Nida Təhlil
Paşinyanı qorxuya salan GEDİŞ, işğal edilmiş TORPAQLAR… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib. ABŞ Rusiyadan alınacaq “S-400” zenit-raket sisteminləri ilə bağlı Ankaranı növbəti dəfə təhdid edib. İran iqtisadi ehtiyacları ödənməyəcəyi halda, nüvə razlaşmasından çıxacağını açıqlayıb. Səudiyyə Ərəbistanının Kral ailəsinin bəzi üzvləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmaq niyyətindədir. Böyük Britaniyadan Fransa Prezidenti Emmanuel Makronun Ümumavropa ordusu yaratmaq ideyasına münasibət bildirilib.
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib. Bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Əgər dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında yeni baş katib seçilməsə, razılığa görə Ermənistan bu işi davam etdirəcək”. Bu barədə Ermənistanda baş nazir səlahiyyətini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər Ermənistanda Nikol Paşinyana qarşı qəzəbə səbəb olub. Siyasi dairələr Ermənistanın KTMT-də uğursuzluğa düçar olmasının Nikol Paşinyanın səhv siyasəti və ağılsızlığından qaynaqlandığını bildirirlər.
“Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan hesab edir ki, KTMT-də problemlər yaranacaqsa, bu, ilk növbədə Azərbaycanın xeyrinə olacaq.
Erməni şərhçi Aram Amatuni isə yazır ki, əslində erməni siyasi qüvvələr seçkilər öncəsi bu məsələdən Paşinyana qarşı istifadə edirlər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Türkiyəyə “S-400” zenit-raket sisteminlərinə alternativ olaraq nə təklif edə biləcəyimiz mövzusunda Konqreslə müzakirələrimiz davam edir”. Bu haqda Rusiyanın “Sputnik” “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İqtisadi ehtiyacları ödənməyəcəyi halda, İran nüvə razlaşmasından çıxacaq. Bu haqda ICANA agentliyinə danışan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“Nüvə anlaşmasında qalan Avropa İttifaqı ölkələri və digər ölkələr razılaşma çərçivəsində İranın iqtisadi ehtiyaclarının qarşılanmayacağı halda, razılaşmada qalmayacağımızı bilirlər”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib və İrana qarşı sanksiyaları yeniləyib.
Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının rəhbərliyinin iştirak etdiyinə dair çox güclü fikir birliyi var, bunu kimsə mübahisə etmir. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Qaşıqçı cinayəti barədə hesabatı ilə tanış olan ABŞ Dövlət Departamentinin səlahiyyətlisi “ABC News” telekanalına müsahibəsində deyib.
“Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətində əmrin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi gün kimi aşkardır”, - o söyləyib.
Səudiyyə Ərəbistanının Kral ailəsinin bəzi üzvləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmaq niyyətindədir. Bu haqda “Röyters” agentliyinə Kral ailəsinə yaxın üç mənbə bildirib.
Onların sözlərinə görə, Kral ailəsindəki bu parçalanma jurnalist Camal Qaşıqçının qətli ətrafında yaranan qalmaqalla bağlıdır.
Agentlik yazır ki, onlar Kral Salman bin Əbdüləziz əs-Səudun başqa varisinin olmasını istəyirlər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi prezident Donald Trampın qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin məhdudlaşdırılması barədə sərəncamını müvəqqəti bloklayıb. Bu məlumatı “Röyter” agentliyi yayıb. Agentlik hələlik sərəncamın dəqiq nə qədər müddət ərzində bloklandığını açıqlamayıb.
Qeyd edək ki, Tramp bundan öncə qeyri-leqal miqrantlara ABŞ-da sığınacaq verilməsini qadağan edib. Tramp bunu Meksikadan gələn miqrant axınının qarşısını almaq üçün atdığını bildirib.
Son günlər dünyanın gündəmində olan mövzulardan biri də Fransa prezidenti Emmanuel Makronun Avropanın vahid ordusunun yaradılması ilə bağlı təklifidir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Böyük Britaniyadan Fransa Prezidenti Emmanuel Makronun Ümumavropa ordusu yaratmaq ideyasına münasibət bildirilib. Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson Makronun bu təklifi ilə razı olmadığını deyib.
“Avropa Birliyinin NATO ilə rəqabət aparacaq ordu yaratmağa köklənməsi tamamilə axmaq bir ideyadır”, - nazir bildirib.
Avropanın müdafiə sahəsindəki təşəbbüslərini məmnunluqla qarşılayırıq. Bu barədə Ümumavropa ordusunun yaradılması təşəbbüsünə münasibət bildirən NATO Baş katibi Yens Stoltenberq bildirib.
“Bunlar NATO-nun daha güclü olmasına fayda verəcək. Avropanın müdafiə təşəbbüslərinin NATO-ya alternativ və ya NATO-nun təkrarı olmamasının gərəkdiyini açıq bir şəkildə ifadə etdim. NATO Avropanın təhlükəsizliyinin əsası olmağa davam edir”, - Stoltenberq bildirib.
Kreml rusiyalıları zəbt edilmiş Krımın Ukraynaya qaytarılması imkanına hazırlayır. Bunu Rusiya KİV-ində ritorikanın dəyişikliyi göstərir. Bunu “ObozTV”nin efirində Krım Muxtar Respublikasının baş nazirinin sabiq müavini Andrey Sençenko bildirib.
O qeyd edib ki, “Rossiya 1” telekanalında efirə gedən “60 dəqiqə” reytinq şousu da bunu göstərir.
“Onlar əhalinin reaksiyasını yoxlayırlar. Sanksiyalarla təzyiq o səviyyəyə çatacaq ki, onlar konstruksiyanın tərpəndiyini və dağıntı həddində olduğunu hiss edəcəklər, onda ciddi danışıqlar başlanacaq”, - siyasətçi bildirib.
Ömər Dağlı
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?