120 ölkə eyni anda Ermənistanı işğalçı kimi tanıdı, bundan sonra... - Ekspert DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

120 ölkə eyni anda Ermənistanı işğalçı kimi tanıdı, bundan sonra... - Ekspert DETALLARI AÇDI

“Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci nüfuzlu beynəlxalq təşkilatdır. Təşkilatın 18-ci sammitinin Azərbaycanda keçirilməsi çox mühüm əhəmiyyətə malikdir. Çünki bu həm paytaxtımızın mühüm tədbirlərin keçirildiyi şəhər kimi rolunu artırır, həm də Qoşulmama Hərəkatının sədrliyi rəsmi Bakıya keçir”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı 3 il müddətində Qoşulmama Hərəkatına rəhbərlik edəcək: “Hərəkatın 18-ci sammitinin Bakıda bəyannaməsi qəbul edildi. Həmin bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi qətiyyətli şəkildə qoyuldu. Qeyd edildi ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub və buradan 1 milyondan çox etnik azərbaycanlı didərgin salınıb. Bu, 1200 dövlətin Ermənistanı təcavüzkar kimi tanımasının nümunəsidir. Azərbaycan indiyə qədər Ermənistanı təcavüzkar dövlət kimi tanıtmaq siyasəti yürüdüb. Bəzi dövlətlər isə buna mane olmağa cəhd göstərib və məsələyə hüquqi qiymət qoymağa imkan verməyiblər. Amma indi birdən-birə Ermənistanı işğalçı dövlət kimi tanındı. Üstəlik, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini tələb etdilər. Bu nöqteyi-nəzərdən Bakı Bəyannaməsi Dağlıq Qarabağ probleminin həll edilməsinə güclü diplomatik stimul verdi və verməkdə davam edəcək. Çünki Azərbaycan bu hərəkata 3 il müddətində rəhbərlik edəcək və bu müddətdə baş vermiş müharibənin siyasi anatomiyasının dünyaya tanıdılmasında böyük səylər göstərəcək”.

Q.Hüseynli vurğulayıb ki, artıq Qoşulmama Hərəkatının adından digər beynəlxalq təşkilatları da bu məsələ ilə bağlı aktivləşdirmək imkanları xeyli genişlənir: “Beləliklə, Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci sammiti Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, Dağlıq Qarabağ probleminin ya diplomatik, ya da başqa üsullarla həll edilməsi yolunda yeni şanslar verir. Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir və problemlə bağlı məsələnin həllinin zəruriliyini daha da aktuallaşdırır”.

Qeyd edək ki, Qoşulmama Hərəkatının 18-ci sammiti ötən həftə Bakıda president İlham Əliyevin rəhbərliyi ilə baş tutub. Sammitdə 120 üzv ölkədən 159 nümayəndə heyəti iştirak edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm