Nida Təhlil
Dünyaya təqdim olunan YENİ AZƏRBAYCAN
Hər bir xalqın tarixi müqəddəratının müəyyən edilməsində, dövlət müstəqilliyinə nail olmasında mövcud tarixi şəraitlə yanaşı, tarixi şəxsiyyətin, liderin rolu vacib amillərdən biridir.
Azərbaycanın müasir tarixinin 30 illik mərhələsi müdrik dövlət xadimi, Ümummilli liderimiz, dahi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə, həmçinin dünya siyasi tarixinə öz adını əbədi həkk etmiş nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər tariximizin intibah, müstəqil dövlət quruculuğu dövrüdür.
Azərbaycanın gələcəkdə müstəqil dövlət olacağını öncədən görən Uluöndər Heydər Əliyev, SSRİ-nin rəhbərliyində çalışdığı müddətdə heç bir şübhə yaratmadan xalqımızın inkişafına xidmət edən addımlar atmış və xüsusi planlar həyata keçirmişdir. Bunun nəticəsində Azərbaycan Sovetlər Birliyində qabaqcıl respublikalardan birinə çevrilmişdir. Bu səbəblərdəndir ki, həmin dövrdə də Azərbaycanı bütün dünya tanıyırdı.
XX əsrin sonlarına döğru SSRİ imperiyasının süqutu nəticəsində, imperiya tərkibində olan müxtəlif xalqların milli azadlıq mübarizəsi, müstəqilliyinin əldə olunması üçün tarixi zəmin yarandı. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, Yeni Azərbaycan modelinin qurulması və dünyaya inteqrasiya olunması, eyni zamanda milli mənafeyinin müdafiəsi Heydər Əliyev fenomeninin varlığının və Onun gecə-gündüz yorulmaz fəaliyyətinin göstəricisi idi.
Uluöndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu. 1993-cü ilin iyun ayından formalaşmağa başlayan yeni siyasi kurs ölkədə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu, Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Bu bir tarixi faktdır və bu fakt dünya ictimai-siyasi xadimləri tərəfindən dəfələrlə təsdiq olunmuşdur. Amerika Birləşmiş Ştatlarının politoloqu Z.Bzejinskinin “Hazırda Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir.” fikirləri bu baxımdan bir nümunədir.
Uluöndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra dövlətin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilməsi və Azərbaycanın dünyaya sivil, demokratik dövlət olaraq təqdim olunması idi. Dahi şəxsiyyətin müəyyən etdiyi bu xarici siyasi kurs Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilmək, dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı siyasi, iqtisadi, mədəni əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq aləmdə Azərbaycan mənafeyinin təmin edilməsi və mövqelərini möhkəmləndirməkdən strategiyasının həyata keçirilməsindən ibarət idi.
Uluöndər Heydər Əliyevin xarici dövlətlərlə diplomatik əlaqələri, bütün dövlətlərin suveren hüquqlarına, o cümlədən beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərə hörmət etmək, dünyada baş veən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq qurmaq, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətləri aradan qaldırmaq prinsipləri üzərində qurulmuşdur. Azərbaycan dövlətinin xarici siyasət kursunun uğurla həyata keçirilməsi üçün ölkədə və eləcədə regionda sabitliyin bərqərar olması vacib amillillərdən biri idi.
Uluöndər Heydər Əliyev uğurlu siyasəti nəticəsində, Dağlıq Qarabağ və ətrafında baş verən hərbi münaqişəni dayandırmaq, atəşkəs rejiminin təmin edilməsi məqsədilə 1994-cü ilin mayında "Bişkek protokolu" imzalanmışdır. Atəşkəs rejimiinin bərqərar olunması Azərbaycanın xarici siyasət strategiyasının həyata keçirilməsi istiqamətində, həmçinin Dağlıq Qarabağ probleminin həllində tədbirlərin görülməsi, o cümlədən ordu quruculuğu və milli ordunun gücləndirilməsi istiqamətində münbit şərait yaratmışdır.
Dahi lider Heydər Əliyevin qurduğu yeni Azərbaycan modelinin dünyaya təqdim olunmasında əsas istiqamətlərindən biri, dünya dövlətlərinin marağını Azərbaycana yönəltmək, Azərbaycanın təbii sərvətlərinə qarşı dünya dövlətlərində maraq oyatmaq idi. Müasir Azərbaycan modelinin dünyaya inteqrasiyasında 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında imzalanan “Əsrin Müqaviləsi”nin tarixi, siyasi və beynəlxalq əhəmiyyəti var idi. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsi - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı iştirak etmişdir. Müqavilənin imzalanması Heydər Əliyevin “Yeni neft diplomatiyasının” qazandığı ən böyük uğurlardan biri idi. Bu uğur ilk növbədə dünya dövlətlərinin Azərbaycana qarşı marağının yaranmasına nail olmaq idi.
Fenomenal siyasi və dövlət xadimi olaraq tarixə qovuşmuş Heydər Əliyevin Azərbaycan xalqı qarşısında unikal xidmətlərinən biri qədim İpək Yolunun bərpası olmuşdur. Azərbaycan qədim zamanlardan Asiya ilə Avropanın ticarət yolları qovşağında yerləşir. Heydər Əliyev, Azərbaycanın dünya bazarına inteqrasiyasının təmin etmək üçün qədim ipək yolunun bərpasını ən vacib məsələlərdən biri hesab edirdi. Qədim ipək yolunun bərpası – TRASEKA proqramının hazırlanmasında Heydər Əliyev yaxından iştirak etmişdir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv - dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu dövlətlərin siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi, TRASEKA üzv-dövlətləri arasında gələcək regional əməkdaşlığın dəstəklənməsi, Beynəlxalq Maliyyə təşkilatları və özəl investorları cəlb etmək üçün TRASEKA layihlərinin geniş istifadəsi, Avropa-Qafqaz-Asiya "TRASEKA" Beynəlxalq Nəqliyyat Dəhlizinin Trans-Avropa Şəbəkələri ilə optimal inteqrasiyasının dəstəklənməsini nəzərdə tutulurdu. Tərəfdaş ölkələrin rəhbərləri TRASEKA Uzaq Şərqlə yenidən qurulmuş ticarət mübadiləsini tamamlayaraq, qədim İpək Yolunun bir daha ən iri ticarət dəhlizinə çevrilməsinə şərait yaratdı.
Heydər Əliyevin qurduğu yeni Azərbaycan modelinin dünyaya inteqrasiyasında əsas istiqamətlərdən biri də Azərbaycanı dünyanın tanınmış qurumlarına, təşkilatlarına üzv etmək və Azərbaycan mövqeyini dünya arenasında möhkəmləndirmək idi. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər çoxlu çoxlu sayda təşkilatlara üzv seçilmişdir. Azərbaycanın həmin təşkilatlara üzv olması regional və qlobal səviyyədə fəaliyyətinin qurulması, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirməsi baxımından olduqca əhəmiyyətli vacib amillərdən biri idi.
1993-cü ildə Azərbaycanın MDB-yə daxil olması Uluöndər Heydər Əliyevin xarici siyasət kursunda xüsusi yer tutur. MDB-yə üzv olmaq Azərbaycanın xarici siyasi fəlaiyyətinin əlaqələndirlməsi, ümumi iqtisadi məkanın formalaşdırılması, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, sosial və immiqrasiya siyasəti məsələlərinin həyata keçirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizə, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq baxımından olduqca əhəmiyyətli idi. Azərbaycanın MDB-yə daxil olması nəticəsində, həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni inkişafında irəliyə aparılmasında mühüm nailiyyətlər əldə olumuşdur.
Hazırda, Uluöndər Heydər Əliyevin qurduğu yeni Azərbaycan modeli xarici siyasətdə öz bəhrələrini verməkdədir. Bu baxımdan xarici siyasətdə varislik son dərəcə böyük əhəmiyyət kəsb edir. Postsovet məkanı ölkələrinin təcrübəsi göstərir ki, varisliyi qoruya bilməyən dövlətlər olduqca çətin vəziyyətə düşürlər. Azərbaycanda isə siyasi varislik yüksək səviyyədə təmin olunmuşdur. Məhz bu səbəbdən xarici siyasət sahəsində davamlı olaraq nailiyyətlər əldə edilir. Beynəlxalq əməkdaşlıq, mədəniyyət, siyasət, terrorla mübarizə, idman və başqa sahələrdə Azərbaycan böyük uğurlar qazanmışdır.
Ümummilli lider Heydər Əliyev bütün dünyada yaşayan soydaşlarımıza azərbaycançılıq ideyası ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etməkdən ibarətdir. Ulu öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal olmağa istiqamətləndirmişdir. Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Ulu öndər öz öz çıxışlarında bildirirdi ki, sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda, milli məsələlərin beynəlxalq müstəviyə çıxarılmasına nail olmaq mümkün deyil.
Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş addımları ölkənin daha sürətlə inkişaf etməsinin təminatıdır.
Nüşabə Məmmədova
Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti,
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri,
Tarix elmləri namizədi
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO
-
Nəqliyyat4 Noyabr 19:20
Hazırda 18 küçədə tıxac var - SİYAHI
-
Dünya4 Noyabr 19:10
Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var