Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi
Bizi izləyin

Nida Təhlil

Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi

MDB dövlət başçılarının Sankt-Peterburq zirvə toplantısında Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox mühüm əhəmiyyətə malikdir.

Bu sözləri Axar.az-a MDB dövlət başçılarının Sankt-Peterburq görüşü haqda danışan “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert sözügedən görüşdə Azərbaycan-Rusiya münasibətlərinin müzakirə olunduğunu və Dağlıq Qarabağ məsələsinin həlli yollarının araşdırıldığını deyib:

“Liderlər arasında görüşün olduqca səmimi keçməsi və Mariinski Teatrında “Şelkunçik” balet tamaşasında liderlərin münasibətini əks etdirən foto Azərbaycan-Rusiya əlaqələri və bunun siyasi proseslərdə səmərəli nəticə verəcəyindən xəbər verir. Görüşə daha sonra Paşinyanın da qatılması Qarabağla bağlı yeni danışıqların aparılmasına bir hazırlıq məqsədi daşıyırdı. Belə ki, bu hazırlıq mərhələsində ilk müzakirə mövzusu atəşkəsin saxlanılması, ikincisi isə girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi oldu. Əslində, Azərbaycan ikinci istiqamətdə humanist bir addım ataraq İrəvana daha öncə etdiyi təklifini yeniləmiş oldu”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin Sankt-Peterburqda bu məsələni yenidən qaldırması çox ciddi diplomatik addım idi:

“Bu addım həm də birbaşa İrəvana mesaj idi. Yəni Qarabağla bağlı gələcək danışıqlar İrəvanın Bakının addımına hansı şəkildə cavab verəcəyindən asılıdır. Bu, çox önəmli məsələdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm