• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

“Zirvə görüşü Azərbaycanın tutduğu yolun dürüst olduğunu hamıya bəyan etdi” - DEPUTAT

“Zirvə görüşü Azərbaycanın tutduğu yolun dürüst olduğunu hamıya bəyan etdi” - DEPUTAT

“Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsini yüksək qiymətləndirirəm. Azərbaycan 120 dövlətin üzv olduğu, BMT-dən sonra ikinci böyük və nüfuzlu beynəlxalq təşkilat kimi qəbul olunan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz eyni zamanda bu qurumda uğurla iştirak edir. Bu günkü çətin bir zamanda, dünyanı COVID-19 pandemiyasının ağuşuna aldığı bir dövrdə cənab Prezidentimizin təşəbbüsü ilə bu konfransın çağırılması alqışalayiq addımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl etdiyini bir daha təsdiq etdi:

“Konfransa bütün üzv dövlətlər də qoşulub sözünü dedi. Burada üzv dövlətlərin bu fəlakətə qarşı birlikdə mübarizə aparmasından söhbət gedir. Prezident İlham Əliyev başda olmaqla dövlətlərin hər biri bu məsələ ilə, görülən işlərlə bağlı hesabat xarakterli məlumatlar verdilər. Eyni zamanda bunun qarşısını almaq üçün nə etməliyik? Problem necə həll olunmalıdır? Biz birlikdə güclü olub buna qalib gəlməliyik! istiqamətində məsələlər müzakirə olundu. Təbii ki, bu bütün dünya üçün çox əhəmiyyətli, xeyirli və vacibdir. Azərbaycan öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə, indiki mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verir”.

Deputat vurğulayıb ki, Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir:

“Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirib. Ölkə başçısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü təşkil olundu. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Bundan əlavə digər keçirilən tədbirlər Azərbaycanın humanist yol tutduğunu, hamıya xoş gün və sülh arzuladığını, dünyanın birlikdə sülh şəraitində yaşaması üçün bütün dövlətlərin həmrəy olmasına çağırışıdır. Bu, həmçinin Azərbaycanın tutduğu və bəyan etdiyi yoldur. Müşavirədə də gördük ki, bütün dövlətlər Azərbaycanın haqq yolunu, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda ölkəmizin dünyada sülhün və inkişafın bərqərar olması üçün gördüyü işlərə yüksək qiymət verilir. O cümlədən Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə və gördüyü işlər yüksək dəyərləndirilir”.

Elman Məmmədov əlavə edib ki, bu cür konfransların keçirilməsi sayəsində Azərbaycanın tutduğu yolun düz, dürüst olduğu hamıya bəyan olur, konfransın çağırılması alqışlanmalı və çox yüksək qiymətləndirilməlidir: “Bu cür zirvə görüşləri ölkəmizin beynəlxalq arenada tanınmasına da zəmin yaradır. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi ianələr təqdirəlayiq hesab olundu. Ölkəmiz konfransdan əvvəl ÜST-ə 5 milyon dollar yardım etmişdi. Zirvə toplantısında ölkə başçısı yenidən pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdığını bildirdi. Bunlar hamısı Azərbaycanın beynəlxalq aləmdə, dövlətlər arasında xüsusi çəkisi olan, yeri olan bir dövlət kimi tanınmasından xəbər verir. Bu da təbii ki, dostlarımızı sevindirir, düşmənlərimizin də gözünü tökür. Azərbaycan tək özü üçün yox, beynəlxalq arenada bütün dünya üçün hansı töhfələri verir? Fikri nədir, yolu nədir? Dünyaya nə arzulayır? Bütün bunların hamısı aşkar olur. Bundan əlavə ölkəmizin sülhsevərliyi, ədalətli siyasət yürütməsi, dünyada problemlərin həll olunması üçün əlindən gələni etməsi bəyan olur. Bu da təbii ki, bizim günü-gündən nüfuzumuzun yüksəlməsinə və mövqeyimizin güclənməsinə səbəb olur”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR