Dünyanın gözlədiyi GÜN, Qarabağda 15 AVQUSTDAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dünyanın gözlədiyi GÜN, Qarabağda 15 AVQUSTDAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub göndərib. Ermənistan hakimiyyəti sərhədə daxili qoşun bölmələrini göndərməyə qərar verib. İranın nüvə proqramı üzrə razılaşmanın iştirakçıları iyulun 6-da Vyanada görüşəcəklər. ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir. ABŞ prezidenti Donald Tramp NATO üzrə bir sıra müttəfiqlərin liderlərinə məktublar göndərib.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan hakimiyyəti sərhədə daxili qoşun bölmələrini göndərməyə qərar verib. Bu haqda “Qraparak” qəzeti yazıb. Polisdən Valeri Osipyanın Müdafiə Nazirliyi ilə görüş faktını təsdiq ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şərqi Aralıq Dənizində 2010-cu ildən İsrail, ABŞ, Yunanıstan və Kipr adasının yunan hissəsi tərəfindən keçirilən birgə hərbi təlimlərin əsl hədəfi ortaya çıxıb. “Nobel Dina” (Tövratda intiqam anlamına gəlir) adı verilən təlimlər Türkiyədən gələcək hər hansı təhlükənin yox edilməsi üzrə ssenariləşdirilib.

Hərbi təlimlərə ilk olaraq 2010-cu ildə İsrail və ABŞ qatıldı. Sonradan isə təlimlərə Yunanıstan və Cənubi Kipr də cəlb edilib.

Türkiyəyə qarşı ssenariləşdirilən təlimlərə İsrailin başçılıq etdiyini deyən türkiyəli ekspert Hasan Köni hesab edir ki, bu təsadüfi deyil. Onun sözlərinə görə, Türkiyə İsrailin NATO-ya girməsinə qarşı olan tək ölkədir, eyni zamanda Türkiyə NATO-da tək müsəlman ölkəsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ ilə Rusiya arasında aparılan son danışıqlarda PKK/PYD terror təşkilatı üzvlərinin Bəşər Əsəd rejiminin muzdlu əsgərləri olması gündəmə gətirilib. Bu istiqamətdə yeniliklər qeydə alınıb. Əsəd rejiminin yayım orqanı olan “Əl Vətən” qəzeti PKK/PYD başçılarının Dəməşqə müzakirələr üçün gəldiyini təsdiq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın nüvə proqramı üzrə razılaşmanın iştirakçıları iyunun 6-da Vyanada görüşəcəklər. Bu haqda görüşün təşkili ilə tanış diplomatik mənbəyə istinadən “Kyodo” agentliyi bildirib.

KİV-in məlumatına görə, görüşdə Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, həmçinin, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini və İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif iştirak edəcək. Görüşə nüvə sazişinin iştirakçılarından olan ABŞ-ın nümayəndələri qatılmayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ hökuməti ölkədən 2,5 min iranlını deportasiya edə bilər. Bunu İran parlamentinin deputatı Moctabu Zolnura “Etemad” qəzetinə müsahibəsində deyib.

“ABŞ-ın eks-prezidenti Barak Obama 2500 iranlıya, o cümlədən İran məmurlarının ailələrinə Tehranla imzalanan nüvə müqaviləsi çərçivəsində ABŞ vətəndaşlığı verdi. Bu, Həsən Ruhaniyə bağlı olan yüksək vəzifəli məmurlara qarşı edilən jest idi. Əgər bu gün həmin iranlılar deport edilsə, o zaman kimin bunda iştirak etdiyi və amerikalılara bizim maraqlarımızı konfet kimi kimlərin satdığı bəlli olacaq. Bu siyahıdakı şəxslərin yalnız 60 nəfəri ABŞ-da təhsil alır, yerdə qalanlar isə İranın milli maraqlarına qarşı çalışırlar”, – deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp NATO üzrə bir sıra müttəfiqlərin liderlərinə məktublar göndərib. “The New York Times” qəzetinin yazdığına görə, Ağ Evin başçısı müttəfiqlərini ittifaq çərçivəsində müdafiəyə həddən artıq az pul ayırdığı üçün tənqid edib. Tramp bildirib ki, bu, ittifaqın təhlükəsizliyini təhdid edir.

Qəzet yazır ki, Tramp ötən ay da belə məktubları Almaniya, Kanada, Belçika və Norveç daxil olmaqla, ittifaq ölkələrinin liderlərinə göndərib. Trampın sözlərinə görə, müttəfiqlərin müdafiəyə daha az pul ayırmasınının səbəbini ABŞ vətəndaşlarına izah etmək Vaşinqton administrasiyası üçün gələcəkdə daha çətin olacaq.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında NATO-nun Uelsdə sammitində ittifaq ölkələrinin liderləri 10 il ərzində hərbi xərclərin ümumi daxili məhsulun 2 faizindən yuxarı qaldırılması barədə öhdəlik götürüblər. Hazırda NATO-nun yalnız 8 üzvü müdafiəyə ümumi daxili məhsulun 2 faizindən çoxunu xərcləyirlər. ABŞ-ın hərbi büdcəsi isə ümumi daxili məhsulun təxminən 3,58 faizini təşkil edir. Bu Almaniyada 1,2 faizdir.

Tramp 11-12 iyul tarixlərində Brüsseldə NATO-nun növbəti sammitində bu məsələni qaldıracağına söz verib.

ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir. Bu haqda diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm