Separatçılar Azərbaycan təyyarəsinə raket tuşlayırlarsa, demək.... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Separatçılar Azərbaycan təyyarəsinə raket tuşlayırlarsa, demək.... - ŞƏRH

“Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri iyunun 20-də Vaşinqtonda görüşəcəklər. Görüş yeri kimi nədən Vaşinqton seçilib? Bu heç də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırması istəyi ilə bağlı deyil”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, ABŞ tərəfindən belə bir istək hələ nəzərə çarpmır: “Məsələ burasındadır ki, xarici işlər nazirləri yanvarda Parisdə, apreldə isə Moskvada görüşüblər, yerdə qalırdı üçüncü həmsədr. Ona görə də bu dəfə görüş yeri kimi ABŞ-ın paytaxtı seçilib.

Mövcud vəziyyət iki ölkənin xarici işlər nazirlərinin razılaşmalarını heçə endirir. Cəbhə bölgəsində vəziyyət gərgindir, atəşkəsin qorunması qərarı xarici işlər nazirlərinin istəyindən və səlahiyyətlərindən asılı deyil. Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov özü demişdi ki, əgər erməni həmkarı onunla razılığa gəlməsə, qarşı tərəf Azərbaycanın müdafiə naziri ilə razılaşmalı olacaq. Separatçılar Azərbaycanın hava sahəsində Azərbaycan təyyarəsinə raket tuşlayırlarsa, demək xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən nəticə gözləməyə dəyməz. Nazirlər ötən dəfə bir neçə şifahi razılaşma əldə etmişdilər, hamısı elə şifahi şəkildə sözdə qaldı, yerinə yetirilmədi. Yerinə yetirilməyəcək də, çünki münaqişənin indiki şəraitdə və indiki şərtlər altında masa üzərindəki həll perspektivi mümkün görünmür”.

Qeyd edək ki, ABŞ Dövlət Departametinin rəhbəri Mayk Pompeo Azərbaycan və Ermənistan Xarici işlər nazirlərini Vaşqintonda müzakirə aparmağa dəvət etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm