Nida Təhlil
Maska uğrunda qlobal müharibə və Azərbaycanın strateji addımı
Prezident İlham Əliyev aprelin 6-da “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsini açdı.
Qərb yarımkürəsində - Avropa ölkələri, eləcə də ABŞ arasında tibbi maska uğrunda mübarizə davam edir.
Bu iki xəbər arasında birbaşa əlaqə görünməsə də, koronavirus pandemiyasının səbəb olduğu tibbi ləvazimatlar uğrunda qlobal mübarizə fonunda diqqət çəkir. Bu gün bütün ölkələr tibbi maska uğrunda mübarizə aparır, hətta ekspertlər bunu “qlobal müharibə” olaraq da qiymətləndirirlər. Böyük dövlətlərin maska uğrunda bir-birinə qarşı apardıqları bu mübarizəni qlobal müharibə adılandırmağa əsas verir. Və Azərbaycan tibbi maska ehtiyacını daxli istehsal hesabına ödəmək üçün hərəkətə keçir: vaxtında verilmiş doğru qərar.
Hər şey koronavirus pandemiyasının Qərb yarımkürəsini - Avropa və ABŞ-ı “ələ keçirməsi” ilə başlandı. İstehsalı və mahiyyəti olduqca ucuz olan tibbi maskaların çatışmazlığı səhiyyə sistemi ilə bütün dünyanın qibtəsinə səbəb olan bu ölkələrin görünməyən problemlərini gün üzünə çıxardı. İstehsalçı Çin, istehlakçı Qərb ölkələridir, amma “qlobal müharibə” adlandırılan toqquşma da məhz tibbi maskaların uzaq Şərqdən uzaq Qərbə göndərilməsi zamanı özünü göstərdi.
Martın əvvəlində Çexiya İtaliyanın sifariş verdiyi 110 min maskanı mənimsədi. İki ölkə arasında böhrana çevrilən problem yalnız diplomatik danışıqlardan sonra həllini tapdı. Hərçənd, maska uğrunda döyüş hələ qabaqda idi.
İsveçin tibb şirkəti “Molnlycke” pulu ödyərək, Çindən maska alır. Bu ləvazimatlar Fransa üzərindən İtaliya və İspaniyaya göndəriləcəkdi. Fransa isə tibbi maskaları ələ keçirdi və virusun ən çox yayıldığı və ölümə səbəb olduğu İtaliya ilə İspaniyaya göndərilməsinə imkan vermədi. İsveç hökuməti problemin həlli üçün Fransa ilə danışıqlara başladı, iki həftə davam edən müzakirələrdən sonra, rəsmi Paris tibbi maskaların yalnız yarısını verməyə razılaşdı. Fransa hökuməti verdiyi açıqlamada bildirir ki, “müharibə zamanlarında hökumətin ölkədəki hər şeyə əl qoymaq haqqı var və bu pandemiya ilə mübarizə də müharibə vəziyyəti ilə eynidir”.
Fransa prezidenti Emmanuel Makron maska məsələsinin bu gün “müstəqillik” və “suverenlik” olduğunu, buna görə də istehsalı gücləndirmək istədiklərini bildirir.
Martın 8-də Almaniya da maska mübarizəsinə qoşuldu. Bu ölkə İsveçrəyə gedəcək maskaları ələ keçirdi. Lakin digər ölkələrin tibbi maskalarını ələ keçirən Fransa və Almaniyanın özləri də eyni problemlə üzləşdilər.
Fransa rəsmisi Renaud Muselier aprelin 2-də verdiyi açıqlamada Çindən sifariş verdikləri maska və digər qorucuyu ləvazimatların ABŞ tərəfindən ələ keçirildiyini bildirdi.
“Ləvazimatların pulu ödənmiş və hava limanında təyyarələrə yüklənirdi. Lakin ABŞ elə hava limanında nağd ödənişlə bütün ləvazimatları aldı və Fransaya gəlməli olan təyyarə ABŞ-a uçdu”, - qeyd edir.
Berlinin daxili işlər üzrə senatoru Andreal Geisel isə aprelin 3-də ABŞ-a qarşı eyni ittihamı irəli sürdü: “Almaniyanın sifariş verdiyi maskalar ABŞ tərəfindən ələ keçirildi. Bu, müasir piratlıqdır. Qlobal böhranlar zamanı belə vəhşi Qərb metodlarından istifadə edilməməlidir”.
Hərçənd, maska uğrunda mübarizə təkcə ölkələr yox, həm də əyalətlər, ştatlar arasında da müşahidə olunur.
ABŞ-da Massaçusets ştatının aldığı 3 milyon maska Nyu-York limanında adı açıqlanmayan federal hökumət idarəsi tərəfindən ələ keçirilib. “Washington Post” iddia edir ki, Respublikaçılar Partiyasının nəzarətində olan bəzi əyalətlərə tələb etdiklərindən daha çox dəstək verilir.
Avropa ölkələrində də eyni vəziyyət davam edir. Fransanın Normandiya əyalətinin başçısı Moren Evre bildirir ki, “bizə iki milyon maska gəlməli idi, amma cəmi 550 min gəldi. Deyirlər, aprelin 15-nə qədər səbr edin. Halbuki, bizim əyalətdə vəziyyət digərləri ilə müqayisədə daha pisdir”.
Ölkələr bir-birinə, əyalətlər də bir-birinə qarşı mübarizə aparır və bu, dünyada tibbi maskanın dəyərini dəfələrlə artmasına səbəb olur.
Beynəlxalq münasibətlər üzrə ekspert Yulis Qoscet hesab edir ki, tibbi maska uğrunda mübarizə daha da kəskinləşəcək və belə vəziyyətdə yeganə çıxış yolu daxili istehsaldır.
Azərbaycanda tibbi maska ehtiyacının daxili istehsal hesabına ödəmək üçün müəssisənin istifadəyə verilməsinin əhəmiyyəti burada daha aydın görünür.
Bu məqsədlə “Bakı Tekstil Fabriki” MMC-yə dövlət tərəfindən 1,2 milyon manat güzəştəli kredit ayrılıb; Müəssisənin yaradılması üçün invesitiya xərcləri 3,9 milyon manat təşkil edir; Müəssisədə tibbi maska istehsalı üçün Türkiyədən gətirilən müasir avadanıqlar quraşdırılıb; İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək; Maskaların qablaşdırılılması üçün xüsusi qutular da yerli istehsaldır, eyni zamanda, qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək; Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq, gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq; Virusa qarşı ən effektli qoruyucu vasitələr olan spirt, dezinfeksiya məhsulları və digər qoruyucu ləvazimatlar da daxili istehsal hesabına ödənilir;
Rəsmi məlumata görə, ölkədə bir gün ərzində ən çox tibbi maska satışı 200 min ədədə qədər olub. Müəssisənin gündəlik istehsalının 250 min ədədə çatdırılması, daxili təlabatı ödənəməklə yanaşı, gələcəkdə ixrac imkanları da yaradacaq.
İndiki situasiyada əsas hədəf Azərbaycanın bu ləvazimatları idxal etməməsi və dünyada getdikcə gərginləşən tibbi maska müharibəsindən kənarda qalmasıdır.
Müəssisənin açılışında iştirak edən Prezident İlham Əliyev də bildirib ki, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır: “Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”.
Bu müəssisənin cəmi iki həftəyə istifadəyə verilməsi və istehsala başlanması o deməkdir ki:
1. Azərbaycan qoruyucu vasitələri daxili istehsal hesabına ödəyəcək və vətəndaşlar bu və ya digər səbəbdən maska qıtlığı ilə üzləşməyəcək;
2. “Maska müharibəsi” hazırda məhsulun real qiymətindən dəfələrlə baha satılmasına səbəb olub. Almaniyanın səhiyyə naziri Cens Spahn deyir ki, “maska uğrunda mübarizə bu məhsula təlabatı artırır və bahalaşdırır”. Yerli istehsal Azərbaycan vətəndaşının tibbi maskanı real qiymətinə və daha ucuz əldə etməsinə şərait yaradacaq;
3. Koronavirusun yayıldığı dövrdə gigiyena ən vacib amilə çevrilib. Tibbi maskanın xaircdən idxalında daşınma zamanı istər-istəməz gigiyena qaydalarına əməl edilməməsi kimi hallar yaşana bilər. Yerli istehsal zamanı bu təhlükə olmayacaq;
4. Azərbaycan daxili istehsalla “maska müharibəsi”nin iştirakçısına çevrilməyəcək və bu, dövlətin gücünü qoruması baxımından əhəmiyyətlidir;
5. Tibbi maska hazırda “müstəqillik” və “suverenlik” məsələsinə çevrilib. Proqnozlar toqquşmanın getdikcə genişlənəcəyini göstərir. Daxili istehsal Azərbaycanın suveren qərarlar verməsində, müstəqil siyasət aparmasında yarana biləcək təhlükələri aradan qaldırır. Çünki virusun təhlükəli səviyyədə inkişafı maska istehsalçı olan ölkənin istehlakçı ölkəyə bu ləvazimatı təkcə baha qiymətə satması yox, həm də bunun qarşılığında özünün hansısa maraqlarının təmin edilməsi tələbi irəli sürməsinə imkan yaradır.
Bu beş amil tibbi maska istehsalına başlanmasının təkcə daxili təlabatı ödəmək yox, həm də mümkün təhlükələrin qarşısını almaq baxımından əhəmiyyətli olduğunu göstərir.
Asif Nərimanlı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO