Paşinyanın razılaşdığı QARABAĞ VARİANTI, 60 gün VAXT... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Paşinyanın razılaşdığı QARABAĞ VARİANTI, 60 gün VAXT... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib. MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə söhbəti olub. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. İran ABŞ-ı Hörmüz boğazını bağlamaqla hədələyib. ABŞ administrasiyası Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabit Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi haqqında iş üzrə Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyi planlaşdırır. ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməsi üçün Rusiyaya 60 gün vaxt verib. Rusiya prezidenti Vladimir Putin ultimatuma cavab verib. Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır.

Azərbaycan, Dağlıq Qarabağ

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə Azərtaca-a müsahibə verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimalla gələn ay davam etdirilməsi razılaşdırılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, dünən İtaliyanın Milan şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.

Azərbaycan Ordusu Naxçıvan istiqamətində təmas xəttindən 1300-1700 metr irəliləyib. Bu, 5 kilometr ərazi deməkdir. Sentyabrın 27-dən sonra isə bu ərazidə möhkəmlənmə işləri həyata keçirib. Bu etirafla Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş baş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Naxçıvan istiqamətində may ayından etibarən irəliləyib.

“Müdafiə Nazirliyi bildirdi ki, bu neytral zonadır, lakin neytral zona olmur, bura ərazidir. Sentyabrda Azərbaycan Ordusu nəzarət etdiyi əraziləri bir neçə dəfə artırdı. Bu, təxminən 800 hektar ərazi deməkdir. Bu ərazilərdə Azərbaycan infrastruktur inşa edib. Azərbaycanın nəzarət etdiyi strateji hündürlüklər olduqca əhəmiyyətlidir. Müharibə başlayanda bu hündürlüklər Azərbaycana üstünlük qazandıracaq”, - deyə o bildirib.

“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı variantlarla razılaşdı”. Bu barədə Ermənistanın milli təhlükəsizlik şurasının keçmiş katibi, Respublika Partiyasından deputatlığa namizəd David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti anti-Qarabağ siyasəti yürüdür: “Bunlardan biri Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılmasıdır. Bu siyasətin nəticəsində Ermənistan bütün gücünü itirdi və bunu anlayan Azərbaycan ərazilərin qaytarılması ilə bağlı ciddi addımlara hazırlaşır. Faktiki olaraq, Vyana, Sankt-Peterburq və Cenevrə çağırışları aradan qalxdı. İndi Qarabağ ətrafındakı rayonların qaytarılması və status məsələsi müzakirə olunur. Əvvəllər “ərazilər əvəzinə status” əsas prinsip idi, indi “ərazilər əvəzinə təhlükəsizlikdir”.

Şahnazaryan hesab edir ki, Paşinyan hakimiyyəti ərazilərin qaytarılması ilə nəticələnəcək, beynəlxalq ictimaiyyətin, xüsusilə Vaşinqtonun vaxtaşırı səsləndirdiyi variantlarla razılaşdı.

Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 14-də Azərbaycana gələcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Ermənistan

Ümid edirik ki, Ermənistanın yeni parlamenti daha konstruktiv olacaq və Rusiya-Ermənistan münasibətlərinin inkişafına diqqət yetirəcək. Bunu İrəvanda jurnalistlərə açıqlamasında ermənipərəst rusiyalı deputat Konstantin Zatulin deyib.

"Sizin hökumətin nümayəndələri təkcə Rusiya yox, bütün dünya ölkələrinə müraciət edib investisiya istəyəndə Rusiyanın böyük şirkətlərinə qarşı araşdırmalardan bəhs edir. Bu, sizin üçün pis fondur. Mən “böyük şirkətlər” deyəndə “Qazprom” və Cənubi Qafqaz Dəmiryollarını nəzərdə tuturam", - deyə o bildirib.

Dekabrın 7-də Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi haqqında qərar qəbul edilib. Qərarı apellyasiya məhkəməsi qəbul edib. Məhkəmə birinci instansiya məhkəmənin həbs haqqında qərarını qüvvədə saxlayıb. Qərarın elan edilməsi zamanı Köçəryan məhkəmə zalında olmayıb.

Qeyd edək ki, bundan öncə Köçəryan həbs etsə də sonradan kassasiya məhkəməsi onun azadlığa buraxılması haqqında qərar qəbul etmişdi. O, 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyədə Şimali Kipr Türk Cümhuriyyətində hərbi dəniz bazasının yaradılması məsələsi müzakirə edilir. Məsələ Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik fonunda gündəmə gəlib.

İnformasiyaya əsasən, hərbi dəniz bazasının 2019-cu ilin əvvəlində yaradılması gözlənilir.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ehtiyac olduğu halda Şimali Kipr ərazisində hərbi dəniz bazasını yarada bilər. Prezidentin sözlərinə görə, bu ərazidə Türkiyənin hərbi gücünün olması çox əhəmiyyətlidir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “F-35” qırıcılarının Türkiyəyə çatdırılması mövzusundan danışıb. Brüsseldə keçirilən NATO xarici işlər nazirləri toplantısı çərçivəsində jurnalistlərə danışan nazir hazırda hər hansı problemin olmadığını bildirib.

“ABŞ prezidenti Donald Tramp ilə prezidentimiz Rəcəb Tayyib Ərdoğan G20 sammitində “F-35” mövzusunu müzakirə etdi. Tramp özü mövzunu açdı və Türkiyənin bu layihənin əhəmiyyətli oyunçularından biri olduğunu söylədi. Təyyarələrin Türkiyəyə çatdırılmasının ləğvi müzakirə mövzusu deyil, hazırda bir problem görmürük”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II” beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir. “F-35”-lər çoxmillətli proqram çərçivəsində istehsal edilir. Türkiyə proqrama 2002-ci ildə qoşulub.

İstanbul Respublika Baş prokurorluğu Camal Qaşıqçı cinayəti ilə əlaqədar Əhməd əl-Assiri və Səud Əl-Kahtaninin həbsini tələb edib. Adıçəkilən şəxslər səudiyyəli jurnalistin qətlini planlaşdıranlar arasında olmaqda şübhəli bilinirlər.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.

Əgər 14 dekabrda Suriya Konstitusiya Komitəsi çağırılmasa, o zaman Astana prosesinin üzərindən xətt çəkmək olar. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. O, bunun ABŞ-ın mövqeyi olduğunu bildirib.

Qeyd edək ki, Cefri bundan öncə də Astana prosesi çərçivəsində zəmanətçi ölkələrin Konstitusiya Komitəsinin iclasını çağırmalı olduğunu, əks təqdirdə BMT-nin bu prosesdə əsas vasitəçiliyi üzərinə götürməsinin vacibliyini demişdi.

İran neftini alan bütün ölkələr mümkün qədər tez bir zamanda bunu dayandırmalıdır. Bu bəyanatı ABŞ Dövlət katibinin köməkçisinin müavini Sandra Oudkirk yayıb. Onun sözlərinə görə, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar daha da genişlənəcək:

“5 noyabrdakı sanksiyalara başlanğıc kimi baxmaq lazımdır. Bizim hədəfimiz İranın neft ixracını sıfıra çatdırmaqdır. Bütün idxalatçılar öz tədarüklərini diversifikasiya etməlidirlər”.

Qeyd edək ki, ABŞ bundan öncə Çin, Hindistan, Yaponiya, Tayvan, Yunanıstan, İtaliya, Türkiyə və Cənubi Koreyanı İran sanksiyalarından müvəqqəti azad edib.

Əgər İran ABŞ tərəfindən neft ixrac etmək imkanından məhrum edilərsə, onda Tehran Fars körfəzindən xammalın çatdırılması yolu olan Hörmüz boğazını bağlayacaq. Bu haqda İran lideri Həsən Ruhani bildirib.

Həsən Ruhani daha əvvəl qeyd edib ki, ABŞ İran neftinin dünya bazarına çıxarılmasına mane ola bilməyəcək.

Qeyd edək ki, bu, dünyanın strateji neft marşrutlarından biri olan Hörmüz boğazının bağlanacağı barədə Tehranın ilk xəbərdarlığı deyil.

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilər qrupu, tezliklə, Fars körfəzinə daxil olacaq. Fars körfəzinə “Con Stennis” təyyarədaşıyan gəmisi göndərilib. Bu gəminin yaxın zamanlarda Fars körfəzinə daxil olacağı vurğulanıb. “Con Stennis”i digər gəmilərin də müşayiət edəcəyi bildirilib.

Bu, ABŞ-ın Fars körfəzinə son 8 ay ərzində göndərdiyi ilk gəmi olacaq. ABŞ mətbuatı Vaşinqtonun bunun vasitəsilə İrana qarşı güc nümayişi həyata keçirdiyini bildirib.

Qeyd edək ki, “Con Stennis” Yaxın Şərqdə iki ay qalacaq.

İranın raket proqramı BMT-nin normalarına zidd deyil. Bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

Donald Tramp administrasiyası Yaxın Şərqdə sülh üçün əsas maneədir. Bu sözləri İtaliyaya səfərinin gedişatında “La Stampa” qəzetinə müsahibəsində Fələstin lideri Mahmud Abbas bildirib.

“Biz ABŞ administrasiyasından beynəlxalq hüququ pozan və vasitəçilik roluna uyğun olmayan heç bir planı qəbul etməyəcəyik”, - o deyib.

Bundan başqa, Fələstin lideri Rusiya da daxil olmaqla, başqa ölkələrin vasitəçilik edəcəyi halda İsraillə birbaşa dialoqa razı olduğunu qeyd edib. Mahmud Abbasın sözlərinə görə, ABŞ daha tək vasitəçi ola bilməz.

İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır. Bu haqda “RİA-Novosti” agentliyinə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib.

Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətər Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxacağı barədə təşkilata xəbərdarlıq edib Bu haqda Qətərin paytaxtı Dohada mətbuat konfransında Qətərin energetika naziri Məhəmməd bin Saleh əs-Səda bildirib.

Nazirin sözlərinə görə, Qətər 2019-cu ilin yanvarında OPEK-dən ayrılacaq.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ prezidenti Donald Tramp əmindir ki, nə vaxtsa gələcəkdə Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə qızğın silahlanma yarışının dayandırılması haqqında məsələni müzakirə edəcək. Tramp bu haqda tvitter hesabında yazıb.

“Mən əminəm ki, gələcəkdə Si Cinpin, Vladimir Putin və mən birlikdə, genişmiqyaslı və qarşısıalınmaz olan qızğın silahlanmanın effektiv dayandırılması haqqında danışıqlara başlayacağıq”, - ABŞ lideri qeyd edib.

O əlavə edib ki, ABŞ son bir il ərzində silahlanmaya 716 milyard dollar xərcləyərək ağılsızlıq edib.

Rusiya ətrafında iqtisadi ilgək sıxılmaqda davam edir. ABŞ administrasiyası Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabit Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi haqqında iş üzrə Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etməyi planlaşdırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Yaxın və Orta Mənzilli Raketlərin məhvi anlaşmasını yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Qeyd edək ki, hələ bir neçə ay əvvəl Ağ Ev rəhbəri Donald Tramp ölkəsinin bu razılaşmadan çəkiləcəyini bəyan etmişdi.

ABŞ-ın dövlət katibi Mayk Pompeo İran və Çini dünya nizamına zərər vurmaqda ittiham edib. Dövlət katibi bu haqda Brüsseldə Marşal Fondunda çıxışında bildirib.

Dövlət Departamentinin rəhbəri Avropanı ABŞ-a liberal dünya nizamını bərpa etməyə kömək etməyə çağırıb. ABŞ-ın dövlət katibi həmçinin, Rusiyanın bir neçə ildir ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozduğunu söyləyib.

Rusiya və ABŞ arasında qlobal qarşıdurma riski ən yaxın bir neçə il ərzində artacaq. Bu haqda Rusiyanın nüfuzlu Xarici və Müdafiə Siyasəti Şurasının araşdırma üzrə direktor müavini Dmitri Suslov “Beynəlxalq təhlükəsizlik 2018: vəziyyət və perspektivlər” konfransında deyib.

Ekspert Moskva və Vaşinqtonun mümkün hərbi toqquşması üçün üç ssenarini təsvir edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq. Pompeo qeyd edib ki, Vaşinqton müqavilənin icrasına qayıdış üçün Rusiyaya 60 gün vaxt verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın müqaviləyə ciddi şəkildə əməl etdiyini və Amerika tərəfinin də bunu bildiyini deyib.

Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov ABŞ-ın dövlət katibi Mayk Pompeonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə üzrə Rusiyaya verdiyi ultimatumu şərh edib. Senator bunu ABŞ-ın xüsusi texnologiyası adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Əgər ABŞ hesab edirsə ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə nəzərdə tutulmayan silaha malik olmalıdır, həmçinin, Rusiya da bunu etməli olacaq”. Bu haqda Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Prezident prinsip etibarilə o arqumentləri anlaşıqlı adlandırdı ki, yalnız ABŞ və Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə nəzərdə tutulan silahı istehsal etmir.

“Bu, həqiqətdir. Bir çox başqa ölkələr belə silah istehsal edirlər, amma Rusiya və ABŞ-ın özü ikitərəfli qaydada bu hüququ məhdudlaşdırıb. İndi, görünür ki, bizim amerikalı partnyorlarımızın fikrincə, vəziyyət o qədər dəyişib ki, ABŞ belə silaha malik olmalıdır. Bizim tərəfimizdən hansı cavab olacaq? Cavab sadədir: biz də həmçinin bunu etməli olacağıq”, - Rusiya lideri yekunlaşdırıb.

Rusiyanın Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Qerasimov ABŞ və Rusiyanın hərbi büdcələrini müqayisə edib. Qerasimovun sözlərinə görə, son illərdə Rusiya ordusunun maliyyələşdirilməsi 50 milyard dollar səviyyəsində qalır və azalan tendensiyaya malikdir.

“Müqayisə üçün deyək ki, Birləşmiş Ştatların hərbi büdcəsi bundan 14 dəfə çoxdur. 2019-cu ildə ABŞ-ın hərbi büdcəsi 716 milyard dollardan çox təşkil edir, bu dünyanın bütün qalan ölkələrinin hərbi xərclərini ötür”, - o deyib.

Bununla belə, Gerasimov Rusiyanın qızğın silahlanma yarışına cəlb olunmaq istəmədiyini vurğulayıb.

Rusiya ABŞ-ın raket hücumundan müdafiə sistemini genişləndirməsi ilə əlaqədar nüvə güclərinin imkanlarını artırır. Bu haqda xarici dövlətlərin hərbi attaşeləri üçün brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Qerasimov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Kerç boğazında baş verən hadisə fonunda Qara dənizə hərbi gəmilərin göndərilməsinə hazırlığa başlayıb. Bu haqda üç mənbəyinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, Amerika hərbçiləri öz planları barədə Türkiyəni xəbərdar etmək üçün Dövlət Departamentinə sorğu göndəriblər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizə girmək haqqına sahibdirlər, amma Rusiya özünə qarşı mümkün provokasiyaların heç birini cavabsız qoymayacaq. Bunu “RİA Novosti”yə açıqlamasında Qara dəniz donanmasının keçmiş komandanı admiral Vladimir Komoyedov deyib.

“Heç kim ABŞ-a Qara dənizdə üzməyi qadağan etmir. Montrö razılaşmasına əsasən, onların gəmiləri Qara dənizdə 21 gün qala bilər. Ona görə də hələ də amerikalıların nəyə hazırlaşdığı mənə aydın deyil. Onların Ukraynanı necə dəstəkləyəcəyi də aydın deyil. Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq”, – deyə o bildirib.

“Bu addım Kerç boğazında Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə cavabdır”, - mənbələr söyləyiblər.

ABŞ Kerç boğazında Rusiyanın təcavüzünə cavab olaraq iqtisadi sanksiyaların tətbiqinə, həmçinin Ukraynaya hərbi texnikayla ciddi yardıma baxır. Bu haqda ABŞ-ın Ukraynadakı keçmiş səfiri Uilyam Teylor “Apostrof” nəşrinə açıqlamasında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Qara dəniz sularında Ukrayna gəmilərinə hücuma görə SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) maliyyə sistemindən kənarlaşdırıla bilər. Bu haqda ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker “Amerikanın Səsi” radiosuna bildirib. “Yekunda belə bir variant tətbiqi imkanını saxlamalıyıq, çünki biz Rusiya qonşular barəsində yeni təcavüzkar addımlara təşəbbüs etməsinə sakit baxa bilmərik”, – Volker vurğulayıb.

Bundan başqa, ABŞ-ın Avropa müttəfiqləri Krım və ya Azov dənizindən çıxan Rusiya gəmilərinə Avropa limanlarına girməyi qadağan edə bilər. Volkerin sözlərinə görə, belə təkliflə yaxın vaxtlarda Almaniyanın hakim Xristian-Demokrat İttifaqının birinci katibi Anneqret Kramp-Karrenbauer (Almaniya kansleri Angela Merkelin varisi ola bilər –red.) çıxış edib.

Qeyd edək ki, dünyanın 200-dən çox ölkəsinin 10,5 mindən çox bankı Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edir.

ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxışı Avropada Amerikanın kiçik və orta mənzilli raketlərinin, həmçinin Polşa və Şərqi Avropanın başqa ölkələrində bazalarının yerləşdirilməsinə gətirib çıxara bilər. Bu haqda “İzvestiya” nəşrində hərbi ekspert Vladislav Şurıqin yazıb.

Onun sözlərinə görə, belə bir ssenari bu əraziləri hərbi müharibə meydanına çevirir və bu dövlətlərin sakinlərini zərbə altına qoyur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Radikal elementlər “sarı jiletlilər” etiraz hərəkatını Fransa hökumətini devirmək üçün vasitəyə çevirmək istəyirlər. Bunu “Parisien” qəzetinə açıqlamasında Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamin Qrivo deyib.

“Aydındır ki, bu aksiyalar təşkil olunub. Siyasiləşmiş və radikal elementlər çalışır ki, bu hərəkatı vasitəyə çevirsinlər. Onlar hökuməti devirmək istəyirlər. Xüsusi xidmət orqanlarına bəllidir ki, paytaxt aksiyalarında etirazçılar arasında odlu silahlar paylanılır. Əsl sarı jiletlilər canlı qalxan ola bilməzlər. Biz hər kəsi məsuliyyətli olmağa səsləyirik” – deyə o bildirib.

Koreya böhranı

Koreya yarımadasının denuklearizasiyası haqqında qərarın qəbulundan dərhal sonra, ABŞ Şimali Koreya ilə konstruktiv dialoqu qaydaya salmağa hazırdır. Bu haqda ABŞ Argentinada keçirilən G20 sammitində ABŞ prezidenti Donald Trampla görüşən Cənubi Koreya lideri Mun Çje İn bildirib.

Cənubi Koreya prezidentinin sözlərinə görə, Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina çatdırmağı xahiş edirdi ki, nüvə proqramından imtinaya cavab olaraq onun bütün arzularını yerinə yetirəcək.

Ukrayna

Ukrayna hərbi vəziyyət rejimi çərçivəsində Rusiya ilə sərhəddə müdafiənin gücləndirilməsi üçün hərbi bölmələrin yerdəyişməsini həyata keçirəcək. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko “112 Ukrayna” telekanalı ilə yayımlanan çıxışı zamanı bildirib.

Prezident həmçinin, sərhədyanı ərazilərdə hərbi təlimlərin keçiriləcəyini elan edib.

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin ləğvi haqqında qanun layihəsini təqdim edib. Bu haqda parlamentin saytında deyilir.

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənglərinə məhəl qoymamasının səbəbini izah edib. Rusiya lideri Poroşenkonun seçki kampaniyasında iştirak etməyi arzulamadığını bildirib.

Dövlət başçısının sözlərinə görə, iş onda deyil ki, o, Poroşenkoyla danışmaq istəmir. Rusiya lideri qeyd edib ki, Ukrayna prezidenti təxribatlar yaradır, məsuliyyəti Moskvanın üzərinə qoyur və yaranmış problemləri özü həll etdiyini göstərməyə çalışır.

“Mən bu kombinasiyalarda iştirak etmək istəmirəm və etməyəcəm”, - Putin vurğulayıb.

Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır. Bu məlumatı öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb. O bu addımı ölkənin müdafiə imkanlarının gücləndirilməsi üçün atdıqlarını bildirib.

Qeyd edək ki, Kerç insidenti ilə əlaqədar Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin 30 gün müddətində davam edəcəyi bildirilib.

Rusiya Krım ssenarisini bütün Ukraynaya qarşı tətbiq etməli idi. Bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı Rusiya Dumasının deputatı Vladimir Jirinovski deyib.

Onun sözlərinə görə, Moskvanın 2014-cü ildə Ukraynanı ələ keçirməməsi ucbatından Üçüncü Dünya müharibəsi üçün yol açılıb:

“Əgər Kiyevi Krım kimi ələ keçirsəydik, Üçüncü Dünya müharibəsinin bütün ssenarisi məhv olardı. Biz Krım kimi buraya da girsəydik, müharibə olmazdı. İndi situasiya tamam başqa idi”.

Rusiya istənilən an, istənilən yerə hücum edə bilər. Bunu Polşanın TVN24 televiziyasına müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.

“Heç kim bilmir ki, Rusiya sabah kimə hücum edəcək. Rusiya hərbçiləri “Şimal axını 2”ni müdafiə edə və Baltikyanı ölkələrə hücum edə bilər. Rusiya Ukraynada növbəti seçkilərə zərbə endirə bilər. İndiki situasiyada Ukrayna dünyadan Rusiyaya qarşı birlik istəyir” – deyə o bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko Qərbi Rusiyaya qarşı “Azov paketi” adlı sanksiyaları tətbiq etməyə və prezident Vladimir Putini dayandırmağa çağırıb. Prezident bu haqda “Nyu York Tayms” nəşri üçün yazdığı məqaləsində bildirib.

Onun sözlərinə görə, Kerç boğazı ətrafında baş verən son hadisə Rusiya Silahlı Qüvvələrinin birbaşa hərbi hücumu idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm