Nida Təhlil
AXCP-də qiyam başlandı: Kərimli diktaturasının sonu
AXCP-də qiyam başladı, artıq partiyanın üzvləri ilə yanaşı, rəhbərliyində təmsil olunan funksionerlər də Əli Kərimlinin yaratdığı diktaturanın altında əzilməkdən imtina edirlər. Partiyanın Nəzarət Təftiş Komitəsinin (NTK) sədri Aydın Əliyevin açıqladığı faktlar illərdir cəbhəçiləri müxtəlif oyunlarına alət edən, ayrılan qrantları və partiya daxilində üzvlərin topladığı pulları şəxsi həyatının zənginləşdirilməsinə sərf edən Əli Kərimlinin blogerliyə qədər düşən siyasi həyatının sonunun çatdığını göstərir.
A.Əliyev videomüraciətində deyir ki, 1988-ci ildən siyasi fəaliyyətdədir və illərdir AXCP-də mübarizə aparır. Lakin 2015-ci ildə AXCP-nin qurultayı zamanı onun Nəzarət Təftiş Komitəsinin sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmadı.
“Sonradan bildim ki, mənim kimi obyektiv, dürüst, prinsipial adamın bu vəzifəyə seçilməsi Əli Kərimli tərəfindən xoş qarşılanmayıb. Partiya daxilindəki maliyyəni, xaricdən gələn qrantları və digər pulları ancaq öz nəzarətində saxlayan, özünün və ailəsinin, xaricdəki oğlunun ərəb şeyxlərinin övladları kimi yaşamasına sərf edən Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qan etməyib. 30 ilik siyasi fəaliyyətdən sonra başa düşdüm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılıb. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib, sözdə demokratiya uğrunda mübarizə apardığını desə də, sərt diktatura qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb”, - deyə NTK sədri bildirir.
Və illərdir AXCP-də baş verənlərin canlı şahidi kimi bəyan edir ki, Əli Kərimli bir siyasi dələduz olaraq cəbhəçiləri və xalqı aldadır.
“Bu gün də gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qurban vermək istəyir. Sizin çoxunuz Əli Kərimlinin anti-demokratik, qanunsuz, partiyanın nizamnaməsinə zidd əməllərindən xəbərdarsınız, lakin bunu dil gətirməkdən çəkinirsiniz” deyə A.QƏliyev cəbhəçilərə müraciət edir.
“Bizim məqsədimiz Əli Kərimli kimi diktatorun yox, azad, demokratik seçkilər nəticəsində xalqımızın etimad göstərdiyi liderin hakimiyyətə gəlməsidir. Əli Kərimli və əlaltıları məni də öz çirkin oyunlarının qurbanına çevirib, ləkələyərək, partiyadan uzaqlaşdırmağa, istefa verməyə məcbur etmək istəyirlər. Lakin mən istefa verməyəcəm. Partiyamızda olan yüzlərlə əqidəli, xalqımızı sevən cəbhədaşlarla birlikdə Əli Kərimlinin yaratdığı diktatura rejiminə, çirkin oyunlarına qarşı mübarizə aparacağıq, xəyanətkar əməllərini ifşa edəcəyik ki, partiyamızın bütün üzvləri, həm də xalqımız Əli Kərimlinin iç üzünü tanısınlar, onun xalqımıza qarşı hansı xəyanətlər törətdiyindən xəbərdar olsunlar”, - o qeyd edir
A.Əliyev AXCP sədrinə xitabən deyir: “Əli Kərimli, illər ərzində apardığın çirkin, xəyanətkar oyunlar yetər, partiyada yaratdığın diktaturaya son qoy, əgər cəsarətin və mənliyin çatırsa, istefa ver. Qoy partiyanın üzvləri özlərinə gənc, savadlı, bacarıqlı, xalqını sevən rəhbər seçib demokratik cəmiyyət qurmaq üçün mübarizə aparsınlar. Partiyamızı çirkin oyunlara təhrik etməkdən, Azərbaycanı fəlakətə aparan əməllərindən əl çək. Mən bilirəm ki, bu müraciətimdən sonra Əli Kərimlinin göstərişi ilə əlaltıları böhtan və şər kampaniyasına başlayacaqlar. Lakin bütün bunlar əhəmiyyət verməyərək, qabaqcadan həmin şəxslərə səslənirəm ki, haqqımda danışarkən, haqq və ədalət hissini unutmasınlar. Bir gün onlar da Əli Kərimlinin çirkin oyunlarının qurbanı olduqlarını başa düşəcəklər”.
A.Əliyev Nəzarət Təftiş Komitəsinin sədri kimi partiyada Əli Kərimlinin maliyyə maxinasiyalarından xəbərdardır və onun bu müraciəti bir daha təsdiqləyir ki:
- Əli Kərimli partiya üzvlərinin topladığı pulları və xarici qrantları yalnız öz ailəsinin lüks həyatı üçün xərcləyir;
- Oğlunun ərəb şeyləri kimi yaşaması, o cümlədən, yaxınlarının qurduqları biznesin maliyyə mənbəyi “siyasi mübarizə” adı ilə aldığı qrantlar və cəbhəçilərin pullarıdır;
- O, AXCP-də illərdir yaratdığı diktatura ilə cəbhəçiləri qorxu altında saxlayır;
- Partiyada A.Əliyev kimi düşünənlərin sayı çoxdur, lakin onlar “satqın”, “xəyanətkar” ittihamları ilə üzləşməmək, o cümlədən, troll dəstəsinin çirkin hücumlarına məruz qalmamaq üçün hələ də zülm qarşısında susurlar.
Əli Kərimli bu çıxışdan sonra A.Əliyevi də hədəfə alacaq: bir tərəfdən, troll dəstəsi NTK sədrinə qarşı hücuma keçəcək, digər tərəfdən, o, bunun “hakimiyyətin işi” olduğunu iddia edərək, diqqəti üzərindən yayındırmağa çalışacaq.
Hərçənd, A.Əliyevin çıxışı AXCP-də artıq qiyamın başladığını təsdiqləyir, çünki NTK sədri bütün təzyiqlərə baxmayaraq, istefa verməyəcəyini və onun kimi düşünən yüzlərlə cəbhəçini ətrafına toplayaraq, Kərimlini taxtından endirmək uğrunda mübarizə aparacaqlarını bəyan edir. NTK sədrinin bu cəsarəti partiyada yeni presedent də yaradacaq və bu dəfə Əli Kərimlin qiyamın qarşısını ala biləcəyi çətin görünür. Fuad Qəhrəmanlının siyasiləşən ailədaxili məsələsi, “troll ordusu”nun ifşa edilməsi, Ənnağı Hacıbəyli kimi illərdir Kərimlini dəstəkləyənlərin açıqladığı faktlar və A.Əliyevin bu müraciəti Əli Kərimlinin ciddi “qan itirdiyini” və nəhayət diktaturasının devriləcəyini göstərir.
Asif Nərimanlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO