İmpiçment Trampı daha da gücləndirdi, çünki... - Politoloq
Bizi izləyin

Nida Təhlil

İmpiçment Trampı daha da gücləndirdi, çünki... - Politoloq

“Trampın bəxti onda gətirib ki, üzvü olduğu Respublikaçılar Partiyası Senatda çoxluqdadır, əksi olsaydı, Ağ Ev sahibinin siyasi taleyi bəri başdan həll olunmuşdu”.

Publika.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.



Politoloqun fikrincə, impiçment proseduru Senatda təsdiq olunmalıdır: “ABŞ Konqresinin Nümayəndələr Palatası səs çoxluğu ilə prezident Donald Trampa qarşı impiçment proseduruna başlamağa qərar verdi. Bu qərar Senatda təsdiq olunmalıdır. Donald Tramp Respublikaçılar Partiyasının fəal üzvü sayılmır, heç vaxt Konqres üzvü olmayıb, partiyanın tədbirlərində iştirak etməyib. O 2016-cı ildə prezident seçkisinə qatılmaq üçün Respublikaçılar Partiyasını seçib”.

E.Şahinoğlu bildirib ki, bu addım Trampın reytinqini daha da artırıb: “Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında demokratlara qarşı müqaviməti və prezidenti hücumlardan qorumağa çalışması, o cümlədən Senatdakı səsvermədə Ağ Ev sahibini dəstəkləyəcəyi Donald Trampı partiyasına daha çox bağlayacaq. O, partiyasına borclu qalmış olacaq və əgər ikinci dəfə prezident seçilərsə, təyinatları partiyasının başında dayanan şəxslərlə razılaşdırmalı olacaq. Demokratlar Partiyasının Trampa qarşı səlib yürüşünə başlaması amerikalıların bir qisminin xoşuna gəlməyib, Ağ Ev sahibinin reytinqi bir az artıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm