Nida Təhlil
PA-da partiyalarla görüş: Azərbaycan üçün vacib dialoq davam edir – TƏHLİL
İyulun 1-də Prezident Administrasiyasında bir sıra siyasi partiya sədrləri ilə görüş keçirildi: REAL sədri İlqar Məmmədov, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz və Azərbaycan Milli Demokrat Partiyasının sədri və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı.
PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə keçirilən görüşdə siyasi partiyalar üçün bir sıra vacib məsələlər müzakirə olunub və qeydiyyat problemi həll edilib.
Milli Vəhdət Partiyası və Ağ Partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı sədrlərə dövlət reyestrindən çıxarışlar təqdim olunub. Pandemiyanın yaratdığı çətinliklərə görə REAL-ın təsis qurultayının onlayn rejimdə keçirilməsi və dövlət qeydiyyatına alınması məsələsi müzakirə olunub və bunu artıq həll olunmuş hesab etmək olar.
Bu informasiya Azərbaycanda siyasi dialoqun davam etdiyini, iqtidar və müxalifət arasında konstruktiv münasibətlərin qurulması ilə bağlı növbəti addımın atıldığını göstərir. Proses iki mərhələdə həyata keçirilir:
- Siyasi partiya sədrləri ilə görüşlərin keçirilməsi, siyasi münasibətlərin qurulması və dialoqun davam etdirilməsi ilə bağlı fikir mübadiləsinin aparılması;
- İllərdir qeydiyyata alınmaq üçün müraciət etmiş siyasi partiyaların bu probleminin həlli;
Bu ilin başlanğıcından etibarən iqtidarın təşəbbüsü ilə siyasi dialoqa start verilib. Fevral ayında Prezident Administrasiyasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, REAL Partiyasının sədri İlqar Məmmədov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Yaşıllar Hərəkatının rəhbəri Ceyhun Osmanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə görüş keçirildi. Daha sonra digər siyasi qüvvələrlə təmaslar davam etdirildi.
Bu, siyasi dialoq üçün vacib olan təmasların qurulması idi.
Belə görüşlər fonunda həm də qeydiyyat üçün müraciət edən partiyaların problemi həll olundu: Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyasının, Müstəqil Xalq Partiyası qeydiyyata alındı.
İyunun 1-də REAL sədri ilə keçirilən görüş, eləcə də Milli Vəhdət Partiyası və Ağ Partiyanın dövlət qeydiyyatına alınması iqtidarın ölkədə konstruktiv münasibətlərin qurulması üçün siyasi iradə nümayiş etdirdiyini göstərir.
Uzun müddətdən sonra həyata keçirilən siyasi dialoqun cari və uzunmüddətli hədəfləri var.
Koronavirus pandemiyasına qarşı mübarizədə siyasi həmrəyliyə nail olmaq. Pandemiyanın dünyada yaratdığı kataklizm fonunda həmrəylik mübarizədən sağ çıxmağın əsas vasitəsidir. Prezident İlham Əliyev mühüm addımlarla ölkədə cəmiyyətin həmrəyliyinə nail oldu, ardınca bu həmrəylik nümunəsini regional (Türk Şurası) və beynəlxalq (Qoşulmama Hərəkatı) siyasi müstəvilərə daşıdı. Bu prosesin tamamlanması üçün ölkə daxilində siyasi həmrəylik də önəmlidir. Bu baxımdan, partiyalarla keçirilən görüş və onların problemlərinin həlli istiqamətində atılan addımlar dövlət və milli maraqlar baxımından əhəmiyyətlidir. Keçirilən görüşlərdə pandemiya ilə bağlı vəziyyətin müzakirəsi bu baxımdan təsadüfi deyil.
Uzunmüddətli hədəf Azərbaycanda normal siyasi münasibətlərin formalaşması və milli maraqlarda birliyin təmin olunmasıdır. Təxminən iki il öncə Azərbaycana qarşı başlanan çoxşaxəli kampaniyada bəzi qüvvələrin siyasi müxalifət adı altında qeyri-etik davranışları mövcud siyasi münasibətləri təhlükə altına atmışdı. Bunun davam etməsi təkcə siyasi partiyaların yox, ümumilikdə Azərbaycan dövlətinin maraqlarına ziddir. Bu mənfi tendensiyasının aradan qaldırılması vacib idi ki, hazırda iqtidar dövlət üçün təhdid yaradan problemi aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirir.
Siyasi dialoqun qurulması və konstruktiv münasibətlərin formalaşması prosesini ümumilikdə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi hesab etmək olar.
Prezident İlham Əliyev bu ilin martında siyasi dialoqun başlandığını elan etdi: “Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi edib. Bu, çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya verib, faktiki olaraq, siyasi dialoq artıq başlanıb. Əminəm ki, bunun nəticələri xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaq”.
Bütün hallarda siyasi dialoq hər bir ölkənin gələcəyi üçün əhəmiyyətli amildir. Bunu iqtidar da, dialoqa müsbət yanaşan konstruktiv siyasi qüvvələr də yaxşı anlayır.
Ölkədə mövcud siyasi dialoqun hər iki tərəfi – iqtidar və müxalifətin prosesdən qazanclı çıxdıqları da bəllidir.
İqtidar: Azərbaycanda yeni siyasi açılımın başlanğıcı ötən ilin mart ayına təsadüf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların tərkib hissəsi kimi siyasi islahatlara da start verildi. Xüsusilə “siyasi məhbus” siyahılarında adı olanların vaxtından əvvəl azad edilməsi bu prosesin başlanğıcıdır. Bir il sonra siyasi dialoqun başlanması siyasi açılımın real nəticələrindən xəbər verir. Ölkədə siyasi dialoqun olması iqtidara həm ümummilli məsələlərdə siyasi qüvvələri bir dam altında toplamaq, həm dövlət maraqlarının daha güclü müdafiəsini təşkil etmək, həm də dövlət üçün təhlükə olan kənar müdaxilələrin qarşısını almaq imkanı verir.
Müxalifət: siyasi qüvvələr dialoq mühiti ilə daha rahat fəaliyyət göstərmək, həm partiyaları ilə bağlı problemləri, həm də ölkə ilə bağlı məsələləri iqtidarın qarşısında qaldırmaq və həllinə nail olmaq imkanı qazanırlar.
Lakin siyasi dialoqdan ən çox qazanan Azərbaycan dövlətidir.
1. Milli və dövlət maraqlarının müdafiəsində fikir ayrılığı aradan qalxır;
2. Dövlətin mövcudluğuna təhdid olan kənar müdaxilələrin qarşısı alınır;
3. Ölkədə daha normal və sivil siyasi münasibətlər qurulur, siyasətdə qeyri-etik davranışlar və mövqelər sıradan çıxır;
Mövcud siyasi dialoq Azərbaycanın siyasi cameəsində müsbət təmizləmələrə yol açacağı gözləntisini də yaradır. Konstruktiv siyasi münasibətlər inkişaf etdikcə artıq radikalizmə və qeyri-əxlaqi mübarizə metoduna yer qalmayacaq.
Asif Nərimanlı
-
Nida Xəbər 11 Noyabr 23:40
Ərdoğan Bakıya gəldi - FOTO
-
Nəqliyyat11 Noyabr 22:58
Bakıda bəzi parkinqlər bu tarixə qədər LƏĞV EDİLDİ
-
Nida Xəbər 11 Noyabr 22:34
Bakıda səfərdə olan Lukaşenko Qərbi tənqid etdi: "Vəziyyət getdikcə pisləşir"
-
Nəqliyyat11 Noyabr 22:22
Bakının girişində postlar quruldu - VİDEO
-
Magazin211 Noyabr 21:11
Serdar Ortaç ev dustağı oldu
-
Nida Xəbər 11 Noyabr 20:50
Əliyev və Vuçiç hansı məsələləri müzakirə edib?
-
Magazin111 Noyabr 20:40
"Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanətini bağışladın" - Nagehan
-
Nəqliyyat11 Noyabr 19:40
Bakı-Sumqayıt qatarı 50 dəqiqə gecikdi - SƏBƏB