Kəşfiyyatın əlinə keçən SİRR, Paşinyan bu GÜNLƏRDƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kəşfiyyatın əlinə keçən SİRR, Paşinyan bu GÜNLƏRDƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımadığını açıqlayıb. Ermənistanın baş nazirinin xanımı Anna Hakopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağla bağlı absurd iddialarını davam etdirib. Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket kompleksləri ilə bağlı sensasiyalı iddia irəli sürüb. Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə bağlı müəmma davam edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqində keçiriləcək əməliyyatların anonsunu verib. ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna planlaşdırılır. Bu ilin 26 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə baş tutan görüşündən sonra həmsədrlər tərəfindən verilmiş açıqlamada da qeyd edildiyi kimi, həmsədrlərin yaxın zamanda bölgəyə səfərinin həyata keçirilməsi və cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

“Global Firepower” təşkilatı dünya ordularının hava güclərinin yeni reytinqini açıqlayıb. Reytinqin ilk onluğu aşağıdakı kimidir:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın baş nazirinin xanımı Anna Hakopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Oktyabrın 8-də işğal olunmuş ərazilərə gələn Anna təmas xəttində erməni hərbi birləşmələrinə baş çəkib.

A.Akopyanı Rusiyadan olan bir sıra yazıçı, jurnalist və müxtəlif ictimai statusları olan qadınlar da müşayiət edib. Onlar təmas xəttində müharibəyə qarşı bəyanatlar səsləndiriblər.

“Bu müharibəni bitirmək lazımdır”, - “Vera” yardım fondunun rəhbəri Nyuta Federmesser deyib.

Paşinyanın həyat yoldaşı onu müşahidə edən rusiyalı qadınlara Azərbaycana getməyi və orada da təmas xəttində baş çəkməyi tövsiyə edib.

Rusiyalı qadınlar Azərbaycana gedəcəklərinə söz veriblər. Hərçənd, onlar getdikləri torpağın Azərbaycana məxsus olduğu və bu səfərin qanunsuz olduğu faktorunu unudurlar.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın bir qrup qadınla işğal altındakı Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib.

Bəyanatda deyilir: “Qadınlar sülh naminə” təşəbbüsü barədə artıq səsləndirilmiş mövqeyimizə əlavə olaraq təkrar edirik ki, sülh istəyənlər müharibəni davam etdirməməli, insan itkisinin qarşısını almaq istəyənlər digər dövlətin ərazilərini hərbi işğal altında saxlamamalı və nəhayət, qadınları və anaları sülhə dəvət edənlər şəxsən öz övladlarını Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə hərbi xidmətə göndərməməlidirlər. Azərbaycan Respublikasının qanunlarını ciddi pozaraq ölkəmizin işğal edilmiş ərazilərinə qanunsuz səfər edən əcnəbi vətəndaşlara gəldikdə isə hazırda onlarla bağlı məlumat araşdırılır və bu şəxslər müəyyənləşdirildikdən sonra onların adlarının ölkəmizə girişi arzu olunmayan şəxslər siyahısına əlavə edilməsi ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir”.

Almaniya mediası xəbər verir ki, Bundestaqın sağçı radikal AfD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib və sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir.

AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.”

Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub". Bunu Bakıda mətbuat konfransı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır”. Bunu oktyabrın 11-də İrəvanda “Frankofoniya” beynəlxalq təşkilatının sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan iddia edib ki, Dağlıq Qarabağ “xalqının” iradəsini nəzərə alaraq, onun statusu məcburi hüquqi gücə malik olmalıdır.

“Sülh atmosferinin yaradılması nizamasalma prosesində irəliləyiş üçün əsas amil olacaq”, - deyə o bildirib.

"Ermənistan Baş nazirinin Frankafoniya təşkilatının açılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi yalan və həqiqətdən uzaq fikirlər Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir". Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan baş nazirinin Frankofoniya təşkilatının açılışında etdiyi çıxışına münasibət bildirərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin “Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi” sualı qarşısında çaşıb. Erməni general “Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək” deyə bildirib.

Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan tərəfi reallığı düzgün qiymətləndirməli, əvvəlki rejimin səhvlərini təkrarlamamalıdır. Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb. "Yenicə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım", - deyə baş nazir öz "Facebook" səhifəsində yazıb.yazıb.

Əgər kimsə xalqa problem yaratmaq rolunu üzərinə götürmək qərarını veribsə, o zaman xalq özü bu problemin ləğvi yolunu tapacaq. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistan parlamenti de-fakto buraxılıb, indi sadəcə onun de-yure buraxılması həll edilməlidir:

“Əgər xalq qərar qəbul edibsə ki, bu hökumət getməlidir, o zaman hökumət istefaya getməlidir. Mən özümü bu prosesin zəmanətçisi sayıram”.

“Putinə daxili siyasətdə düşən reytinqini bərpa etmək üçün qalib gələcəyi kiçik müharibə lazımdır”. Bu iddia ilə erməni şərhçi Qalust Qriqoryan çıxış edib.

Onun sözlərinə görə, Rusiyada prezident Vladimir Putinin reytinqi 45 faizə düşüb: “Vaxtilə Gürcüstan və Ukrayna nümunəsində biz bunu gördük. İndi növbə Ermənistandır”.

Q.Qriqoryan iddia edib ki, Ermənistanın məğlub olacağı müharibə Qarabağda da ola bilər, ölkənin daxilində də.

“Rusiya üçün Ermənistana dərs vermək əhəmiyyətlidir. Bu baxımdan, Ermənistana müdaxilə edə bilər”, - deyə o bildirib.

Respublikaçılar Partiyası Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Bu barədə məlumat partiyadan yayılıb. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, partiya növbədənkənar seçkinin dekabrda keçirilməsinə dəstək göstərəcək. Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiyini bildirib.

Dünən həmçinin Respublikaçılar fraksiyasından olan bir sıra deputat da Paşinyanın yanında olduqlarını açıqladı.

Ermənistan Baş nazir Nikol Paşinyan Qagik Çarukyana parlamentə girməyə maneə yaratmayacağına söz verib. Bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.

“Tərəflər arasındakı razılaşmaya əsasən, Çarukyana qarşı heç bir siyasi təqib, təzyiq olmayacaq. Bu həm də Paşinyanın Çarukyan Blokunu ana müxalifət edəcəyi, digər siyasi qüvvələrin 3-cü və 4-cü yerləri tutacağı deməkdir”, – deyə qəzet bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərini 9 dekabr tarixinə təyin edib. Bu barədə “Jamanak” qəzeti Paşinyana yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paşinyan seçkilərin keçirilməsi üçün bütün lazımi proseduralarla bağlı parlamentdə digər fraksiyalarla razılığa gəlib.

“Əvvəlcə baş nazir istefa verəcək. Reqlamentə görə, baş nazirin istefasından 30 gün, parlamentin buraxılmasından 45 gün sonra yeni seçkilər keçiriləcək. Orta hesabla bu prosedur 2 ay çəkir. Bu o deməkdir ki, Paşinyan bu həftə istefa verəcək”, - deyə qəzet yazıb.

Ermənistanın baş naziri Nikol Paşinyan istefaya verəcəyi tarixi açıqlayıb. Paşinyan bunu "France 24" telekanalına deyib.

"Erkən parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bu, mənim oktyabrın 16-da istefaya gedəcəyim təqdirdə real olacaq", - deyə telekanal onun sözlərini sitat gətirib.

N.Paşinyan oktyabrın 8-də cari ilin dekabr ayında erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb.

Ermənistanın müdafiə naziri David Tonoyan Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının hərbi təlimlərini izləyib. Maraqlıdır ki, təlimlər zamanı Tonoyan əməliyyat komanda qərargahında əyləşib və təlimləri idarə edib. Ermənistan mediası Tonoyanın əməliyyatı idarə etməsini gözlənilməz istiqamət adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müəmma və qarşılıqlı ittihamlar davam edir. Mövzu ilə bağlı növbəti bəyanat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmasında iştirak edən 15 nəfərlik kəşfiyyat qrupu müəyyən edilib. Onların İstanbul Atatürk hava limanındakı görüntüləri əldə olunub.

Mətbuat Ər-Riyaddan iki ayrı təyyarə ilə İstanbula gələrək geri qayıdan şəxslərin fotolarını dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxması ilə bağlı iddialar bir-birini əvəzləməkdədir. Növbəti iddia ABŞ-ın “Vaşinqton Post” nəşrindən gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ər-Riyad müraciət edəcəyi halda, ABŞ Türkiyəyə Federal Təhqiqatlar Bürosunun (FTB) heyətini göndərməyə hazırdır. Bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

“Səudiyyəlilərin kömək istəyəcəyi halda, ABŞ Türkiyəyə FTB qrupunu göndərməyə hazırdır”, - o deyib.

ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə əlaqədar Səudiyyə Ərəbistanını təhdid edib. CBS-də yayımlanan “60 dəqiqə” proqramına qatılan Amerika lideri Qaşıqçının yoxa çıxmasında səudiyyəlilərin iştirakının sübut olunacağı halda, çox ağır cəzaların tətbiq olunacağını bildirib.

O, məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz ilə danışacağını söyləyib.

İdlibdə silahsızlaşdırılmış bölgənin sərhədləri müəyyən edildi. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin danışıb.

“Türkiyə ilə Rusiya arasında çox yaxşı əməkdaşlıq, qarşılıqlı münasibətlər və sağlam əlaqə təmin edilib. İki ordunun nümayəndələri İdliblə bağlı razılaşmadan sonra bir neçə dəfə görüşüb müzakirə aparıb”, - Verşinin bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya lideri Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə silahsız bir bölgə yaratmaq üçün Soçidə razılığa gəlmişdi.

Suriyada Fəratın şərqində terror yuvalarını darmadağın edəcəyik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada keçirilən hərbi mərasimdə bildirib.

“Terror təşkilatına görünməmiş zərbələr vurulur. Sərhədlərimizdən kənarda terrorçular rahat yata bilmirlər, bilirlər ki, qəfil gələ bilərik. Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik”, - prezident deyib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İndi də Münbiçdə kanallar açırlar. Bu nə deməkdir? “Biz məzarı hazırladıq, gəlin dəfn mərasimini keçirin" deyirlər. Oraya da girəcəyik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada bir açılış mərasimində deyib.

“Atdığımız qərarlı addımlar sayəsində Cerablusdan Əl-Baba, Afrindən İraqın şimalına, Cudidən Gabara, Tendürəkə qədər çox çətin coğrafiyalarda təhlükəsizlik güclərimiz terror təşkilatlarına qan qusdurur. Hara qaçırlarsa qaçsınlar, bu xalqa xəyanət edənləri oralarda da rahat qoymayacağıq”, - prezident deyib.

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən gedişi haqqında məsələni artıq heç kim qaldırmır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Verşınin bildirib.

“Artıq qəbul edirlər ki, BMT-nin üzv ölkəsinin öz gələcəyini müəyyən etmək hüququ var. Xalq onlara kimin rəhbərlik edəcəyini özü müəyyən etməlidir. Deyərdim ki, artıq bu məsələnin öhdəsindən gəldik. Bu, çox yaxşıdır”, - o deyib.

Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Əsədin hakimiyyətdən gedişini “vaxt məsələsi” adlandırıb.

“3F Bloku” (Block 3F) proqram təminatı olmadan belə, İsraildə “F-35” beşinci-nəsil qırıcıları ilə bu yaxınlarda Suriyaya çatdırılmış “S-300” zenit-raket sistemlərinə zərbənin endirilməsinə böyük imkanlar var. Bu haqda ABŞ-ın “National Interest” nəşri yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Suriyaya verdiyi S-300 hava hücumundan müdafiə sistemləri İsrail və ABŞ-da təşvişə səbəb olub. Bu barədə “Drive” nəşri yazıb.

Məlumata görə, Rusiyanın bu addımına cavab olaraq ABŞ Suriyadakı hərbi əməliyyatlarda beşinci nəsil F-22 Raptor qırıcılarından istifadə edəcək.

Bu qırıcıların S-300-lər tərəfindən vurula bilməyəcəyi iddia edilib. Radarlardan gizlənməklə hava hücumundan müdafiə sistemlərinin işini iflic edən bu qırıcılar daha sonra koordinatları bombardmançı təyyarələrinə ötürməklə ölümcül zərbə vurulması üçün imkan yaradır.

Məsələni şərh edən rus ekspertlər isə havadan casusluq fəaliyyəti üçün ən ideal texnika hesab olunan F-22-lərin də tamamilə təhlükədən kənar olmadığını bildirib. Rusiyalı professor Sergey Sudakovun sözlərinə görə, bu tip təyyarələr gizliliyini bir müddət qorusa da, elektron müqavimət sistemini işə saldığı anda radarlar tərəfindən ifşa olunur. HHM-in sürətli yerdəyişməsi isə düşmən hücumunun qarşısını almağa imkan yaradır.

İsrail Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini vurmaq qabiliyyətinə sahib deyil. Bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib.

“İsraillilərin hər hansı bir ciddi addım ata biləcəyini düşünmürəm. Rusiya Suriyada S-300 komplekslərini yerləşdirmək və öz mənfəətlərini qorumaq haqqına sahibdir. Xüsusən İsrailin rus təyyarəsinə hücumundan sonra bu, Rusiyanın qanuni haqqıdır”, - Laricani bildirib.

Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket komplekslərinin idarə edilməsi İran mütəxəssislərinə tapşırılacaq. Bu haqda “DEBKAfile” saytına Amerika və İsrail kəşfiyyat xidmətlərinə bağlı mənbə bildirib.

Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu qeyd edir ki, Rusiya tərəfi hava hücumuna qarşı müdafiə sistemlərinin idarə edilməsini məhz İran mütəxəssislərinə etibar etməyi planlaşdıraraq, Suriyaya komplekslərin “S-300PMU-2” modifikasiyasını çatdırıb. Həmin modifikasiyadan olan komplekslər məhz 2016-cı ildə İrana çatdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dəməşq İran qoşunlarının Suriyadan çıxarılmasına nail olmayana qədər Vaşinqton Suriyanın bərpasına heç bir vəsait verməyəcək. Bunu Amerikanın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“İranın Suriyadan çıxarılmasının məsuliyyəti hökumətin üzərindədir. Məhz hökumət İran ordusunun burada yerləşməsinin günahkarıdır. Əgər onlar İran ordusunu buradan çıxartmasalar, ABŞ-dan rekonstruksiya üçün bir dollar belə almayacaqlar”, – deyə o bildirib.

Qəzzadakı humanitar böhran İsrail üçün təhlükədir. Əgər vəziyyət müsbətə doğru getməsə, ordu Qəzzaya hücum edəcək. Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu nazirlərlə görüşündə deyib.

“Qəzzada gərginliyin azalması bizim üçün arzuediləndir. Ancaq bunun qorunub saxlanılacağından əmin deyilik. Bu səbəbdən hərbi hazırlıqlara başlamışıq”, - Netanyahu bildirib.

Rusiya Federasiyasının hərbi komandanlığı Liviyaya Baş Kəşfiyyat İdarəsi (QRU) və xüsusi bölmənin onlarla zabit və əsgərini göndərib. Bu haqda Böyük Britaniyanın “The Sun” qəzeti mənbələrə istinadən bildirib.

Qəzetin məlumatına görə, Böyük Britaniya kəşfiyyatı Rusiyanın hərəkətlərinə Liviyanı “yeni Suriya”ya çevirmək cəhdi kimi baxır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiyada müharibə yetişir, ölkə rəhbərliyi və federal kanallar bunu gizlətməyə üstünlük verirlər. Bu haqda İnquşetiya və Çeçenistan arasında ərazi mübadiləsindən sonra başlayan etiraz aksiyalarını şərh edən Rusiyanın müxalifət siyasətçisi Leonid Qozman “Exo Moskva” radiostansiyasının saytında yazıb.

Onun sözlərinə görə, Rusiyada hazırda İnquşetiya və Çeçenistan sakinləri arasında əsl münaqişə yetişir. Siyasətçi vəziyyətin hər saat gərginləşdiyini, ölkə rəhbərliyinin isə daxili problemlərə məhəl qoymadığını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniya Rusiya da daxil olmaqla, daha güclü silahlı qüvvələrlə ölkələrlə döyüşlərə hazırlaşmaq üçün Omanda hərbi təlimlər keçirir. Bu haqda “Times” nəşri bildirib.

Qəzetin məlumatına görə, “Saif Sareea 3” təlimləri son 17 ilin ən böyük hərbi təlimləridir. Bir ay davam edəcək təlimlər Londona yüz milyon funt-sterlinqə başa gələcək. Təlimlərdə hər birinin dəyəri minlərlə funt-sterlinq olan pilotsuz təyyarələr ilk dəfə sınaqdan keçiriləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tramp və Putinin görüşəcəyi ilə bağlı yayılmış xəbərlər əsassızdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“İki ölkə başçısı arasında hər hansı görüş planlaşdırılmayıb”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin görüşünün 2019-cu ilin birinci yarısında keçiriləcəyi barədə məlumat yayılmışdı.

ABŞ prezidenti Donald Tramp Çini ticarətdə əlavə məhdudiyyətlərlə hədələyib. Amerika lideri bu haqda “Fox News” telekanalına müsahibəsində bildirib.

Tramp qeyd edib ki, onun siyasəti artıq Çin iqtisadiyyatına zərər vurub.

“Mən daha çoxunu edə bilərəm”, - ABŞ prezidenti əlavə edib.

Onun sözlərinə görə, Çində uzun müddət çox yaxşı yaşayırdılar və ABŞ-la ticarətdə haqsız üstünlüklərdən istifadə edirdilər.

Çin və ABŞ arasında ticarət müharibəsi iyulun 6-da bu dövlətlərin qarşılıqlı şəkildə yüksək gömrük rüsumlarını tətbiq etməsindən sonra başlanıb. Vaşinqtonun qiymətləndirməsinə görə, ticarət dövriyyəsi Çinin xeyrinə 500 milyard dollar təşkil edir. Pekin öz növbəsində disbalansı ABŞ-ın daxili iqtisadi siyasətinin nəticəsi hesab edir.

Ukrayna

Ukraynanın Çerniqov vilayətində anbarda baş verən yanğına görə ölkə yüz milyonlarla dollar döyüş sursatından məhrum olacaq. Bu haqda Ali Radanın deputatı, Ukrayna Daxili İşlər Nazirliyinin kollegiya üzvü Anton Qeraşenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna ordusu Donbasda təmas xəttində yerləşən “boz zona”da bir kilometrdən çox irəliləyib. Bu haqda Ukraynanın Birləşmiş güclərin əməliyyat qərargahından bildiriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yarım il ərzində Ukraynanı hakimiyyət dəyişikliyi gözləyir. Bu haqda ölkənin sabiq baş naziri Nikolay Azarov özünün Feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, Kiyevdəki siyasətçilər və məmurlar da bunu anladıqları üçün müxtəlif şoular təşkil edirlər.

“Bu cinayətkar dəstənin çox vaxtı qalmayıb. Artıq yarım il sonra onlar olmayacaq”, - Azarov qeyd edib.

Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada hakimiyyət dəyişikliyi olub. Meydan hadisələnin nəticəsi olaraq hakimiyyətdən devrilən prezident Viktor Yanukoviç və Azarov Rusiyaya qaçıblar.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib. Poroşenko bu bəyanatı Xmelnitsk vilayətinə səfəri zamanı Ukraynanın Silahlı Qüvvələrinin bölmələrinin komandirləri ilə görüşdə verib.

Onun sözlərinə görə, bu, “həyatların saxlanılması” üçün lazımdır. Həmçinin, Poroşenko Ukrayna ərazisinin bir qarışını verməməyə və hər bir Ukrayna hərbi qulluqçusunun həyatını qorumağa çağırıb.

“Biz bütün ssenarilərə hazır olmalıyıq, həm müdafiəyə, həm də effektiv əks-hücuma”, - Poroşenko bildirib.

Ukrayna lideri vurğulayıb ki, qoşunlar Donbas ərazisində təxribatlara təslim olmamalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm