Kremlin “Barbarosa” planı, 20 illik müharibəyə HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kremlin “Barbarosa” planı, 20 illik müharibəyə HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan XİN Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və aqressiv bəyanatlar verməsini şərh edib. KTMT Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib. Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiyadan əks həmlə gəldi. ABŞ Çini özü üçün ən böyük təhlükə hesab edir. ABŞ prezidenti Donald Tramp ölkə tarixinin ən böyük səhvini açıqlayıb. Çin və ABŞ arasında ticarət müharibəsi 20 il davam edə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və aqressiv bəyanatlar verməsini şərh edib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq. Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”, - bəyanatda deyilir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə İdlib razılığı regiondakı mənzərəni dəyişdi. Bütün dünyanın müharibə gözlədiyi şəhərdə sülh əldə olundu, Əsəd və müxaliflər arasında təhlükəsizlik zonası yaradıldı. Maraqlıdır ki, İdlibə hücuma hazırlaşan Əsəd niyə razılaşmaya boyun əydi? O da maraqlıdır ki, İran İdlib razılaşmasında yer almadı.

Türkiyəli yazar Mehmet Acet İdlib razılaşmasının pərdəarxasında baş verənləri ortaya çıxarıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aralıq dənizi üzərində hərbi təyyarəsi vurulan Rusiyadan əks həmlə gəldi. Türkiyənin “Haber7” saytına istinadən xəbər verir ki, Cənubi Kipr mediasının yazdığına görə, Rusiya Suriyanın Şərqi Aralıq dənizi sahillərini hava və dəniz marşrutu üçün bağlayıb.

Cənubi Kipr mediasının xəbərlərini İsrailin “Haaretz” qəzeti ölkəsindən olan səlahiyyətlilərə istinadən təsdiqləyib. Rusiyanın qəbul etdiyi qərar əsasən, bölgədə gələn həftədən etibarən heç bir təyyarə və gəmi hərəkət etməyəcək.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail özünün məhvi üçün istifadə ediləcək silahın Hizbullahın əlinə keçməsinə mane ola bilməyib. Bunu Hizbullah lideri Həsən Nəsrullah deyib. Onun sözlərinə görə, artıq Livan və İsrail qüvvələrinin balansı dəyişib:

“Hizbullahın yüksək dəqiqliyə malik silah ələ keçirməsinə qarşı, İsrailin bütün cəhdləri boşa sərf edilib. Əgər hərbi fəaliyyətlər başlasa, İsrail artıq onu nəyin gözlədiyini təsəvvür belə edə bilməz”.

Ukrayna Rusiyanın təsirinə qayıdışın heç bir perspektivi olmadan Avropanın ayrılmaz və mübahisəsiz hissəsi olmalıdır. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radada çıxışı zamanı deyib.

“Biz döyüş bacarığı olan ordunu qurduq. Biz Ukrayna kilsəsinə dünya pravoslavlığında layiqli yeri qaytarırıq. Ordu bizim torpağımızı müdafiə edir. Dil bizim ürəyimizi müdafiə edir. Kilsə bizim ruhumuzu müdafiə edir”, - o bildirib.

Poroşenko vurğulayıb ki, Ukraynanın strategiyası düzgündür: “Mən dəqiq bilirəm ki, biz strategiya məsələlərində səhv etmədik. Güclü və müvəffəqiyyətli Ukraynanı Rusiyanın təsirinə qayıdışın heç bir perspektivi olmadan Avropanın ayrılmaz və mübahisəsiz hissəsi etmək bizim hədəfimiz, ambisiyamız və missiyamızdır. Biz ölkəni Kremlin “Barbarosa” planından qoruduq, “Rus baharı” planı boğuldu”.

Ukraynanın Ali Radası Avropa İttifaqı və NATO-ya inteqrasiya haqqında Konstitusiyaya dəyişikliklərin daxil edilməsi haqqında prezidentin irəli sürdüyü qanun layihəsini dəstəkləyib. Qanun layihəsini 321 deputat (300 səs tələb olunurdu) dəstəkləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çin və ABŞ arasında ticarət müharibələri yaxın vaxtlarda başa çatmayacaq, 20 il davam edə bilər. Bu fikirlə “Alibaba Qrup Holdinq”in banisi Cek Ma çıxış edib.

“Çin-Amerika münasibətlərinin inkişafı prosesində texnologiya inqilabı dövründə ticarət qarşıdurmaları qaçılmaz olur. Onlar tezliklə iki ay, hətta iki il sonra qurtarmayacaq. Dünya Çin və ABŞ arasında 20 illik ticarət müharibəsinə hazır olmalıdır”, - şirkətin Durektorlar Şurasının sədri bildirib.

Cek Manın sözlərinə görə, bu münaqişədən ən çox kiçik və orta biznes zərər çəkəcək. Korporasiyanın banisi həmçinin proqnozlaşdırır ki, yaxın 10-15 ildə iqtisadiyyatın ənənəvi sahələri üçün son dərəcə ağrılı olacaq.

Yaxın Şərqdə hərbi kampaniya ABŞ üçün ən böyük səhv oldu. Bu haqda ABŞ prezidenti Donald Tramp “Hill.TV” telekanalına müsahibəsində bildirdi.

“Ölkəmizin tarixində ən böyük səhv Yaxın Şərqə qoşunların daxil edilməsidir. Buna prezident Corc Buş təşəbbüs etdi”, - Tramp deyib.

Onun sözlərinə görə, keçmiş prezident Barak Obama da əsgərləri buradan çıxararaq səhv etdi. Tramp Yaxın Şərq hərbi kampaniyasında çoxsaylı qurbanları xatırladıb və həmçinin əlavə edib ki, ABŞ əməliyyatlara 7 trilyon dollar xərcləyib.

“Vətəndaş müharibəsini anlamaq olar. Bu, başqadır. Qoşunlarımızın Yaxın Şərqə daxil edilməsi, ölkə üçün ən pis qərar idi”, - ABŞ prezidenti bildirib.

Pentaqonun qiymətləndirməsinə görə, 2001-2018-ci illərdə İraq, Əfqanıstan və Suriyada döyüş hərəkətlərinə ayrılan xərclər 1,52 trilyon dollar təşkil edib.

Braun Universitetinin məlumatına görə, 2017-ci ilin sentyabrına kimi ABŞ iki müharibəyə, həmçinin Pakistan və Suriyada hərbi hərəkətlərə 5,6 trilyon dollar xərcləyib. Bundan başqa, bu məbləğə milli təhlükəsizliyə və veteranların sağlamlığının qorunmasına xərclər də daxildir.

ABŞ Çini özü üçün ən böyük təhlükə hesab edir, nəinki Rusiyanı. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına müsahibəsində bildirib.

“Rusiya özünü təcavüzkar aparır. Rusiya bizim seçkilərimizə müdaxilə etməyə çalışır. Rusiya Vladimir Putinin rəhbərliyi altında davakar olaraq qalır. Biz qarşılıq verməli və onları saxlamalıyıq. Amma amerikalıların həyat tərzinə uzunmüddətli perspektivdə təhlükələrə baxsaq, Çin ABŞ üçün ən böyük təhlükədir və Amerikanın iqtisadi artımının davamı üçün risklər yaradır”, - dövlət katibi əlavə edib.

Daha əvvəl “Fox News” bildirib ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) kibertəhlükəsizlik üzrə özünün yeni strategiyasında əsas təhdidlər siyahısına Rusiya və Çini daxil edib.

Koreya Respublikasının prezidenti Mun Cje İn Şimali Koreya lideri Kim Çen Inla görüşdən sonra ABŞ prezidenti Donald Trampa birgə təklif aparacağını bildirib. Mun Cje İn Kim Çen Inın 1953-cü ildən bəri davam edən atəşkəs rejiminin bitməsi və 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin imzalanması təklifini Trampa çatdıracaq.

“Söhbət müharibənin bu ilin sonuna kimi sonlandırılması barədə bəyannamənin imzalanmasından gedir. Mən bunu prezident Trampla müzakirə edəcəyəm” - Koreya Respublikası prezidenti bildirib.

Şimali Koreya Cənubi Koreya ilə birləşənə qədər nüvə silahından imtina etməyəcək. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında yaponiyalı ekspert Takusyoku Xidesi Takesada deyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın iki ölkənin birləşdirilməsi üçün güc tətbiq edəcəyindən qorxur:

“Bu birləşmədə Pxenyanın maraqları nəzərə alınmayacaq. Məhz buna görə də Pxenyan nüvə silahından imtina etmir. Nüvə silahı onlara Koreyanı öz rəhbərlikləri altında birləşdirmək üçün gərəklidir. Ona görə də Şimali Koreya bütöv Koreya bərpa olunana qədər nüvə silahından imtina etməyəcək”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm