Fransanın timsah gözyaşları
Bizi izləyin

Nida Təhlil

Fransanın timsah gözyaşları

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Bir başqa sözlə, Fransa “məzlum” ermənilərin qeydinə qalır. Bu, Fransanın ikiüzlü siyasətinin çoxsaylı nümunələrindən sadəcə biridir.

Çox qəribədir... Yaxın keçmişində Əlcəzairdə sadəcə həzz almaq üçün 100 minlərlə günahsız insanı qətlə yetirmiş bir ölkə, Xocaılda uşaq, qadın, yaşlı demədən dinc insaları amansızca məhv eləmiş başqa bir ölkəyə dəstək verir, onun üçün gözyaşaları axıdır. Sizcə bu, timsahın öz şikarını yeyərkən axıtdığı gözyaşlarını xatırlatmırmı?..

Bu qətnamə tanınsa belə, onun icrası Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən məcburi deyil.

Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır.

Bu qətnaməni müzakirəyə çıxartmaqla Fransa yalnız Ermənistanımı düşünür?.. Məncə yox! Əslində, Fransa Dağlıq Qarabağ münaqişə ocağının tamamilə sönmə biləcəyindən narahatdır. Bu iddia bəzi oxucular üçün təəccüblü gələ bilər, amma burada təəccüblü heç nə yoxdur. Təəssüflər olsun ki, müasir dünyamızda bu geniş yayılmış bir praktikadır: əvvəlcə, münaqişə ocağı yaratmaq, sonra bu münaqişədən bir təsir aləti kimi istifadə etməklə münaqişə tərəflərini sömürmək.

Görünür ki Azərbaycanın Qarabağ münaqişəsində qələbə çalmasını və Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticəsələrə səbəb olmasını Fransa da daxil olmaqla bir sıra ölkələr həzm edə bilmirlər.

Yuxarıda qeyd etdiyimiz qətnamənin təşəbbüskarlarının demək olar ki, hamısının Makron hökumətinə qarşı olması 2 versiyanı ortaya çıxarır: bu, ya hökumət və Senat arasındakı ziddiyyətlərin növbəti təzahürüdür, yaxud da prezident E.Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir.

Sənədin təşəbbüskarları olan 5 senator aşağıdakılardır:

Senatorlar

Senatdakı vəzifələru

Link

1.

M. Bruno Retailleau

Président du groupe Les Républicains

http://www.senat.fr/senateur/retailleau_bruno04033b.html

https://twitter.com/BrunoRetailleau/status/1329100530996703235

2.

M. Patrick Kanner

Président du groupe Socialiste, Écologiste et Républicain

http://www.senat.fr/senateur/kanner_patrick14021p.html

3.

M. Hervé Marseille

Président du groupe Union Centriste

http://www.senat.fr/senateur/marseille_herve11085t.html

4.

Mme Éliane Assassi

Membre de la commission des lois constitutionnelles, de législation, du suffrage universel, du Règlement et d'administration générale

http://www.senat.fr/senateur/assassi_eliane04085p.html

5.

M. Guillaume Gontard

Vice-Président de la commission des affaires étrangères, de la défense et des forces armées

http://www.senat.fr/senateur/gontard_guillaume19347u.html

İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul etidiyi halda, Fransada belə ziyanlı təşəbbülərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.

Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir.

Sonda Fransanın Dağlıq Qarabağın öz müqəddəratını təyinetməsi ilə bağlı veridiyi bəyanatlara Prezident İlham Əliyevin aşağıdakı cavabını sizə xatırlatmaq istərdim: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar” (https://president.az/articles/41712).

Elşad Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm