Bu, indidən Ermənistanı rahatsız etməyə başlayıb - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

Bu, indidən Ermənistanı rahatsız etməyə başlayıb - Hikmət Babaoğlu

Azərbaycan hazırda ən aktual məslələrlə bağlı dünya siyasətinin gündəmini müəyyən edən ölkələrdən birinə çeviriliməkdədir. Bu, bir tərəfdən ölkəmizin beynəlxalq münasibətlər sistemində milli faktor kimi fəal davaranışları və nüfuzu ilə əlaqədardırsa, başqa bir tərəfdən onun mötəbər beynəlxalq təşkilatlara rəhbərlik etməsi ilə bağlıdır. Artıq məlumdur ki, Azərbaycanın beynəlxalq təşkilatlara rəhbərlik etmək və bu müddət ərzində onların fəaliyyətini səmərəli formada təmin etmək təcrübəsi var.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O, bildirib ki, hələ 2011-2013- cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata sədrlik edən zaman terrorizmə qarşı mübarizə, beynəlxalq hüququn aliliyinin təmin edilməsi və s. kimi bir sıra aktual məsələləri beynəlxalq gündəmə gətirə bilmişdi:

“Hazırda isə Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına rəhbərlik edir və bu statusda artıq bir neçə vacib məslələri gündəmə gətirməklə qlobal problemlırin həlli istiqamətində təqdirəlyiq təşəbbüslərlə çıxış etməyi bacarıb. Hələ 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv olan ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun onlayn Zirvə Görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmiş və təşəbbüs BMT üzv ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəklənmişdi. Hazırda isə 5 noyabr 2020-ci il tarixində BMT Baş Assampleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (COVID-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edib. Qətnaməyə əsasən, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunub, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınıb”.

Millət vəkili qeyd edib ki, açılış mərasimində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də çıxışı nəzərdə tutulur:

“Şübhəsiz ki, Azərbaycan Prezidenti öz çıxışından pandemiyaya və ona qarşı mübarizə məsələri ilə yanaşı həm də Azərabycan həqiqətləri, beynəlxalq hüquq və onun tələblərinin yerinə gətirilməsi, işğalçı ölkə olan Ermənistanın regionda təhlükəsizliyi təhdid edən terrorçu dövlət olması barədə də danışacaq və bunun ümumi rifaha və regional inteqrasiyaya, o cümlədən pandemiyaya qarşı mübarizədə birgə səylərə ciddi əngəllər törətdiyini bildirəcək. Bu isə indidən Ermənistanı rahatsız etməyə başlayıb. Dünyanın pandemiyadan əziyyət çəkdiyi bir vaxtda və beynəlxalq gündəmin ən mühüm məsələlərindən biri olan COVID-19 ilə mübarizəyə dair xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı ilk günlərdən etibarən qarşı çıxan Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıb və qətnamənin açılış hissəsində QH sədrinin çıxışının qarşısını alan addımlar atmağa cəhd edib. Ancaq yenə də həmişəki kimi Ermənistan beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşib və onun bu cəhdi də rədd edilib. Bu isə bir daha Azərbaycanın beynəlxalq nüfuzu və qlobal prosesləri idarəetmə bacarığı kimi qiymətləndirilməlidir” .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm