Nida Təhlil
İnkişaf etmiş Avropa ölkələri belə bu göstəricidə Azərbaycandan geridir - DEPUTAT
"Hesab edirəm ki, aparılan siyasət koronavirusa qısa müddətdə qalib gəlməyə imkan verəcək".
Bunu Publika.az-a açıqlamasında Azərbaycanda koronavirusla mübarizə çərçivəsində aparılan işləri şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanda koronavirusa qarşı aparılan fəaliyyəti yüksək qiymətləndirir: "Zamanında Azərbaycanın digər ölkələrlə sərhədlərini bağlaması və xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi üçün bütün imkanların səfərbər edilməsi öz nəticələrini verdi. Sosial izolyasiya tədbirləri, koronavirusla bağlı maarifləndirmə işləri və çoxsaylı testlərin aparılması koronavirus xəstələrinin aşkar olunmasına, onların müalicəsinə başlanmasına imkan verdi. Bunun nəticəsidir ki, hər milyon nəfərə düşən xəstələrin sayına görə Azərbaycan əlverişli yerdədir. Eyni zamanda xəstələrin təqribən 42%-i artıq sağalıb. Bu təbii ki, yüksək göstəricidir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə bu göstəricilər yox səviyyəsindədir. Müalicə sırf dövlət hesabına aparılır. Hər hansısa vətəndaşın bu məsələdə bir manat da olsun xərci çıxmır. Dezinfeksiya və sanitar işlərin aparılması da dövlət hesabınadır".
A.Mirzəzadə sosial paketlərlə bağlı məsələyə olan münasibətini belə ifadə edib: "İnsanların evlərində izolyasiya olunması bir çoxunun gündəlik gəlirdən məhrum olmasına gətirib çıxarır. Ona görə də cənab Prezidentin tapşırığı ilə işsizlər qeydiyyata alındı və onların hər birinə aylıq 190 manat vəsait ödənildi. Sosial paket əvvəllər 200 min nəfəri əhatə edirdisə, artıq bu rəqəm 600 min nəfərə çatdırıldı. Yəni vəsait 3 dəfə artırıldı. Həmçinin bu situasiyada biznes strukturları, iş adamları, xüsusilə də kiçik bizneslə məşğul olanlar böyük itkilərə məruz qaldılar. Onlara dəstək üçün dövlət tərəfindən ciddi addımlar atılır. Hər bir Azərbaycan vətəndaşı bu gün diqqətdədir.
Qeyd edim ki, cənab Prezidentin çağırışlarını dəstəkləyərək, çox sayda insan öz şəxsi vəsaitləri hesabına bu gün çətin vəziyyətdə olanlara ərzaq yardımı edir. Cənab Prezident bundan məmnun olduğunu bildirərək, həmin insanlara təşəkkürünü bildirdi. Bu, Azərbaycan xalqınn xarakteridir və ölkə başçısının siyasətini dəstəkləməsinin göstəricisidir. Hesab edirəm ki, aparılan siyasət koronavirusa qısa müddətdə qalib gəlməyə imkan verəcək".
Məhərrəm Əliyev
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ
-
İdman00:30
Ronaldonun saat brendi: modellərdən birində görün nə var - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gizli müsbət imkanlar ortaya çıxa bilər
-
Avto13 Oktyabr 23:36
Alverçilərə bəd, maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Artıq Azərbaycanda da mümkün oldu
-
Magazin113 Oktyabr 22:36
Günay yeni fotoları ilə diqqət çəkdi -
-
Magazin113 Oktyabr 21:36
Azərbaycanlı gəlin Vandamın vəfat edən anasından yazdı: "Nəvənizə yaxşı baxacam" - FOTOLAR
-
Sosial13 Oktyabr 21:12
Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ
-
İdman13 Oktyabr 20:24
28 yaşlı idmançı qəflətən VƏFAT ETDİ - FOTO