II Qaregin erməniləri ölümə göndərir: din adı altında gizlənən terror...
Bizi izləyin

Nida Təhlil

II Qaregin erməniləri ölümə göndərir: din adı altında gizlənən terror...

Bir aydır davam edən müharibədə darmadağın olan Ermənistan döyüşməyə əsgər tapmır. Hazırda işğalçı ölkənin qüvvələri qocalardan, qadınlarda, yeniyetmələrdən, hətta azyaşlılardan ibarətdir. Erməni gənclər müxtəlif yollarla müharibədən yayınır: ya koronavirusa yoluxur, ya özlərini cinsi azlığın nümayəndəsi kimi təqdim edir, ya da gizlənirlər.

Paşinyanın 6 maddədən ibarət “ümumi səfərbərlik” çağırışı da işə yaramadı. Artıq orduya adam toplamaq işini Nikol Paşinyanla qarşıdurmada olan kilsə üzərinə götürüb.

Erməni Qriqoryan kilsəsinin rəhbəri, katolikos II Qaregin erməniləri müharibəyə qoşulmağa çağırıb. Katolikosun bu çağırışı indi etməsində diqqətçəkən bir neçə məqam var:

Birincisi,Qaregin müharibənin başlanmasından ilk dəfədir ki, ermənilərə belə bir müraciət edir. Bu, erməni ordusunun çətin vəziyyətdə olduğunu, döyüşməyə adam tapmadığını təsdiqləyir və son ümid kimi kilsə dövriyyəyə girib.

İkincisi,Qaregin qarşıdurmada olduğu Paşinyan hakimiyyətinə bu dəstəyi verməklə əvvəlki təsir gücünü yenidən qaytarmaq istəyir, güman ki, katolikos bunun qarşılığında hakimiyyətdən nələrsə alıb.

Bu, Ermənistan daxilində ictimai-siyasi toqquşmaların nəticəsidir. Lakin burada ən vacib məqam II Qareginin faktiki olaraq, müharibəni körükləməsidir.

Bütün dinlərin əsasında sülh dayanır və adətən din xadimləri toqquşmaların qarşısının alınmasında rol oynayırlar. Erməni katolikos isə bunun əksini edir, hətta “humanitar atəşkəs”in başlanmasından bir neçə saat öncə erməniləri müharibəyə qoşulmağa, azərbaycanlıları öldürməyə çağırır.

Erməni kilsəsinin tarixi bunun səbəblərini anlamağa imkan verir.

Hələ orta əsrlərdə müxtəlif imperiyaların tərkibində pərakəndə formada yaşayan ermənilərin din adamlarının əsas missiyası casusluq olub. Onlar bunu din adı altında həyata keçirirdilər. XIX əsrin sonlarında erməni kilsəsi “böyük ermənistan” idealogiyasının yayılmasınavə azərbaycanlılara, eləcə də bölgədə müsəlman əhaliyə qarşı soyqırımı aktlarının törədilməsinə rəhbərlik edirdi. Bir əsrdən çoxdur mövcud olan erməni terrorunun əsas baniləri də məhz erməni din adamlarıdır.

1885-ci ildə yaradılan “Armenakan” partiyası, 1887-ci ildə təsis edilən “Hnçak” partiyası, 1973-cü ildə fəaliyyətə başlayan “Erməni “soyqırımının” intiqamçıları” qrupu, məxfi terror qrupu DRO və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 adlı bölmələri, 1975-ci ildə Beyrutda yaradılan “Erməni gizli azadlıq ordusu” (ASOA), həmin ildə fəaliyyətə başlayan “Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu” (ASALA), 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılan “Geqaron”, 1991-ci ildə Fransada yaradılan “Erməni azadlıq hərəkatı” (AOD), “Erməni azadlıq cəbhəsi”, “Orli qrupu”, “Erməni soyqırımı ədalət komandosları”, “Erməni birliyi”, “Demokratik cəbhə”, “Apostol” kimi tarixdən günümüzə qədər gəlib çıxan erməni terror təşkilatlarının idealoji rəhbərləri məhz erməni kilsəsi olub.

Təsadüfi deyil ki, qriqoryanlıq xristianlıqda nə katolikləri, nə pravoslavları, nə də protestantları qəbul etmir, bu məzhəblərlə zaman-zaman qarşıdurmaya da gedir.

Bu kilsə bir zamanlar saxta pul düzəldənlərin yuvası olub. Bu monastr dini mərkəzdən çox siyasi mərkəz kimi fəaliyyətdədir. Bu, dünyadakı saf ibadətlə məşğul olan, xalqlar arasında qardaşlıq münasibətləri yaratmaq istəyən xristianları narahat etməlidir”.

Məşhur fransız maarifçi alim Baron de Bayın erməni kilsəsi haqqında dediyi bu sözlər həqiqəti və xristian dünyasının onlara münasibətini göstərir.

Tarixdən günümüzə terror və təxribat üzərində qurulan erməni kilsəsi 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalında, azərbaycanlılara qarşı törədilən soyqırımılarda da rol oynadı.

Həmin vaxt kilsə ermənilərin gizli silah anbarı kimi istifadə olunurdu. SSR Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi 1980-ci illərin sonlarında erməni kilsələrinin birinin zirzəmisində6 minaatan elektrik detonatoru ilə birlikdə, 130 kustar üsulla hazırlanan əl qumbarası, qumbaraatanlar üçün qumbaralar, döyüş sursatı cəbhəxanası və digər silah-sursat tapmışdı.

Müharibə başlayanda erməni din adamları əllərinə silah alaraq, Azərbaycan torpaqlarının işğal edilməsində, eləcə də törədilən qətliamlardan iştirak etdilər.

Böyükdən kiçiyə qədər türkləri öldürün” şüarı da Qriqoryan kilsəsinin çağırışlarından biridir. Din adı altında gizlənən bu terrorçular II Qarabağ müharibəsində yenidən üzə çıxıb və “azərbaycanlıları öldürün” çağırışı edir.

Bu erməni kilsəsinin XXI əsrdə də Allaha yox, terrora xidmət etdiyini təsdiqləyir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm