Elman Nəsirov: “Xalq-iqtidar birliyinin kökündə Prezidentin həyata keçirdiyi uğurlu siyasət dayanır”
Bizi izləyin

Nida Təhlil

Elman Nəsirov: “Xalq-iqtidar birliyinin kökündə Prezidentin həyata keçirdiyi uğurlu siyasət dayanır”

“Prezident İham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi müşavirədə iyul ayının 3-ü və 10-da Gəncədə törədilmiş qanlı cinayət hadisələrinə öz qiymətini verdi”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirli deyib.

Prezidentin müşavirədə çıxışını şərh edən E.Nəsirov bildirib ki, Azərbaycanda xalq-iqtidar birliyi var və bunu heç bir qüvvə poza bilməz.

“İlk növbədə Prezident çıxışında hər iki hadisənin Azərbaycanda dövlətçiliyə qarşı törədilmiş cinayətlər olduğunu bildirdi. Eyni zamanda, prezident cinayəti törədən terrorçu qruplaşmaların əsas məqsədinin Azərbaycanda sabitliyi pozmaq olduğunu vurğuladı. Bu addımı atanlar Azərbaycan cəmiyyətində xof, gərginlik yaratmaq, qorxu hissi aşılamaq məqsədi güdüblər. Dövlət başçısı terror aktlarını həyata keçirən qruplaşmaların üzvlərinin addımlarını dini şüarlar altında törətdiklərini və bunun özünün islam dininə qarşı ən böyük cinayət olduğunu bildirdi. Prezident bunun səbəbini də izah etdi və bildirdi ki, İslam dini sülh, barışıq, mərhəmət dinidir. Dövlət başçısı xalqımızın hər zaman milli, dini dəyərlərə hörmətlə yanaşdığını vurğuladı. Həm də Azərbaycan İslam mədəniyyətinin təbliği istiqamətində çox ciddi addımlara imza atıb. Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib, İslam həmrəyliyi oyunları keçirilib və Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı seçilib. Bu il isə Naxçıvan islam mədəniyyətinin paytaxtı elan edilib. Müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın islam həmrəyliyinin təminatı istiqamətində atdığı addımları yüksək dəyərləndirir. Bütün bunlara görə xaricdən idarə olunan müəyyən siyasi dairələr Azərbaycanda terror aktları həyata keçirir, ölkəmizin müsəlman aləmində sabitliyin adası olmasını həzm edə bilmirlər. Dövlət başçısı onu da əlavə etdi ki, müstəqillik illərində dəfələrlə belə təxribatlar törədildiyini, lakin heç zaman həmin qüvvələr niyyətlərinə çatmayıblar. Bunun yeganə səbəbi Azərbaycanda xalq hakimiyyət birliyinin olmasıdır. Xalq hər zaman Prezidentini dəstəkləyir, ölkə başçısı da xalqının mənafeyindən irəli gələn siyasət həyata keçirir. Bu ilin aprel ayında keçirilən prezident seçkisi bir daha göstərdi ki, xalqımız birmənalı şəkildə cənab Prezidentin siyasətini dəstəkləyir, onu müdafiə edir, Azərbaycanı hədəf seçən qüvvələri də ən çox narahat edən məhz bununla bağlıdır”.

E.Nəsirov xalq-iqtidar birliyinin kökündə ölkə Prezidentinin həyata keçirdiyi uğurlu siyasətin durduğunu bildirib:

“Dövlətimizin başısını müşavirədə xüsusi olaraq vurğuladı ki, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Deməli, bu qüvvələrin əsas niyyəti də həmin sabitliyi pozmaqdır. Lakin bu, qeyri-mümkündür. Çünki xalq-iqtidar birliyinin əsası inzibati amillərlə bağlı deyil. Bu, Prezident İlham Əliyevin son 15 ildə həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir. Hər bir azərbaycanlı öz yaşam tərzində, rifahında sabit ölkədə yaşadığını, dövlətin onun qayğısını çəkdiyini, problemlərini həll etdiyini hiss edir. Bu da anti-Azərbaycan qüvvələrin yuxusuna haram qatır.

Eyni zamanda, ölkə başçısı Azərbaycanda təhlükəsizliyin ən yüksək səviyyədə təmin edildiyini vurğuladı. Azərbaycan son 15 il ərzində elə yüksək inkişaf tempinə nail olub ki, bu sürətlə inkişaf edən ikinci ölkə tapmaq qeyri-mümkündür. Belə olan vəziyyətdə qazandığımız böyük uğurlara kölgə salmaq istəyən , siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan faydalanmaq istəyirlər, artıq onların bütün imkanları tükənib. Əllərində qalan yeganə imkan terrordur və ona da əl atıblar. Lakin onlar bu niyyətləri heç zaman nəticəsini verməyəcək.

Cənab Prezident çıxışında həmçinin bütün cinayətkarların məsuliyyətə cəlb olunacağını, məhkəmə və xalq qarşısında cavab verəcəyini bildirdi. Azərbaycan dövləti əleyhinə belə yol seçən və ya gələcəkdə belə bir hadisə törətmək istəyənlər bunun axırının olmadığını bilməlidirlər. Cinayət yolunu seçənlər məhkəmə qarşısında ən sərt şəkildə cəzalandırılacaqlar”.

Millət vəkili Prezidentin Belçika səfərinin də ölkəmizin növbəti qələbəsi olduğunu bildirib: “Prezident bu günlərdə NATO-nun zirvə görüşündə Azərbaycanın qazandığı naliyyətdən də danışdı. NATO-nun yekun sənədində Azərbaycanın ərazi bütövlüyü məsələsi birmənalı şəkildə təsdiqini tapdı. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi imzalandı. Bu da münaqişənin həlli istiqamətində yalnız beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini özündə əks etdirir. Bunlar hamısı bizim növbəti qələbələrimizdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm