Nida Təhlil
Ermənistan müxalifəti Paşinyanın təhrif olunmuş məlumatlarını təftiş edir - Aydın Quliyev
“Düşünürəm ki, Azərbaycan Prezidentinin ortaya qoyduğu faktlar Ermənistan müxalifətinin Paşinyan hakimiyyətinə qarşı mübarizəsinə yeni stimul verəcək”.
Bunu Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı bir növ bütün müstəqillik dövrü ərzində Azərbaycanın daxili və xarici siyasətində əldə etdiyi nailiyyətlərə yekun vurulması və eyni zamanda qarşıdakı dövr üçün inkişaf templərini saxlamaq şərti ilə əsas istiqamətlərin müəyyənləşdirilməsindən ibarət idi: “Fikrimcə, Ermənistan və Azərbaycanın müstəqillik illərində qazandığı nəticələrin müqayisəsi ölkəmizin dünyada mövqeyinin möhkəmləndirilməsində daha da böyük rol oynayacaq. Eyni zamanda təcavüzkar siyasətin Ermənistana hansı iqtisadi, sosial, siyasi fəlakətlər gətirdiyinin təqdimatı baxımından çox əhəmiyyətli olacaq. Müasir, güclü dövlətçilik parametrləri baxımından Azərbaycan bütün sahələr üzrə Ermənistanı, eləcə də digər qonşuları üstələyir”.
Baş redaktor müşavirədə ölkə başçısının Azərbaycanın inkişaf istiqamətləri üzrə yeni hədəflər və vəzifələrin müəyyənləşdirildiyini qeyd edib: “Məsələn, ölkədə infrastruktur obyektlərin tikintisinin real sektorun inkişafına təsirinin öyrənilməsi çox vacib bir istiqamətdir. İllərdir ki, irili-xırdalı çoxsaylı sosial infrastruktur obyektlərin tikintisi davam edir. Nisbətən yüksək faizlə götürülən xarici borcların vaxtından əvvəl ödənilməsi üçün danışıqların aparılması barədə müşavirədə verilən tapşırıq da olduqca əhəmiyyətlidir. Azərbaycan əhəmiyyətli donor ölkəyə çevrilibsə, deməli yüksək faizli borcların vaxtından əvvəl qaytarılması həqiqətən zamanın tələbidir. Əhalisi sürətlə artan ölkələrin təcrübəsinin öyrənilməsi barədə Prezidentin verdiyi tapşırıq da xüsusilə əhəmiyyətlidir. Ölkəmizin əhalisi Ermənistanla müqayisədə çox böyük sürətlə artır. Müstəqillik dövründən bu günə qədər Ermənistanda əhali cəmi 200-250 min nəfər artdığı halda, Azərbaycanda bu temp milyonlarla ölçülür. Belə olan halda demoqrafik siyasətin dəqiq proqnozlaşdırılmasına böyük ehtiyac var”.
A.Quliyev yeni vəzifəyə təyin olunan nazir və ya məmurların müşavirədə iştirakının əhəmiyyətindən də danışıb: “İlham Əliyev müşavirədə komandanın yeni üzvlərinin nə qədər böyük məsuliyyət altında olduqlarını bir daha xatırlatdı. Bundan sonra hər bir kəs bütün gücünü ölkənin inkişaf templərinin qorunub saxlanılmasına sərf etməlidir. Regionda narahatlıq və müəyyən gərginlik ocaqlarının olmasına baxmayaraq, 2020-ci ildə Azərbaycanın inkişaf tempinin davamlı olacağı ilə bağlı Prezidentin qətiyyətlə dediyi sözlərin əhəmiyyəti böyükdür”.
Baş redaktor açıqlamasında Paşinyanın bir neçə dəfə daxili auditoriyaya işləmək məqsədi ilə dediyi yalanların qurbanı olduğunu vurğulayıb. Onun hesabatlarının saxta olduğunu deyib: “Paşinyan bir neçə dəfə, xüsusilə son vaxtlarda Dünya Bankının adından guya Ermənistanda ümumi daxili məhsulun Azərbaycandan yuxarı olduğu barədə rəqəm açıqlayıb. Amma Azərbaycan Prezidentinin gətirdiyi saysız real faktlar və rəqəmlər bir daha sübut edib ki, Ermənistan Baş naziri yalan danışır. Çünki Azərbaycanın ÜDM-i Ermənistanla müqayisədə 8-10 dəfə çoxdur. Belə bir şəraidə Paşinyanın dediyi fikirlər reallığı əks etdirə bilməz. Artıq müxalifət nümayəndələri də onun verdiyi və daxili auditoriyaya hesablanmış siyasi təhrif olunmuş məlumatların təftişi ilə məşğuldur. Dəfələrlə belə faktlar meydana çıxıb. Düşünürəm ki, İlham Əliyevin ortaya qoyduğu faktlar Ermənistanda müxalifətin Paşinyan hakimiyyətinə qarşı mübarizəsinə yeni stimul verəcək. Ölkə başçısı açıqladığı rəqəmlərlə Ermənistan xalqına, cəmiyyətinə nümayiş etdirdi ki, müstəqillik illərində Azərbaycan və Ermənistan hansı yolu keçib və Ermənistan hakimiyyəti xalqı necə aldadıb. Sözsüz ki, erməni xalqının aldadılmasında böyük xidmətlərdən biri Paşinyana məxsusdur”.
A.Quliyev nazirliklərin mətbuat orqanlarının fəaliyyətindən də danışıb: “Nazirliklər ictimaiyyətlə əlaqələr və mətbuat xidmətləri strukturlarının fəaliyyətlərinin qanunvericilik normaları, şəffaflıq, cəmiyyətin informasiya ilə təmin olunması tələbləri baxımından bir qədər dəyişdirilməsinə nəzarət etsələr, pis olmaz. Ümumən nazirlərin fəaliyyətinin qanunlara və hüquqa uyğun olması olduqca vacib bir institutdur. Azərbaycanda nazirlərin fəaliyyətinə ilk növbədə qiyməti parlament verməlidir. Fikrimcə, onların fəaliyyətinə parlament nəzarəti mexanizminin təkmilləşdirilməsinə və aktivləşdirilməsinə böyük ehtiyac var. Ümid edirəm bunu yeni parlamentin fəaliyyətində görərik”.
Məhərrəm Əliyev
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO