“Qətiyyən səhlənkarlığa yol vermək olmaz” - Deputat
Bizi izləyin

Nida Təhlil

“Qətiyyən səhlənkarlığa yol vermək olmaz” - Deputat

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün təlimatları yalnız müsbət qiymətləndirmək olar.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, görkəmli tarixçi alim Musa Qasımlı deyib.

Deputat bildirib ki, atılan addımlar Azərbaycan vətəndaşının salamat qalması, sağlamlığı üçündür: “Hərəkət fəaliyyətinin məhdudlaşdırılmasını da doğru hesab edirəm. İndiki şəraitdə məsuliyyətsiz, səhlənkar hərəkətlərə qətiyyən yol vermək olmaz. Bəzi fərdlərin ictimai maraqları düşünmədən atdıqları addımların qarşısı alınmalıdır. Birmənalı şəkildə insanlara çağırışım ondan ibarətdir ki, Operativ Qərargahın tövsiyələrinə riayət etsinlər”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm