Nida Təhlil
PA rəsmisi: Azərbaycan multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edib
Qloballaşma dövründə müxtəliflik məsələsi çox vacibdir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, etnik müxtəliflik əslində tarixi, coğrafi, mədəni, sosial-iqtisadi, eləcə də siyasi faktorlar hesabına formalaşıb: "Etnik və mədəni müxtəliflik müsbət fenomendir. Çünki etnik və mədəni dəyərlərə söykənir. Yəni insanın davranış və vərdişlərinə bağlanır. Bu işlər dövlət tərəfindən tənzimlənməlidir. Azərbaycan tolerantlığın nadir məkanlarından biridir və öz multikulturalizm siyasəti ilə tanınır".
PA rəsmisi bildirib ki, Azərbaycan azsaylı ölkələrdən biridir ki, multikulturalizmi dövlət siyasətinin bir hissəsi kimi qəbul edib: "Azərbaycan bu siyasəti illər boyu yürüdür. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. İndi isə həmin siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir". (trend)
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO