Nida Təhlil
Bakı və Moskvanın QARABAĞ PLANI, Ermənistan-Azərbaycan SƏRHƏDİNDƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
ATƏT Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbəti şərh edib. Ermənistanda 6 nazir istefaya göndərilib. Ermənistan Respublikaçılar Partiyası növbədənkənar seçkilərin 2019-cu il maydan əvvəl keçirilməsini qeyri-real adlandırıb. Rusiya “S-300” zenit-raket komplekslərini Suriyaya çatdırıb. BMT beynəlxalq məhkəməsi ABŞ-dan İran barəsində bir sıra sanksiyaları ləğv etməyi tələb edib.
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc nizamlanması üçün bütün səylərini alqışlayır. Bu barədə ATƏT-dən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbətin Dağlıq Qarabağ münaqişəsi nizamlanması prosesinə mümkün təsiri barədə Trend-in sualını cavablandırarkən deyiblər.
Cavabda bildirilir: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik köməyi göstərməyə hazırdırlar”.
“Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə fəal kömək edirdi. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın dövründə həqiqətən də irəliləyişə nail olunmuşdu. Lakin Paşinyanın hakimiyyətə gəlilişi Bakı, İrəvan və Moskva arasında münaqşənin həlli ilə bağlı nail olunmuş razılaşmaları zərbə altında qoydu. İndi bu razılaşmanın bərpa olunmasına cəhdlər edilir. Razılaşmada işğal olunmuş Qarabağ ətrafındakı rayonlardan beşinin Azərbaycana qaytarılması nəzərdə tutulurdu”. Bu barədə Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Azərbaycan Prezidenti İlham Əliyevlə operativ əlaqə hələ yoxdur. Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Hazırda hələ əlaqələr yoxdur. Lakin bu istiqamətdə işlər davam etdirilir. Mən həmçinin böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son günlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət sakitdir”, - Paşinyan bildirib.
Xatırladaq ki, sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.
Həmçinin tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib. İstefaya göndərilən nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan (hamısı "Çiçəklənən Ermənistan" partiyasından), iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryandır ("Daşnaksütun" partiyası).
Daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.
Paşinyan bildirib: "Nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, mən istefaya gedəcəm... Ancaq baş nazir vəzifələrini icra edəcəyəm".
Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.
Qeyd edək ki, Ermənistan ötən gün parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistan Respublikaçılar Partiyasından olan deputat Qalust Saakyan Paşinyanla parlament fraksiyaları arasında baş nazirin istefasından sonra hansısa namizədin irəli sürülməyəcəyi ilə bağlı razılaşmanın olmadığını bildirib:
“Hazırda bütün hakimiyyətdə yalnız Nikol Paşinyandır. Dövlət bir adamla yaradılmır”.
Qeyd edək ki, Paşinyan dünən gecə parlament önündəki aksiya iştirakçılarına deputatlarla görüşü zamanı fraksiyaların onun istefasından sonra hansısa namizəd irəli sürməyəcəyinə dair razılıq əldə etdiyini bildirmişdi.
Ermənistanda növbədənkənar seçkinin maydan əvvəl keçirilməsi qeyri-realdır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
“Mənim üçün aydın olmayan bir məsələ var. Bu 20 gündə nə dəyişib? 25 gün əvvəl hökumət deyirdi ki, seçki may-iyun ayında baş tutmalıdır, amma indi onlar seçkinin dekabrda keçirilməsini istəyirlər. Gedin, Paşinyandan soruşun görək, o, niyə görə seçkinin may-iyun ayında keçirilməsindən narahatdır”, – deyə o bildirib.
Gələcəkdə Türkiyə ilə münasibətlərimizin normallaşdırılması vacibdir. Bunun üçün tək şərtimiz Türkiyənin əsgərlərini ölkəmizdən çıxarmasıdır. Bu sözləri Suriyanın Xarici İşlər naziri Valid Müəllim deyib.
Nazir Türkiyə ilə Rusiya arasında sentyabrın 17-də Soçidə imzalanan İdlib anlaşmasına da münasibət bildirib.
“Türkiyənin bütün öhdəliklərini yerinə yetirə biləcəyinə inanırıq”, - Müəllim bildirib.
Rusiya “S-300” zenit-raket sisteminin çatdırılması çərçivəsində Suriyaya texnikanın 49 vahidini verib. Bu haqda Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşdə müdafiə naziri Sergey Şoyqu bildirib.
“Biz “S-300” komplekslərinin çatdırılmasını başa çatdırdıq. Bura texnikanın 49 vahidi daxildir”, - nazir deyib.
Müdafiə idarəsinin başçısı qeyd edib ki, artıq suriyalı mütəxəssislərə “S-300”-lərin idarə edilməsinin öyrədilməsinə başlanılıb və bunun üçün üç ay lazım olacaq.
“S-300” zenit-raket sisteminin Suriyaya çatdırılması haqqında qərar Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasından sonra verilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İsrail Suriyada S-300-lərin yerləşdirilməsinə sevinmir. Bunu “Kan-REKA” radiosuna müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman deyib. Onun sözlərinə görə, buna baxmayaraq, İsrail heç bir halda Suriyadakı əməliyyatlardan imtina etməyəcək.
Qeyd edək ki, Rusiya Suriyaya S-300 zenit raket komplekslərinin yerləşdirilməsini ötən gün başa çatdırıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq məhkəməsi ABŞ-dan İran barəsində bir sıra sanksiyaları ləğv etməyi tələb edib. Bu haqda “Assoşieyted Press” agentliyi bildirib.
Qeyd edilir ki, ABŞ humanitar yardım və mülki aviasiyaya aid olan sanksiyaları ləğv etməlidir.
Qeyd edək ki, İran yeni sanksiyalarla əlaqədar BMT-nin beynəlxalq məhkəməsinə müraciət etmişdi. Müraciət ABŞ tərəfindən sərt tənqidlə qarşılanıb.
Donald Tramp neft qiymətlərinin artımında günahkar axtarırsa, əvvəlcə güzgüyə baxsın. Bunu Rusiya Energetika Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bizim Trampla Helsinkidə çox yaxşı görüşümüz olub. Lakin əgər biz indi müzakirə etdiyimiz mövzuya o zaman toxunsaydıq, mən ona deyərdim ki, əgər sən neft qiymətlərinin artımında günahkar axtarırsansa, o zaman güzgüyə baxmalısan”, – deyə o bildirib.
O, neft qiymətlərinin SSRİ-dəki kimi tənzimlənməsi gərəkmədiyini söyləyib.
Putin neftin qiymətinin 65-75 dollar arasında olmasının Rusiyanı qane etdiyini deyib.
Sentyabrın 30-da ABŞ-a məxsus hərbi gəmi ilə Çin hərbi gəmisinin Cənubi Çin dənizində təhlükəli yaxınlaşmasının görüntüləri yayılıb. Peykdən çəkilən görüntülər Amerika donanması tərəfindən paylaşılıb.
ABŞ rəsmiləri Çin gəmisinin 41 metrədək Amerika gəmisinə yaxınlaşdığını açıqlayib. Açıqlamaya görə, Çin gəmisi təhlükəli manevrlər həyata keçirib.
Ömər Dağlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin115 Oktyabr 20:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO