• USD 1,7000 0,00% EUR 1,8842 -0,53%
    • GBP 2,1060 -0,58% RUB 0,0214 -0,47%

“Arqumentı i Faktı” Paşinyanın Xocalı iddiasını ifşa etdi: “Erməni baş nazir gülməli səhv edir” - FOTO

“Arqumentı i Faktı” Paşinyanın Xocalı iddiasını ifşa etdi: “Erməni baş nazir gülməli səhv edir” - FOTO

Münhendə Azərbaycan və Ermənistan liderlərinin debatı zamanı ən absurd məqamlardan biri Nikol Paşinyanın Xocalı soyqırımı ilə bağlı cəfəng fikirləri idi. Lakin çox keçmədən Rusiya mediası Paşinyanın yalanını ifşa etdi.

Publika.az
xəbər verir ki, erməni baş nazir Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun “Xocalıda qırğını azərbaycanlıların özləri törətdiyi haqda etiraf etdiyini” iddia edib.

“1990-cı illərin ortasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibə verib. Həmin müsahibədə deyir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunub. Əslində, bu, baş verib. Çünki bu hadisə nəticəsində Ayaz Mütəllibov Azərbaycan prezidenti vəzifəsindən devrildi”, - Paşinyan iddia edib.

Azərbaycan Prezidenti İlham Əliyev cavabında bildirdi ki, bu, sadəcə “feyk” xəbərdir.

“Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir... Mən “Arqumentı i Faktı”da nə yazıldığını bilmirəm. “Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Rusiyanın aparıcı mətbuat orqanlarına rəhbərlik edən ermənilərin sayı bizə Azərbaycanda məlumdur. Beləliklə, onlar istədiklərini yaza bilərlər. Ona görə də mən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəsmi bəyanatına istinad edirəm. O deyib ki, heç vaxt belə deməyib. İndi isə baxın. Prezident, sabiq prezident, onun sözləri və bir ermənipərəst və ya erməni jurnalistin sözləri. Hansının dəyəri daha çoxdur?”, - Azərbaycan lideri bildirib.

A.Mütəllibov debatdan dərhal sonra mediaya açıqlama verərək, Ermənistan baş nazirinin yalan danışdığını bəyan etdi.

Nikol Paşinyanın yalan danışdığını istinad etdiyi “Arqumentı i Faktı” qəzeti də açıqlayıb.

Qəzet yazır ki, Ermənistanın baş naziri gülməli səhv etdi: “Haqqında bəhs edilən Mütəllibovun müsahibəsi “Arqumentı i Faktı” qəzetində dərc olunmayıb. Bu müsahibə 1992-ci ildə “Nezavismaya qazeta” nəşrində dərc olunub. Mütəllibov “Arqumentı i Faktı” qəzetinə 1995-ci ildə müsahibə verib və həmin müsahibədə ümumiyyətlə Xocalı haqqında heç nə danışmayıb”.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR