Bu provokativ terror aktı... - Fransız yazar və rejissor
Bizi izləyin

Nida Təhlil

Bu provokativ terror aktı... - Fransız yazar və rejissor

Azərbaycanda baş verən provokativ terror aktı, qarşı tərəfin işğalçı siyasəti bütün insani sərhədləri aşır.

Bu sözləri Publika.az-a açıqlamasında Fransanın tanınmış yazarı və rejissoru Delazad Deqati deyib.

O həmçinin bildirib ki, müharibə istənilən halda arzuolunmazdır.

“Humanist vətəndaş kimi bu məsələnin sülh yolu ilə həllinə hələ də ümid edirəm. Lakin Azərbaycanda baş verən provokativ terror aktı, qarşı tərəfin işğalçı siyasəti bütün insani sərhədləri aşır.

Dağlıq Qarabağ müharibəsi Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək yolunda verdiyi savaşdır. Azərbaycan qonşu dövlətin torpağını işğal etməyib, dinc əhalini bombalamır. İkinci Gəncə terror aktı beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.

Gəncənin eləcə də digər şəhərlərin zərər görmüş dinc əhalisinə, ailə üzvləri həlak olan vətəndaşlarına dərin hüznlə baş sağlığı verirəm. Əminəm, işğalçı tərəf mütləq cəzasını tapacaq.

Cənab İlham Əliyevin də dediyi kimi Dağlıq Qarabağın işğaldan azad olunması həmçinin erməni xalqı üçün də daha böyük imkanlar qazandıracaq. Çünki bu həm də Qarabağın iqtisadi, mədəni inkişafına böyük təkan verəcək.”

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm