Nida Təhlil
Birlikdə olanda daha güclüyük
Prezident İlham Əliyevin rəhbərliyi altında atılan irimiqyaslı addımlar, xüsusilə son illər bütün sahələri əhatə edən islahatlar Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Bu islahatlar əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi ilə yanaşı, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiriməsində də mühüm rol oynayıb. İslahatlar nəticəsində dövlət idarəçiliyində daha çevik, daha yığcam və məqsədyönlü üsullar yarandı. Etiraf edək ki, idarəetmə strukturları artıq köhnəlmişdi. Ona görə də müasir inkişafla ayaqlaşan idarəçiliyə zərurət yaranmışdı. Bu baxımdan , struktur və kadr islahatlarının aparılması prioritet vəzifə kimi qarşıya qoyuldu.
Ölkənin idarəetmə sistemində aprılan islahatlar həmrəylik və birliyin möhkəmləndirilməsində də özünü büruzə verdi. Bunun da nəticəsində Azərbaycanın ictimai-siyasi gündəminə, dövlətçilik təfəkkürünə və siyasi mədəniyyətə yeni – “Biz birikdə güclüyük!” müasir ideoloji modeli daxil oldu. Cənab Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən bu şüar konseptual milli həmrəyliyə və birliyə çağırış kimi qəbul olundu. Dünyanın başı üzərini koronavirus pandemiyasının aldığı bir vaxtda dövlət başçısnın düşünülmüş tədbirlərinin həyata keçirilməsi üçün həmrəylik və birliyə ciddi zərurət yaranırdı. Ölkə Prezidenti Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrikində də siyasi dialoqun vacibliyini diqqətə çatdırdı. Cənab Prezident siyasi dialoqun nəticələrinin xalqımızın və ölkəmizin gələcək inkişafı üçün müsbət olacağını bildirdi.
Birlik və həmrəylik parlamentdə aparılan islahatlarda da özünü açıq şəkildə biruzə verdi. Yeni formalaşan parlamentdə Milli Məclis Sədrinin müavinlərindən birinin müxalifət partiyasının, digərinin isə bitərəflərin nümayəndəsinin olması da bunu təsdiqləyir. Bundan əlavə, komitə sədrlərinin müavinləri arasında da müxalifər partiyasının təmsilşilərinin olması dövlət başçısının “Biz birikdə güclüyük!” çağırışının təsdiqidir. Hesab edirəm ki, gələcəkdə dövlət iadərçiliyində, icra hakimiyyəti orqanlarında da konstruktiv müxalifət partiyasının və bitərəflərin təmsilçilərinin olması vacibdir.
Dünyanın inkişaf etmiş qüdrətli dövlətləri koronavirus kabusu qarşısında aciz qalaraq böyük itkilər, xüsusilə insan tələfatı ilə üzləşsələr də, ölkəmiz bu pandemiyadan ciddi əziyyət çəkmədi. Ölkə başçısının düşünülmüş strategiyası və insanların sağlamlığının qournmasına verdiyi yüksək dəyər koronavirusun ciddi fəsadlar törətməsinin qarşısını aldı. Hətta Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb. ÜST –ün Baş direktoru Azərbaycan Prezidentinin bu mübarizədə milli, regional və qlobal səviyyədə güclü səylər gördüyünü bildirib və Prezident İlham Əliyevə təşəkkür edib.
Təəssüf ki, dövlətimizə düşmən kəsilmiş “5-ci kolon”un nümayəndələri bu koronavirus pandemiyası dövründə də öz çirkin əməllərindən əl çəkmirlər. Bu düşərgədə cəmləşən insanlar uzun illərdir Azərbaycan iqtidarına qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onlar siyasi dialoq çağırışına qoşulmaq üçün ağılagəlməz şətlər irəli sürürlər. Bununla da əsas məqsədlərinin koronavirus pandemiyasından istifadə edərək vəziyyəti gərginləşdirməkdən ibarət olduğunu bir daha nümayiş etdirirlər.
Təbii ki, əksər siyasi partiyaların həmrəylik və birlik çağırışını səmimi qəbul etmələri ölkəsinə qənim kəsilmiş üzdəniraq müxalifətin xəbis niyyətinin yerinə yetməsinə imkan verməyəcək. Azərbaycanın yeni siyasi konfiqurasiyasında marginal qruplaşmaya yer yoxdur. Xalq öz Prezidentinə inanır və güvənir. Bunu hər gün dövlət başçısına ünvanlanmış minlərlə minnətdarlıq məktubları da təsdiqləyir. Həmin məktublarda ölkə Prezidentinin qətiyyətinə, tələbkarlığına, siyasi uzaqgörənliyinə, humanizminə, xeyirxahlığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr və qurur hissi keçirdiklərini vurğulayırlar.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya4 Oktyabr 21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya4 Oktyabr 19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü