Nida Təhlil
Ermənistanın bu cəhdləri nəticəsiz qalacaq - Professor
“Ermənistanın istər icra və qanunverici, istərsə də ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyət irticaçı bir dövlət hakimiyyətinin ayrı-ayrı qolları xarakterini daşıyır. Muzdlu döyüşçülərdən istifadə etmək və bunu legitimləşdirmək isə müharibə cinayətidir. Beynəlxalq qanunvericilikdə də bu, cinayət olaraq tanınıb”.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib.
O qeyd edib ki, BMT-nin "Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası"nda qeyd olunur ki, üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər: “Paşinyan özü də başa düşür ki, beynəlxalq hüququn normalarını pozub və müharibə cinayəti törədib. O, bu cinayəti hazırda da heç nədən çəkinmədən, heç kimdən qorxmadan davam etdirir. Bu isə heç də onun mövqeyinin qüvvətli olması demək deyil, onun psixoloji problemi ilə bağlı olan bir məsələdir. Çünki o, beynəlxalq qanunları bilmir və ya görməzdən gəlir. Dövlətçilik təcrübəsi isə yoxdur. Ona görə də Paşinyan müharibə başlayandan sonra bir-birinin ardınca səhvlərə yol verməkdə davam etdi. Ermənilər beynəlxalq qanunvericiliklə qadağan edilən iriçaplı silahlardan, raketlərdən istifadə edir, əhalini bombalayır və muzdluları müharibəyə cəlb edir. Düşünürəm ki, gələcəkdə “Azərbaycan Ermənistan silahlı qüvvələrinə və muzdlulara qalib gəlib” ifadəsindən istifadə etməliyik. Bu termin dövriyyəyə gətirilməlidir”.
İ.Vəliyevin sözlərinə görə, Dağlıq Qarabağa muzdluların gətirilməsi, maliyyələşdirilməsi və təlimlər keçirilməsi ilə bağlı qanunun qəbul edilməsi Ermənistanın bir ölkə olaraq irticaçı xarakteri ilə şərtləndirilir: “Onlar bu addımı ilə heç bir şey əldə edə bilməyəcək. Ermənistan həm ölkə daxilinə, həm Dağlıq Qarabağ münaqişəsində mövqelərini və beynəlxalq aləmdə avtoritetini itirməkdədir. Bütün dünya Ermənistan dövlətinin əsl mahiyyətini başa düşüb. Əvvəllər Emmanuel Makron bütün qüvvəsi ilə çalışırdı ki, bölgədə atəşkəs elan olunsun və Dağlıq Qarabağın azad edilməsi uğrunda gedən müharibə dayandırılsın. Azərbaycan Prezidentinin çıxışlarından, dövlətimizin apardığı məqsədyönlü fəaliyyətdən sonra Fransa Xarici işlər naziri məlumat verdi ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsində bitərəfliyini saxlayacaq. Bu gün Ermənistanın ən böyük dayaq nöqtələrindən biri olan Fransa kimi bir dövlət bitərəfliyini elan etdi. Ermənistan çalışır ki, qondarma Dağlıq Qarabağ respublikasını ölkələr tanısın. Ancaq heç bir dövlət onu tanımayacaq. Çünki artıq dünya dövlətləri beynəlxalq hüququn normalarının dirçəlməsinə rəvac verməkdədir. Onlar gördülər ki, beynəlxalq hüquqa əhəmiyyət verilməməsi dünya nizamının pozulmasına gətirib çıxarır. Odur ki, muzdlu döyüşçülərin Ermənistana gətirilməsi və Dağlıq Qarabağın bir subyekt kimi tanınması ilə əlaqədar düşmən ölkənin bütün cəhdləri nəticəsiz qalacaq və Azərbaycanın işi haqq işidir, biz bu müharibədə qalib gələcəyik”.
Akqabay Mıradov
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO