindən danışıb.

Şimali Koreya lideri bildirib ki, ölkəsi Cənubi Koreya ilə olan münasibətləri sülh və əməkdaşlıq çərçivəsində inkişaf etdirməkdə qərarlıdır. Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri eyni zamanda vəzifəyə gəldiyi 2011-ci ildən bəri etdiyi ilk xarici səfərdir.

Qeyd edək ki, Kim Çen Inın aprel ayının sonunda Cənubi Koreya lideri Mun Cay, may ayına qədər isə ABŞ prezidenti Donald Trampla bir araya gəlməsi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm