• USD 1,7000 0,00% EUR 2,0183 -0,05%
    • GBP 2,3633 -0,32% RUB 0,0232 0,00%

Paşinyan Azərbaycan əsgərinin qabağından qaçan generala YÜKSƏK VƏZİFƏ VERDİ - İrəvan QARIŞDI

Paşinyan Azərbaycan əsgərinin qabağından qaçan generala YÜKSƏK VƏZİFƏ VERDİ - İrəvan QARIŞDI

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan general-mayor Arşak Karapetyanı özünün hərbi müşaviri təyin edib.

Publika.az
xəbər verir ki, bu təyinat Ermənistanda rezonansa səbəb olub.

Ermənistan mediasının məlumatına görə, A. Karapetyan 2016-cı ildə Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən “aprel müharibəsi”ndə erməni hərbi birləşmələrinin böyük itkilər verməsində əsas günahkar kimi tanınır.

Karapetyan 2016-cı ildə Ermənistan ordusunun baş qərargahının kəşfiyyat idarəsinin rəisi olub. Müharibədən sonra Serj Sarkisyan onu vəzifəsindən kənarlaşdırıb.

“Hetq.am” nəşrinin redaktoru Edik Baqdasaryan feysbuk səhifəsində yazıb ki, Arşak Karapetyanın “aprel müharibəsi”ndə ermənilərin böyük itkilər verməsinə səbəb olan şəxsdir.

“O cinayətə cəlb olunmalı idi, lakin onu sadəcə vəzifəsindən uzaqlaşdırdılar. Karapetyan Azərbaycan Ordusunun hərəkətləri haqqında heç bir kəşfiyyat məlumatı verməyi bacarmadı. İnsanın ağlı yerindən oynayır”, - deyə erməni redaktor qeyd edib.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan da Feybuk səhifəsində belə yazıb: “2016-cı ildə Ermənistan kəşfiyyatı Azərbaycanın İsraildən dronlar alması haqqında məlumatı əldə edə bilmədi və nəticədə müharibədə böyük itkilər verildi. Hərçənd, İsrailin Azərbaycana dronlar satdığını bilmək üçün kəşfiyyatçı olmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, A.Karapetyan 2018-ci ilin fevralında Rusiyada Ermənistanın hərbi attaşesi təyin olunub. Dekabrın 18-də isə o, Paşinyanın hərbi müşaviri olub.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR