Nida Təhlil
Ermənistanda partiyalar Paşinyana qarşı birləşib - İstefa çağırışlı mitinqlər başlayır
“Paşinyan demək olar ki, ciddi şəxsiyyət və siyasətçi böhranı yaşayır. O, artıq ictimai rəydə yox kimidir, sanki böhran onu çiyninə alaraq dərənin dibinə atıb. Çünki hamı siyasi elita səviyyəsində bilir ki, Paşinyan danışıqlar prosesini pozub”.
Bu fikirləri Publika.az-a danışan politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Paşinyan öz cılızlığı və siyasi prosesləri bilməməsi səbəbindən hakimiyyətə gəldiyi dövrdən sülh barədə danışıqlar prosesinə səthi yanaşıb və bir-birinə zidd müxtəlif fikirlər söyləyib: “O, qondarma “Dağlıq Qarabağ”ı danışıqlar prosesinə qoşmaq istəyir. Hakimiyyətə gəldiyi vaxt bildirmişdi ki, respublikanı toparladıqdan sonra ciddi danışıqlara başlamaq üçün mənə bir müddət möhlət verin. Ancaq o, danışıqların formatını dəyişdirdi və beləliklə, danışıqlar prosesini alt-üst etdi. Paşinyan erməni xalqına da çoxlu iqtisadi vədlər verib. Xaricdən investisiyalar gətirəcəyini, ölkəni cənnətə çevirəcəyini və hər bir erməniyə yüksək firəvanlıq içərisində yaşayacaqsınız desə də, bunun heç biri olmadı”.
Q.Hüseynli bildirib ki, Paşinyanın bütün vədlərinin əvəzində erməni cəmiyyəti ciddi müharibə aldı və bu müharibə həm iqtisadiyyatı çökdürür, həm də xarici ticarəti demək olar ki, mümkünsüz edir: “Ölkə dərin iqtisadi fəlakət içərisindədir. Bu iqtisadi fəlakət siyasilərin əhval-ruhiyyəsinə də təsir edir. “Qarabağ klanı”, “Çiçəklənən Ermənistan”ın və digər partiyaların həbsdə olan üzvləri, yeni yaranan “Vətən” partiyası da Paşinyan əleyhinə ciddi surətdə mitinqlərə hazırlaşır. Onların məqsədi birləşmiş müxalifətin birgə mitinqini keçirməkdir və bu mitinq Paşinyana istefa çağırışı ilə baş tutmalıdır. Ölkədə vəziyyət çox ağırdır. Hazırda Dağlıq Qarabağdan, xüsusilə Xankəndidən kütləvi qaçaqaçdır. Ermənistan bunların hamısını qəbul edib həzm edə bilməz, etsə belə onlar yarıçılpaq, yarıac vəziyyətdə yaşamlı olacaqlar. Ölkənin potensialı isə xeyli tükənib. Xaricdən Ermənistana yardım olmasaydı, onlar çoxdan ağ bayraq qaldırıb əllərini göyə qaldırmışdılar”.
Akqabay Mıradov
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO
-
MDB11:30
Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?