Əhalinin siyahıya alınması növbəti on il üçün... - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Əhalinin siyahıya alınması növbəti on il üçün... - DEPUTAT

“Ölkəmizdə on ildən bir əhalinin siyahıya alınması kampaniyası həyata keçirilir və on gün ərzində bu proses yekunlaşır. Heş şübhəsiz ki, bu kampaniyanın möhkəm siyasi və iqtisadi əhəmiyyəti var”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Oktyabrın 1-dən başlayan əhalinin siyahıya alınması kampaniyasının əhəmiyyəti və məzmunu haqqında danışan millət vəkili bildirib ki, bu kampaniyadan sonra ölkə əhalisinin sayı haqqında dəqiq, eyni zamanda, əhalinin kateqoriyaları haqqında dolğun məlumat əldə edilmiş olur: “Bununla yanaşı, əhalinin sayının dəqiqləşdirilməsi bir sıra iqtisadi nəticələrə gəlməyə əsas verir. Birinci növbədə, əhalinin sayının artımı onun təsdiqidir ki, ölkədə sosial-iqtisadi rifah yüksək səviyyədədir. Nəzər alsaq ki, bir çox ölkələrdə insanların doğumu ilə ölümü arasında kəskin təzad var. Ölüm doğumu üstələyir. Məsələn, Rusiyada bu sahədə həyəcan təbili çalınır. Yadımdadır, Rusiya prezidenti Vladimir Putin bir neçə il öncə öz çıxışında vurğulamışdı ki, hər il ölkə əhalisinin sayı 1 milyon azalır. Analoji vəziyyət bir çox Avropa ölkələrinə də xasdır. Məsələn, Almaniyada, Fransada, Hollandiyada, Norveçdə əhalinin sayının kəskin azalması müşahidə olunmaqdadır. Xüsusilə, Norveçdə əhalinin sayının azalması daha çox intihar hallarının artması hesabına baş verir. Belə olan halda, Azərbaycan əhalisnin sayının artması müsbət tendensiyadır. Bu da ilk növbədə, onunla bağlıdır ki, Azərbaycanda sabitlik hökm sürür. Ölkəmiz təhlükəsizdir və inkişaf edir. Azərbaycan vətəndaşı öz gələcəyinə nikbin baxır, Azərbaycanda nikahların sayı artır və əhalinin sayının artımı da təmin edilir”.

Deputatın sözlərinə görə, əhalinin artımına adekvat olaraq iş yerlərinin artırılması da öz həllini tapan məsələlər arasındadır: “Dövlət başçısı İlham Əliyev bu sahəyə çox böyük diqqət ayırır. Prezident özü də əhalinin siyahıya alınmasında iştirak edib. Onun da qeyd etdiyi kimi, əhalinin artımı ilə ölkənin iqtisadi inkişafı arasında dəqiq asılılıq mövcuddur. Hansı ölkənin ki, iqtisadi vəziyyəti aşağıdır, onun əhalisinin də sayı aşağı düşür. Demoqrafik problemlər üzə çıxır. Bu nöqteyi-nəzərdən prezidentin rəhbərliyi altında aparılan islahatlar özünü doğruldur. Eyni zamanda, bu, Azərbaycanın siyasi baxımdan mövqelərini gücləndirir. Əhalinin sayının artması həm də siyasi çəkisi olan məsələdir. Əhalinin sayı artdıqca dövlətin mövqeyi də möhkəmlənir. Hesab edirəm ki, əhalinin siyahıya alınması növbəti on il üçün Azərbaycanın inkişafının bir çox parametrləer üzrə təsdiqini də ortaya qoyacaq”.

Elman Nəsirli, həmçinin, prezident İlham Əliyevin Atatürk prospektində yeni salınan parkın açılışı zamanı etdiyi çıxışa da toxunub: “Prezident çıxışı zamanı bir sıra vacib məqamları vurğulayıb. Bir daha bildirib ki, onun atdığı addımların mərkəzində Azərbaycan xalqı və onun sosial rifahı, həmçinin, təhlükəsizlik siyasəti dayanır. Atdığı bir çox addımlar məhz bu vəzifəyə xidmət edir. Bu səbəbdən, xalqımız cənab prezidentin istənilən təşəbbüsünü birmənalı şəkildə dəstəkləyir və müdafiə edir. Prezident dəfələrlə vurğulayıb ki, onun rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı uğurların kökündə dayanan əsas amil Ümumilli lider Heydər Əliyevin siyasətinə sadiqlikdir. Bu siyasət bizi zirvələrə aparır. Bizim uğurlarımızı şərtləndirən faktora çevrilir. Cənab prezident də bu siyasətə söykənərək Azərbaycanın strateji maraqlarının təminatı istiqamətində həlledici addımlar atır. Ölkədə səfərbər olunmuş cəmiyyət yaranıb, vətəndaş həmrəyliyi hökm sürür. Azərbaycan hədəfləri olan dövlətdir. Beynəlxalq aləmdə isə çəkisi, yeri, rolu daha da möhkəmlənməkdədir. Ən başlıcası isə bu siyasəti xalqımız dəstəkləyir. Buna görə də Azərbaycan sabitlik hökm sürür, təhlükəsiz mühit formalaşıb. Bu da ilk növbədə xalq-hakimiyyət birliyi ilə bağlıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm