Ermənistana AĞIR ZƏRBƏ, qaçılmaz SAVAŞ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistana AĞIR ZƏRBƏ, qaçılmaz SAVAŞ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İran prezidenti martın 28-də Azərbaycana rəsmi səfərə gəlib. İşğalçı dövlət kimi Ermənistan daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir. ABŞ maliyyə yardımı ayırmaqdan imtina edib. Türkiyə Silahlı Qüvvələri və ASO Tel-Rıfatda nəzarəti tam ələ keçirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın İraq və Suriyada növbəti hədəflərini açıqlayıb. Rusiya və Qərb arasında “Skripal işi” üzrə gərginlik artmaqdadır. KXDR lideri dövlət başçısı postunda ilk xarici səfərini edib. Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya aprelin 27-də Koreya sammitinin keçirilməsi barədə razılaşıb.

Azərbaycan, Dağlıq Qarabağ

İran prezidenti Həsən Ruhani martın 28-də Azərbaycana rəsmi səfəri gəlib. İkigünlük səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Həsən Ruhaninin görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İşğalçı dövlət kimi Ermənistan daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Bunu ABŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Ermənistan xarici işlər nazirinin substantiv danışıqlara qarşı xüsusi fobiyası vardır. 2017-ci ilin payızından etibarən danışıqların predmetli və konkret əsasda aparılması deyəsən Ermənistan xarici işlər nazirini ciddi surətdə narahat edir". Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İki il əvvəl Dağlıq Qarabağda baş verən aprel döyüşləri qaçılmaz idi. Nisbi tarazlığın iflası onun səbəbi oldu”. Bunu Rusiyanın “Kommersant” nəşrində Strategiyalar və Texnalogiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko yazıb.

Mərkəzinin direktor müavini hesab edir ki, tarixi təcrübə güc balansının kəskin dəyişdiyi vaxtda silahlı konflikt riskinin ciddi artdığını göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

“Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir. Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. Bunu Ermənistanın “Birinci informasiya” xəbər saytının müxbiri ilə söhbətində Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan bildirib.

Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında çox ciddi toqquşma var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Respublika Partiyası Serj Sərkisyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Diasporlarla İş üzrə naziri Qranuş Akopyan deyib.

Qeyd edək ki, Ermənistanda yeni baş nazirin adı aprelin 2-də bəlli olacaq. Baş naziri parlament seçəcək. Bununla da Ermənistan parlamentli idarəetmə sisteminə keçəcək.

Rusiya Ermənistana yeni müdafiə krediti razılaşması çərçivəsində silah tədarükünə bu il başlayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Vladimir Drojjov deyib.

Qeyd edək ki, Ermənistan indiyə qədər Rusiya ilə iki müdafiə kreditinə imza atıb. İlk kredit 2015-ci ildə verilib və həcmi 200 milyon dollar olub. İkinci kredit isə keçən il imzalanıb və həcmi 100 milyon dollardır. Ermənistan bu borcunu 15 il ərzində geri qaytarmalıdır.

Məhz birinci müqavilə sayəsində Rusiya Ermənistana bölgə üçün təhdid yaradan “İsgəndər” raketlərini verib. İrəvan ikinci müqaviləni imzalayarkən əsas alacağı silahların yenə də strateji xarakterli olacağını bildirib.

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən daha əvvəl bəyənilmiş Amerika büdcəsinin layihəsini imzalayıb. Ermənistan Gürcüstandan və Ukraynadan fərqli olaraq, maliyyə köməyi almayacaq.

Gürcüstana ən azı 105 milyon 325 min, Ukraynaya isə 420 milyon 700 min dollar maliyyə köməyinin göstərilməsi nızərdə tutulur. Bu məbləğə Ukraynaya ayrılan 200 milyonluq hərbi yardım daxil deyil.

Xatırladaq ki, daha əvvəl Ermənistana 60 milyon dollar yardımın ayrılması çağırışı ilə Konqresin 37 üzvü müraciət etmişdi. Onlar 30 milyon iqtisadi və 30 milyon hərbi, həmçinin Yaxın Şərqdən erməni qaçqınları üçün 20 milyon dolların ayrılmasını xahiş edirdilər.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” hərəkatında Afrindən sonrakı hədəf olan Tel-Rıfat mahalında nəzarəti tam ələ keçirib. Türkiyə KİV-inin daha əvvəl yazdığına görə, Münbiç və Tel-Rıfatın ələ keçirilməsindən sonra Hələbə qədər 30 kilometr genişliyində təhlükəsiz bölgə qurulacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“S-400 zenit-raket komplekslərinin alınması F- 35 qırıcılarının alınmasına təsir etmir”. Bunu ölkənin müdafiə naziri Nurəddin Canikli bildirib.

Onun sözlərinə görə, S-400-lən alınması ilə bağlı hər hansı çətinlik yoxdur. Nazir hətta zenit-raket komplekslərinin nəzərdə tutulduğundan daha əvvəl Türkiyəyə çatdırıla biləcəyini deyib.

“S-400-lərin alınması F-35 layihəsinə təsir etmir. S-400-lərlə bağlı razılaşmanın əldə edilib və hətta onun reallaşması müddətini qabağa çəkmək üçün zaman-zaman görüşürük. Bu məsələnin F-35 layihəsi ilə əlaqəsi yoxdur, ayrı-ayrı layihələrdir. Beynəlxalq qaydalar var. Biz öz öhdəliklərini yerinə yetirdik”, - müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresində görüşlər keçirən türkiyəli parlamentarilərdən ibarət heyətə başçılıq edən Volkan Bozkır Konqresdə “Rusiyadan S-400-ləri alsanız, biz də sizə F-35 döyüş təyyarələrini satmarıq” kimi bir yanaşmanın olduğunu bildirib.

ABŞ rəsmiləri ilə PYD liderləri arasında MÜnbiçdə keçirilən toplantıda şəhərin Azad Suriya Ordusuna təhvil verilməsi haqda qərar qəbul edilib. “Habertürk” qəzetinin məlumatına görə, ABŞ Türkiyənin Menbiçlə bağlı qəti mövqeyindən sonra belə bir addım atıb. Toplantıda şəhərin müəyyən yerlərində ABŞ hərbçilərinin olmasına qərar verilib.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Afrindən sonra MÜnbiçin də terrorçulardan azad edəcəklərini açıqlayıb.

“Fərat Qalxanı” və “Zeytin Budağı” hərəkatları ilə terrorla mübarizə mövzusundakı qərarlılığımızı göstərdik. İraq rəhbərliyi də bu mövzudakı həssaslığımızı bilir”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan səfərindən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib:

“Bizə “Hazırda Sincarda lazımı əməliyyatı bir neçə istiqamətdən başladıq” dedilər. İndi İraq kəşfiyyatının rəhbərliyində yeni şəxs var. Hakan bəyin (Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan –red.) həmkarı. Onlar müzakirələr aparırlar. Müzakirələrdə irəliləyişin olduğunu bildirirlər. İraq terrorçuları Sincardan çıxararsa, çox yaxşı. Əks halda, sərhədimizin 60 kilometrliyindəki Sincarda özümüz əməliyyat keçirəcəyik”.

Prezident Suriyanın Münbiç şəhərində də əməliyyatın keçiriləcəyini vurğulayıb: “Bir gecə qəfildən gələ bilərik. Əməliyyatın təqvimi və marşrutunu verməklə düşməni oyandırmaq doğru olmazdı. Bu cür planları hərbi rəhbərlik səviyyəsində aramızda müzakirə edirik”.

Fransanın PYD-YPG terror qruplaşmalarına dəstək barədə zəmanət verməsi Türkiyəyə hücum edən terrorçularla açıq şəkildə həmrəylik və əməkdaşlıq deməkdir. Bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Təəssüf ki, Fransa dürüst deyil, bunu üzlərinə də söyləyirik. Fransanın bizimlə terrorçular arasında vasitəçilik etmək təklifi qəbuledilməzdir. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Sən kimsən ki, vasitəçilik edəsən? Vasitəçilik etmək cürətini haradan tapırsan? Fransa obyektivliyini tamamilə itirib. Fransanın bir-biri ilə təzad təşkil edən açıqlamalarının heç birini ciddi qəbul etmirik. Bu cür təklifləri də lap əvvəldən rədd edirik”, - Çavuşoğlu bildirib.

“Boyunu aşan işlərə girişmə. Siz terror təşkilatları ilə birlikdə müzakirə masasına otura bilərsiniz, amma Türkiyə mübarizəsini Afrindəki kimi aparacaq”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun PYD/YPG terror təşkilatı ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Son vaxtlar Fransanın sərgilədiyi yanlış davranışına görə təəssüfümüzü bildirmək istəyirəm. Ötən həftə görüşdüm, baxdım qəribə-qəribə şeylər söyləyir. Özünə də söyləmək məcburiyyətində qaldım: bizim silahlı qüvvələrimizin əsla qəbul etməyəcəyi bir yerə oturmaq kimsənin həddi deyil”, - Ərdoğan bildirib.

Xatırladaq ki, Fransa prezidenti Türkiyə ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında vasitəçilik etməyə hazır olduqlarını bildirib.

Sincar bölgəsində PKK-nın varlığı Türkiyəyə təhdidir. Onların Sincardan çəkilməsini görmək istəyirik. Bu açıqlama ilə ABŞ Müdafiə naziri Ceyms Mettis çıxış edib.

"Sincarda PKK-nın olması Türkiyəyə qarşı təhdiddir. Bilirsiniz ki, PKK ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Bir çox günahsız türkü öldürdülər və PKK-nın Sincar ərazisindən geri çəkildiyini görmək istəyirik", - Mettis qeyd edib.

Suriyanın şimalında YPG/PKK terror təşkilatının işğalı altında olan bölgələrdə “Suriyanın gələcəyi” adlı partiya qurulub. ABŞ-ın bölgədəki səlahiyyətli nümayəndələri son aylarda artan səfərləri zamanı partiyanın formasını və strategiyasını təyin edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ yaxın vaxtlarda Suriyadan çəkiləcək. Bu haqda ABŞ-ın prezidenti Donald Tramp bildirib. Ağ Evin başçısının sözlərinə görə, İŞİD terror qruplaşması tutduğu əraziləri tezliklə tamamilə itirəcək.

“Amma biz oradan çox tezliklə getməyə, aid olduğumuz və olmaq istədiyimiz ölkəmizə qayıtmağa hazırlaşırıq”, - prezident Ohayo ştatında çıxışında deyib.

ABŞ prezidenti Donald Tramp Xarici İşlər Nazirliyinə YPG (PKK-nın Suriya qolu) terror təşkilatının nəzarət etdiyi ərazilərin yenidən qurulması üçün ayrılan 200 milyon dollarlıq yardımı dayandırıb. ABŞ rəsmiləri bununla Ağ evin ABŞ-ın Suriyadakı rolunu dəyərləndirdiyini iddia edir.

Məlumata görə, yardımın dayandırılması barədə qərar Trampın ABŞ ordusunun Suriyadan çəkiləcəyinə dair çıxışına paralel olaraq verilib. Bu qərarın son vaxtlar Suriyada vəziyyətin dəyişməsi ilə əlaqədar olduğu bildirilir.

Suriyada ABŞ və Rusiyanın dəstəklədiyi silahlı qruplaşmaların toqquşmasının qarşısı son anda alınıb. Gərginliyə tərəflər arasındakı telefon danışığından sonra son qoyulub. Həftənin əvvəlində baş verən gərginliyin detallarını ABŞ-ın Müdafiə naziri Ceyms Mettis açıqlayıb.

“Hadisə Fəratın şərqində Deyr əz-Zor bölgəsində baş verib. Rusiyanın dəstəklədiyi qüvvələr daha yaxın mövqe qazanmaq üçün hərəkətə keçmişdi”, - Mettis bildirib.

Mettis həmçinin ABŞ Baş Qərargah rəisi general Cozef Danfordla rusiyalı həmkarı Valeri Gerasimovun görüşünün münaqişəyə son qoyduğunu qeyd edib.

“Rusların dəstəklədiyi qüvvələr geri çəkildi, biz də çox az çəkildik”, - Mettis əlavə edib.

“Üçüncü dünya müharibəsini teosiyasi düşüncəyə sahib insanlar çıxardacaq. Geosiyasət coğrafiyanın təsiri altında formalaşdığı halda, teosiyasət teoloji – din və inancların təsiri altında formalaşır”. Bu fikirlə Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı Kamal Öztürk çıxış edib.

Onun sözlərinə görə, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və İranın qəbul etdiyi siyasi qərarlar teosiyasətdən qaynaqlanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrailin iki F-35 hərbi təyyarəsi 2018-ci ilin martında İranda əməliyyat keçiriblər. Bu barədə informasiyanı Küveytin “Əl-Cəridə” qəzeti yayıb.

İsrail təyyarələrinin Suriya və İraqdan keçərək, İran səmasına daxil olduğu iddia edilib. İsrail hərbçiləri daha çox Bəndər Abbas, İsfahan və Şiraz bölgələrində kəşfiyyat fəaliyyəti aparıblar. Qırıcılar Suriya, İran, hətta Rusiya radarları tərəfindən qeydə alınmayıb.

"Səudiyyə Ərəbistanı və İran İslam Respublikası arasında davam edən gərgin münaqişələr və soyuq müharibə bitməzsə, 10-15 il sonra əsl müharibə qızışa bilər". Bu sözləri “The Wall Street Journal” nəşrinə müsahibəsi zamanı Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman deyib.

O bildirib ki, Ər-Riyad İranla mümkün qədər konfliktdən qaçmağa çalışır: "Biz uğur qazanmalıyıq ki, hərbi konfliktdən qaça bilək. Əgər istədiyimizə çata bilməsək, o zaman 10-15 il sonra İranla müharibə qaçılmaz olacaq. 2014-cü ildən Yəməndə silahlı konflikt yaşanır. Bu konfliktə bir tərəfdən İran dəstək verir. Səudiyyə Ərəbistanı tərəfindən rəsmi hakimiyyətin dəstəklənməsi isə bizim ərazilərdə müntəzəm olaraq atəşkəsin pozulmasına səbəb olur".

Rəsmi Ər-Riyad hesab edir ki, Tehran qanunsuz yollarla husiləri özünə aid silah-sursatlarla təmin edir.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

Rusiya diplomatlarını deportasiya edən ölkələrin sayı 24-ə çatıb. Beləliklə, 24 ölkə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripalın zəhərlənməsində Rusiyanın iştirakı haqqında Londonun ittihamlarını dəstəkləyib. Londonu dəstəkləyərək, Rusiya diplomatlarını deportasiya edən ölkələr aşağıdakılardır:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO 7 rus diplomatın göndərilməsi barədə qərar qəbul edilib. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Məlumata görə, həmçinin daha 3 rus diplomatın NATO-dakı rus nümayəndəliyinə akkreditasiyası qəbul edilməyib.

Rus diplomatlarının bir sıra ölkələrdən qovulması Rusiya kəşfiyyatına böyük zərbə oldu. Bu sözlər Britaniya Xarici İşlər naziri Boris Consonun “Tayms” qəzetində dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, bu addımlardan sonra Rusiya kəşfiyyatının özünə gəlməsi üçün çox illər lazım olacaq:

“Rusiya casus şəbəkəsinə bu tədbirlərin təsir etməsini dəyərləndirməmək olmaz. Biz 23 nəfər qeydə alınmamış kəşfiyyatçını Londondakı Rusiya səfirliyindən qovduq, bununla da Kremli Britaniyada formalaşdırmağa çalışdığı əməliyyatdan məhrum etdik. Dünənki tədbirlər daha bir zərbə oldu. Bundan sonra Rusiya kəşfiyyatına özünə gəlmək üçün uzun illər lazım olacaq”.

Britaniyada Sergey Skripalın zəhərlənməsi Rusiya tərəfindən Qərb ölkələrinin birliyinin pozulması üçün planlaşdırılıb. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis deyib.

“Ruslar NATO-nun – Qərb alyansının birliyini pozmağa cəhd edirlər. Ruslar hərbi formalarındakı işarələri çıxarıb Krıma gedir, daha sonra Ukraynadakı hadisələrlə bağlı heç bir bağlılıqlarının olmadığını deyirlər. Rusiyanın Avropa ilə tərəfdaşlıq münasibətlərini qurmaq imkanı var, amma o başqa yolu seçir”, – deyə o bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları arasında Xarici Kəşfiyyat Xidmətinin zabitləri var. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Onların sayı o qədər də çox deyil. Onlar Rusiya səfirliklərinin təhlükəsizliyini təmin ediblər. Deportasiya edilən diplomatlar arasında bu ölkələrdə Xarici Kəşfiyyat Xidmətinin rəsmi nümayəndələri kimi təmsil olunan şəxslər də var”, – deyə o bildirib.

O bildirib ki, rus diplomatların Qərb ölkələrindən çıxarılması çirkli provokasiyadır. “Bu, rusofobiya atmosferi formalaşdıran ölkələr qrupu tərəfindən provokasiyadır. Onların addımlarına adekvat və daha sərt cavab veriləcək”, – deyə o bildirib.

Rusiya Qərb ölkələrinin kobudluğuna dözməyəcək və diplomatların deportasiyasına cavab verəcək. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Cavab verəcəyik, şübhə etməyin”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Böyük Britaniya Rusiyanın London fond birjasından suveren borc kağızları almasına qadağan qoya bilər. Britaniya Baş naziri Tereza Meyin artıq bu təklifi nəzərdən keçirməyə razılaşdığı bildirilir. Meyə bu təklifi Xarici İşlər üzrə Komitənin sədri Tom Tugendhat irəli sürüb.

“Qardian”a açıqlama verən Tugendhat bunun Rusiyanın cəzalandırılması üçün önəmli olduğunu deyib:

“Hazırda Qərb sanksiyalarına rəğmən Rusiya Avropa Birliyi və ABŞ kapital bazarlarından borc götürə bilər. Bununla da sanksiyalar altında olan Kremlə bağlı bankları, energetika şirkətlərini dəstəkləyə bilər”.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov “Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ABŞ-ın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib. Sergey Lavrov bildirib ki, bu, “Skripal işi” üzrə ABŞ-ın hərəkətlərinə cavabdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Martın 30-da Rusiya Qərb diplomatlarının deportasiyasına başlayıb. Onlara Rusiyanı tərk etməsi üçün aprelin 7-nə kimi vaxt verilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva Rusiya diplomatlarının deportasiyası ilə ilə Böyük Britaniyanın qərarına cavab olaraq 50-dən çox Britaniya diplomatını göndərməyə hazırlaşır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Rusiya və Britaniya diplomatlarının sayı arasındakı fərq 50-dən çoxdur”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Rusiyaya qarşı son hücumlarının arxasında Çinin müttəfiqini sındırmaq cəhdi dayanır. Bunu “Rossiya 1” kanalının efirində İsrailin kəşfiyyat idarəsi "Nativ"in keçmiş rəhbəri, ekspert Yakov Kedmi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika hərbi eksperti Robert Farli 2030-cu ildə dünyanın ən güclü ordularına malik olacaq ölkələrin adlarını açıqlayıb. Farlinin sözlərinə görə, 12 il sonra Amerika ordusu əvvəlki kimi dünyanın “qızıl standartı” olaraq qalacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ özünün hərbi qüvvələrini yenidən Baltikyanı ölkələrdə yerləşdirməlidir. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces deyib.

“Fikrimcə, logistika və ya hava hücumundan müdafiə qüvvələrini Baltikyanı ölkələrdə yerləşdirmək lazımdır. Bu, Rusiyanın qarşısının alınmasında faydalı ola bilər. Bunun sayəsində ABŞ hərbçiləri Estoniya, Litva və Latviyada həmişəlik qala bilərdilər”, – deyə o bildirib.

Rusiya və Çin hipersəsli silahın hazırlamasında ABŞ-ı qabaqlayır. Amerika hərbçiləri və Konqres üzvləri belə hesab edirlər.

“Bu dəqiqə biz müdafiəsizik”, - ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin üzvü Ceyms İnxof bildirib.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) əməkdaşı, hava hücumundan müdafiə sahəsində ekspert Tomas Karako həmçinin, onunla razılaşıb ki, ABŞ bu sferada Rusiya və Çindən geri qalır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini, o cümlədən hipersəsli silahı nümayiş etdirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın 26-27 mart tarixlərində Çinə xüsusi qatarla səfər etdiyini təsdiqləyib. Bu haqda Cənubi Koreyanın “Çoson ilbo” qəzeti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreyanın “Şinhua” xəbər agentliyi dövlət başçısı Kim Çen Inın 25-28 mart tarixində Çinə qeyri-rəsmi səfər gerçəkləşdirdiyini yazıb. Səfərdə iki ölkənin liderləri Koreya yarımadasındakı son hadisələrdən, Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə ayrı-ayrı həyata keçirəcəyi liderlər zirvəsindən danışıb.

Şimali Koreya lideri bildirib ki, ölkəsi Cənubi Koreya ilə olan münasibətləri sülh və əməkdaşlıq çərçivəsində inkişaf etdirməkdə qərarlıdır. Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri eyni zamanda vəzifəyə gəldiyi 2011-ci ildən bəri etdiyi ilk xarici səfərdir.

Qeyd edək ki, Kim Çen Inın aprel ayının sonunda Cənubi Koreya lideri Mun Cay, may ayına qədər isə ABŞ prezidenti Donald Trampla bir araya gəlməsi gözlənilir.

Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya aprelin 27-də Koreya sammitinin keçirilməsi barədə razılaşıb. Bu haqda sammitə hazırlıq üzrə danışıqların nəticəsinə görə “Renxap” informasiya agentliyi bildirib.

Sammitdə KXDR lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İn görüşəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm