Nida Təhlil
27 dəqiqəyə DARMADAĞIN, Sarkisyan Qarabağı… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüşü zamanı Dağlıq Qarabağla bağlı açıqlamalar verib. Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. ABŞ Prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini açıqlayıb. Azov dənizində gərgin vəziyyət davam edir. Rusiya Krım yarımadasına S-400 raket müdafiə sistemi yerləşdirəcək.
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda seçicilərlə görüşü zamanı Dağlıq Qarabağla bağlı açıqlamalar verib. Paşinyan “Qarabağı satmayacağıq” deyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi David Şahnazaryanın iddiasına cavab olaraq bildirib.
“David Şahnazaryan bizim Qarabağı vermək üçün hakimiyyətə gəldiyimizi deyir. Mən faktlara əsaslanaraq danışıram. Biz münaqişəni həll edə bilmədiyimizi açıq şəkildə bildiririk və hər hansı təklif olacaqsa, bunu xalqa bildirəcəyik, xalqın razılığı ilə hərəkət edəcəyik. Serj Sarkisyanın rəhbərliyi ilə Qarabağı vermək siyasəti aparan Respublika Partiyası bizi Qarabağı satmaqda ittiham edir”, - deyə Paşinyan qeyd edib.
“Azərbaycan əsirlərin dəyişdirilməsi təklifi ilə çıxış edir. Azərbaycanda üç erməni var, Qarabağda üç azərbaycanlı. Üç azərbaycanlıya qarşı üç ermənini verməyi təklif edirlər”. Bu barədə Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycan mövqelərinə soxulmaq istəyərkən ələ keçirilən erməni diversant Karen Kazaryanın valideynləri ilə görüşdə deyib.
Lakin Paşinyan Azərbaycanın təklifindən imtina etdiklərini bildirib.
“Qarabağda iki azərbaycanlı var. Onları qaytarsaq, Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaqlar. Biz bunu istəyirik? Kazaryanla bağlı məsələni Azərbaycan tərəfi ilə müzakirə etməyə davam edirik. Biz bu məsələni beynəlxalq səviyyəyə çıxaracağıq”, - deyə Paşinyan Kazaryanın ailəsinə söz verib.
Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparır. Oktyabrın 28-də keçirilən prezident seçkilərinin ilk turunda Zurabişvili 38,64%, Vaşadze isə 37,74% səs toplayıb.
Qeyd edək ki, keçirilən seçkilər Gürcüstan prezidentinin birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçkilərdir. Yeni prezident 6 il müddətinə seçiləcək.
ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Şon Rayan Pentaqona hesabatında diqqət çəkən nüanslara toxunub. İraq və Suriyada aparılan hərbi əməliyyatlar barədə məlumat verən Rayan Suriya sərhədində monitorinq mərkəzlərinin yaradılmasında məqsədin Türkiyəni qorumaq olduğunu bildirib.
O qeyd edib ki, Türkiyə ilə ABŞ-ın Menbiçdə birgə fəaliyyəti nəticəsində terror təşkilatlarının regiona daxil olmasının qarşısı alınıb və bölgədə sabitlik bərqərar edilib.
Rayan ABŞ-ın YPG ilə İrana qarşı bir illik müqavilə bağlamasını, eləcə də bölgədə 30 minlik ordunun hazırlanması barədə yayılan məlumatları təkzib edib.
ABŞ Prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini açıqlayıb. Bu barədə Tramp “Vaşinqton Post”a müsahibəsində danışıb. Tramp buna səbəb kimi Kerç-Qara dəniz akvatoriyasında Rusiyanın Ukrayna gəmilərinə hücumunu göstərib.
“Bu aqresiya mənim xoşuma gəlmir. Mən ümumiyyətlə aqresiya istəmirəm”, - Tramp bildirib.
ABŞ prezidenti yaxın vaxtlarda xüsusi xidmət orqanlarından insidentlə bağlı ətraflı hesabat gözlədiyini söyləyib.
ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Argentinada nəzərdə tutulan görüşü ləğv edə biləcəyi barədə bəyanatı Amerika liderinə təzyiqlərin olduğunu göstərir. Bu haqda “CIS-EMO” beynəlxalq monitorinq təşkilatının siyasi analitiki Stanislav Bışok bildrib.
Ekspert qeyd edib ki, Tramp Kerç boğazı ətrafında baş verən son hadisəyə dərhal reaksiya vermədi, çünki şəxsən Buenos-Ayresdə Putinlə görüşə köklənmişdi. Bışokun sözlərinə görə, ancaq Amerika lideri daha sonra isteblişmentin tələblərinə güzəştə getdi.
Çərşənbə axşamı ABŞ Hərbi-Dəniz Qüvvələrinin “Boeing P-8A Poseydon” təyyarəsi Kerç boğazı və Krım ərazisi üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu haqda “PlaneRadar” monitorinq portalı bildirib.
168848 bort nömrəsi olan hava gəmisi ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin 26-cı patrul eskadrilyasının tərkibinə daxildir. Məlumata görə, təyyarə yarımadanın sahil xəttinin 31 kilometrliyinə qədər yaxınlaşıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiyanın tammiqyaslı müharibə təhdidi səbəbindən Ukraynada hərbi vəziyyət elan edildi. Bu sözləri Ukrayna lideri Pyotr Poroşenko yerli kanallara açıqlamasında deyib. Poroşenko bildirib ki, bu yalnız başlanğıcdır:
“Bizdə dəqiq informasiya var ki, Rusiyanın Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Kəşfiyyat bununla bağlı sübutlar təqdim edib”.
Poroşenko Ukrayna sərhədinin 18 kilometrliyində yerləşən Rusiya bazalarından 17, 24 sentyabr və oktyabrda peykdən çəkilən görüntüləri də mediaya nümayiş etdirib:
“Göründüyü kimi, Ukrayna sərhədində yerləşən bazalardakı tankların sayı iki dəfə artırılıb”.
Ukrayna ordusu 27 dəqiqə ərzində Rusiya qoşunları tərəfindən məhv ediləcək. Bu haqda Rusiya siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Rossiya-1” telekanalında tok-şouda bildirib.
“Hər şey təkrarlanır. Bir vaxtlar anqlosakslar Hitleri SSRİ-yə hücum etməyə məcbur etdilər. Poroşenko, əlbəttə ki, Hitler deyil, amma o, bu rolu oynayır”, - Jirinovski deyib.
Partiya lideri nasist Almaniyanın “Qaliçina” diviziyasının taleyini xatırladıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya Krım yarımadasına S-400 raket müdafiə sistemi yerləşdirəcək. Bu barədə Rusiya Müdafiə Nazirliyi informasiya yayıb.
Buna səbəb Ukrayna ilə Kerç boğazında yaşanan silahlı qarşıdurmadır.
Rusiyalılar tərəfindən tutulmuş Ukrayna gəmilərinin azad olunmasının yalnız bir variantı var. Ukraynanın bütün qərb partnyorları Rusiyaya qarşı sərt sanksiyaları tətbiq etməlidir. Yalnız bu, təcavüzkarı güzəştə getməyə məcbur edəcək. Bu haqda təhlükəsizliklər məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan Azov dənizindəki “dəniz döyüşü”nü şərh edərkən deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna Amerika ordusunun hərbi bazasının ölkəsinin ərazisində mümkün tikinti haqqında ABŞ-la danışıqlar aparır. Bu haqda diplomatik dairələrdəki mənbələrə istinadən “İzvestiya” nəşri bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna Kerç boğazındakı hadisə ilə əlaqədar NATO gəmilərinin Qara dənizə daxil olması şəklində Qərbin dəstəyinə bel bağlayır. Ukrayna prezidenti Pyotr Poroşenkonun mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı bu haqda Amerikanın NBC telekanalına bildirib.
“O qeyd etdi ki, Ukraynaya dəstəyin mümkün variantlarından biri NATO-nun bir neçə gəmisinin Qara dənizə girməsi ola bilər, çünki bu, qlobal təhlükəsizliyin hədəfidir”, - mətbuat xidmətinin xəbərində deyilir.
Ömər Dağlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO