Evdə qalaq və təhlükəsizliyimizi təmin edək - Deputat
Bizi izləyin

Nida Təhlil

Evdə qalaq və təhlükəsizliyimizi təmin edək - Deputat

“Bu gün evdə qalmaq digər vaxtlardan fərqli olaraq təhlükəsizliyimizin qorunması deməkdir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, karantin tədbirlərinin tələbləri hər bir şəxs tərəfindən yüksək vətəndaşlıq mövqeyi ilə qarşılanmalıdır: “Ölkədə həyata keçirilən karantin tədbirləri hər şeydən öncə Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün nəzərdə tutulub. Ona görə də düşünürəm ki, qeyd-şərtsiz hər kəs bu tədbirlərə riayət etməlidir. Nəzərə almaq lazımdır ki, bu gün pandemiya vətəndaşın sosial statusundan, kimliyindən asılı olmayaraq hər bir kəsi təhdid edir. Birlikdə mübarizə aparmadığımız təqdirdə təhlükəsizliyimiz təhdid altında olacaq. Düşünürəm ki, Azərbaycan Prezidentinin məhz belə bir mərhələdə ən müasir standartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin açılışını etməsi və oranı koronavirus xəstələrinin müalicəsi üçün ayırması mühüm hadisədir. Bilirik ki, həmin klinikanın açılışı daha gec vaxtlar üçün nəzərdə tutulmuşdu. Ancaq əlavə qüvvələr və resurslar səfərbər olunaraq məhz indiki kritik məqamda fəaliyyətə başladı. Bu da ölkə başçısının öz vətəndaşlarına qayğısı kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev açılış nitqində xalqımızı həmrəyliyə, birliyə çağırdı ki, biz bu bəladan uzaq olaq. Koronavirusla mübarizə çərçivəsində Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində çox sayda dövlət tədbirləri həyata keçirilir. Azərbaycan ictimaiyyəti Koronavirusla Mübarizə Fonduna 92 milyon manatdan çox pul köçürüb. Prezidentimiz bu fonda 1 manat köçürən vətəndaşımıza belə təşəkkür etdi ki, gücü buna çatır. İlham Əliyev öz nitqində çağırış etdi ki, ölkəmizdə çoxsaylı biznes strukturları və qurumlar belə bir ərəfədə öz maddi imkanlarını səfərbər edərək dövlətin, xalqın yanında olmalıdır.

Hesab edirəm ki, Prezidentimizin çağırışı ictimai diqqətin mərkəzində olmalıdır. Heç bir müharibə vaxtı evdə qalmaq təhlükəsizliyə xidmət etməyib. Ancaq bu gün evdə qalmaq digər vaxtlardan fərqli olaraq təhlükəsizliyimizin qorunması deməkdir. Mən də çağırışa qoşuluram. Evdə qalaq və təhlükəsizliyimizi təmin edək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm