Şəmsəddin Hacıyev: Onlar bütün qanunsuz yollara əl atırlar ki...
Bizi izləyin

Nida Təhlil

Şəmsəddin Hacıyev: Onlar bütün qanunsuz yollara əl atırlar ki...

“Məlum dağıdıcı müxalifət qüvvələri hər dəfə seçki öncəsi proseslərdə xoşagəlməz və qanuna zidd hərəkətləri ilə yadda qalır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Şəmsəddin Hacıyev qeyd edib.

Deputat bildirib ki, müxalifət həlledici məqamda - seçkilərdə iştirak etmir, hər vəchlə seçkiləri boykot etməyə çalışır: “Hətta səsverməyə gəlməyərək öz vətəndaşlıq borclarını belə yerinə yetirmirlər, seçici fəallığını azaltmaq və seçkilərin baş tutmaması üçün bütün qanunsuz yollara əl atırlar, hakimiyyətə çevriliş, dağıdıcılıq, hərc-mərclik, anarxiya yolu ilə gəlmək istəyirlər. Budəfəki cəhdləri ilə onların hələ də öz ənənəvi qaragüruhçu əməllərindən əl çəkmədiklərini, köhnəfikirli və uğursuz liderlərindən hələ də təmizlənmədiklərini, çox az sayda olsa da, gənc üzvlərindən öz çirkin mənafelərinə uyğun istifadə edərək onların siyasi karyeralarının önünə sədd çəkdiklərini və əvvəlcədən uğursuzluğa məhkum olduqlarını bir daha nümayiş etdirdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm