Danimarkanın millət vəkili: Dağlıq Qarabağ işğaldan azad olunmalıdır
Bizi izləyin

Nida Təhlil

Danimarkanın millət vəkili: Dağlıq Qarabağ işğaldan azad olunmalıdır

Dağlıq Qarabağ işğaldan azad olunmalıdır.

Bu sözləri Publika.az-a açıqlamasında Danimarka Sosial Demokrat Partiyasının millət vəkili Hüseyn Araç bildirib.

Azərbaycanlı dostlarımı, qardaşlarımı salamlayıram. Dağlıq Qarabağ ərazisində, öz torpaqlarında haqlı mübarizələrini dəstəkləyirəm. Ermənistlanla Azərbaycan arasında 30 ilə yaxın davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasını istərdik. İki qonşu dövlət əmin-amanlıq içərisində yaşaya bilərdi. Lakin qarşı tərəf bunun üçün heç bir şərait yaratmır. Müharibə hər kəsin pislədiyi seçimdir. İnsan ölümü kədərdir, faciədir. Amma nə edə bilərik? Təxribatçı düşmənin cavabı verilməli, Dağlıq Qarabağ işğaldan azad olunmalıdır. Müşahidələrimdən onu deyə bilərəm ki, Danimarkada Azərbaycana qarşı xoş münasibət var. Skandinaviya ölkələri bu məsələdə sülhün tərəfdarıdır. Amma heç bir ölkə istəməz ki, öz ərazisi işğal altında olsun.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm