• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Azərbaycanın hərbi qüdrəti artdıqca, ölkəmizin regionda mövqeyi də möhkəmlənir - ŞƏRH

Azərbaycanın hərbi qüdrəti artdıqca, ölkəmizin regionda mövqeyi də möhkəmlənir - ŞƏRH

“Azərbaycan bu gün demək olar ki, dünyanın böyük əksəriyyətinin bir-biri ilə rahatlıqla və qısa zaman çərçivəsində ticarət əlaqələrini yaradan strateji əhəmiyyətli bir ölkəyə çevrilib”.

Bunu Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.



Politoloq bildirib ki, Dünya İqtisadi Forumununda strateji qərarlar qəbul olunub-olunmamasından asılı olmayaraq Azərbaycanın iştirakı vacibdir: “Dünya İqtisadi Forumunun illik toplantısında qlobal şirkətlərin liderləri və qlobal maliyyə şəbəkələrinin bossları da iştirak edir. Azərbaycanın burada dövlət başçısı səviyyəsində mövqe tutması mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, digər dövlət başçıları ilə görüşüb, danışıqlar aparılması gələcəkdə əməkdaşlıq perspektivi nöqteyi-nəzərindən çox önəmlidir. Forumla bağlı konkret hansısa iqtisadi və siyasi nəticələrdən danışmaq yersizdir. Burada əsas məsələ forumdan istifadə edərək Azərbaycan dövlətinin maraqları kontekstində bir çox qlobal maliyyə şəbəkələri və dövlət başçıları ilə görüşlər keçirməkdir. Artıq Azərbaycanın dövlət başçısı bir neçə görüşlər keçirib. O cümlədən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə olan görüşü deyə bilərik”.



N.Miri hesab edir ki, Azərbaycan qərb dünyasının, o cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində çox ciddi önəm daşıyır: “Real vəziyyəti şərh etmək istərdim. Gələcək perspektivdə təhlükəsizliyin miqyası artacaq. Bu da təbii ki, qərb dünyası üçün hava və su kimi lazımdır. Çünki qərb dünyası enerji bazarlarını şaxələndirmək istəyir. Bu yöndə təkcə Rusiyadan asılı olmaq istəmir ki, Rusiya gələcəkdə enerji amilini bir siyasi təzyiq mexanizminə çevirə bilsin. Mənə elə gəlir ki, bu Azərbaycan adına çox önəmlidir. Bizim yürütdüyümüz siyasət dünyaya sübut edir ki, Azərbaycan dayanıqlı ölkədir və imza atdığı bütün sənədlərin arxasındadır. Bu, etimad nöqteyi-nəzərindən çox önəmli bir məsələdir”.



O, Azərbaycanın Cənubi Qafqazda geostrateji və vacib bir ölkə olduğunu vurğulayıb: “Çünki Azərbaycan yaxın şərqə, eyni zamanda cənub şərqi Asiyaya bir körpü rolunu oynayır. Azərbaycan təşəbbüskarı oluğu bir neçə qlobal layihələrdə çox önəmli bir fiqurdur. Bu da bilavasitə yeni kommunikasiya sistemlərinin yaradılması ilə bağlıdır. Çindən başlayaraq Avropaya qədər gedəcək bir dəmir yolu xətti var ki, bu layihənin əsas təşəbbüskar dövləti də Azərbaycandır. Ən nəhayət Şimal-Cənub koridoru deyiləcək yeni kommunikasiya sistemi yaradılıb. Burada da əsas körpü rolu oynayacaq strateji ölkə Azərbaycandır. Cənubi Qafqazda hərbi təhlükəsizlik məsələsində Azərbaycan çox önəmli bir ölkəyə çevrilib. Azərbaycanın hərbi qüdrəti artdıqca, ölkəmizin regionda mövqeyi də möhkəmlənir. Azərbaycanın digər dünya gücləri tərəfindən nə qədər cəlbedici bir ölkə olması reallığını ortaya qoyur”.



Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR