Nida Təhlil
Paşinyan Qarabağda bu variantla razılaşacaq - Rus ekspert SSENARİNİ AÇIQLADI
“Ermənistanda seçkidə qalib gələn Nikol Paşinyan Dağlıq
Qarabağ məsələsində geri çəkilə bilər”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı şərhçi
Mixail Belyayev deyib.
Onun sözlərinə görə, Paşinyanın xarici siyasətdə daxili dəstəyin
yüksək səviyyəsini transformasiya etməsi çətin olacaq, xüsusilə
Dağlıq Qarabağ məsələsində Ermənistanın sərt mövqeyini irəli
sürməkdə.
“Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevlə iki dəfə
görüşən Paşinyan anlayır ki, Qarabağ cəbhəsində hazırkı fasilə
əbədi davam edə bilməz və real danışıqlar olmasa, cəbhədə vəziyyət
yenidən qızışacaq. Danışıqlardan çəkilmə və mövcud status-kvonun
saxlanılması taktikası Koçaryan və Sarkisyan xəttinin davamı ola
bilər. Lakin Qarabağda müharibə ilə siyasi karyera quran hər iki
siyasətçidən fərqli olaraq, Paşinyan uğuruna görə müharibəyə borclu
deyil. “Madrid prinsipləri” əsasında sərhədlərin açılışı və
regional iqtisadi əməkdaşlığa əvəz olaraq ilkin mərhələdə Qarabağ
ətrafındakı rayonların bir qisminin qaytarılması ilə cəbhədə hərbi
risklərin yenilənməsi riskini minimuma qədər azaltmaq olar.
Paşinyanın özünü uzaqgörən siyasətçi kimi göstərəcəyi, yaxud küçə
populizmi səviyyəsində qalacağı gələn il məlum olacaq”, - deyə
Belyayev vurğulayıb.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi