Elçin Mirzəbəyli: "Belarusla Azərbaycanın ortaq maraqları heç zaman toqquşmur"
Bizi izləyin

Nida Təhlil

Elçin Mirzəbəyli: "Belarusla Azərbaycanın ortaq maraqları heç zaman toqquşmur"

“Belarusla Azərbaycan dövlətlərinin ortaq maraqları var ki, bu maraqlar heç zaman toqquşmur. Əksinə, dövlət başçılarının qətiyyəti və iradəsi nəticəsində bu maraqlar daha da uyğunlaşdırılır və inkişaf etdirilir”.

Bu sözləri Publika.az-a politoloq Elçin Mirzəbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Belarusa səfəri çərçivəsində həmin ölkənin prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşünün protokol ilə nəzərdə tutulduğundan daha çox çəkməsinə şərh bildirərkən deyib.

Politoloq bildirib ki, 45 dəqiqə çəkməsi nəzərdə tutulan görüşün 2 saata yekunlaşması təbii haldır:

“Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşündə uzunmüddətli dialoq aparmalarını təbii qarşılamaq lazımdır. Bu iki dost və qardaş ölkənin prezidentləri, eyni zamanda, Belarusla Azərbaycan dövlətlərinin ortaq maraqları var ki, bu maraqlar heç zaman toqquşmur. Əksinə, dövlət başçılarının qətiyyəti və iradəsi nəticəsində bu maraqlar daha da uyğunlaşdırılır və inkişaf etdirilir. Bu baxımdan, görüşün uzun çəkməsi təbii qəbul edilməlidir. Düşünürəm ki dialoqun çox vaxt aparması ölkələrin öz aralarında müzakirə ediləcək məsələlərinin nə qədər çox olduğundan xəbər verir. Əslində bu, müsbət faktordur”.

E.Mirzəbəyli səfər çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində imzalanan qarşılıqlı Anlaşma Memorandumuna da toxunub:

“Azərbaycanla Belarus artıq uzun müddətdir ki, hərbi sahədə əməkdaşlıq edirlər. Ölkəmiz Belarusdan müasir hərbi silah-sursat, texnika alır. Bu istiqamətdə, xüsusilə, “Polonez” hava hücumundan müdafiə sistemlərini qeyd edə bilərik. Dövlətimiz Belarusla hərbi əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Çox mümkündür ki, gələcəkdə Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail ilə olduğu kimi, Belarusla da müdafiə sənayesi istiqamətində ortaq müəssisələr yaradılsın. Bu aspektdən əməkdaşlığın hər iki ölkəyə faydası və xeyri danılmazdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm