“Gündəlik yoluxmalarda çox ciddi rəqəmlərlə üz-üzə gələcəyik...” - Professordan AÇIQLAMA - - VİDEO
Bizi izləyin

Nida Təhlil

“Gündəlik yoluxmalarda çox ciddi rəqəmlərlə üz-üzə gələcəyik...” - Professordan AÇIQLAMA - - VİDEO

Video əlavə olunub.

xxx

“Şəhərdə bina həyətlərində insanlar oturub nərd, domino oynayırlar və söhbət edirlər. Elə davranırlar ki, sanki bu virus yoxdur. Təbii ki, bu cür vətəndaş məsuliyyətsizliyinin fonunda infeksiyanın artma dinamikası olacaq. Bu da böyük itkilərə, əlavə xərclərə və ümumi vəziyyətin pisləşməsinə gətirib çıxaracaq”.

Bunu Publika.az-a danışan professor, həkim-cərrah Adil Qeybulla deyib. O bildirib ki, karantin tədbirlərinin yumşaldılması ilə bərabər insanlar da verilən tələb və tövsiyələrə əməl etməlidirlər:

“Sosial həyatın yumşaldılması, insanların azadlıqlarının artırılması və müəyyən müəssisələrin fəaliyyətə davam etməsi təmin edilərkən xüsusi qaydalar nəzərə alınmalıdır. Bunların hər biri xüsusi şərtlər və təlimatlar altında fəaliyyət göstərməlidir. Eyni zamanda insanların davranışları üçün xüsusi qaydalar hazırlanmalıdır. Karantin qaydaları o şərtlə yumşaldılmalı idi ki, insanlar sosial məsafəni gözləsinlər, maska taxsınlar, əlləri dezinfeksiya etsinlər və ümumilikdə gigiyenik tədbirlərə əməl olunsun. Ancaq əksər insanlar buna əməl etmirlər. Maska taxmaq artıq məcburidir. Bu şərtlər daxilində əməl oluna bilər”.

Professor qeyd edib ki, xəstələnmə sayı artmaqda davam edəcək. Çünki xeyli potensial yoluxmalar var:

“Hətta ən sərt karantin qaydaları tətbiq olunsa belə bu dinamika hələ bir müddət davam edəcək. Çünki potensial yoluxan xəstələr müəyyən dövrdən sonra üzə çıxacaqlar. Biz gündəlik yoluxmalarda çox ciddi rəqəmlərlə üz-üzə gələcəyik. İri ticarət mərkəzləri də fəaliyyətini bərpa edib. Bu da yoluxma sayında özünü göstərəcək. Yaponiyada nə operativ qərargah var, nə də karantin tədbirləri. İnsanlar orada bu işə özləri çox yüksək mədəniyyətlə, vətəndaş məsuliyyəti ilə yanaşırlar. Yoluxmaların ən az olduğu ölkələrdən biri də Yaponiyadır. Onlar hətta adicə qrip olanda, boğazları ağrıyanda və yuxarı tənəffüs yollarının infeksiyası zamanı maska taxırlar, sosial məsafə saxlayırlar və bir-birləri ilə görüşməkdən çəkinirlər. Bunu biz davranış formasına çevirməliyik. Hər an tənəffüs yollarının belə pandemiya törədəcək infeksiyaları ilə üz-üzə qala bilərik. Qrip də özünü bu cür göstərə bilər. Hər il belə sürprizlər ola bilər. Hesab edirəm ki, davranış qaydaları sərt karantin rejimindən daha ciddi və vacibdir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm