Nida Təhlil
Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmət deməkdir - RƏY
“Rusiya sülhməramlılarının növbəti kolonunun Azərbaycan ərazilərindən keçərək Xankəndinə yön alması ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət nümunəsi kimi qiymətləndirilməlidir”.
Bu sözləri Publika.az-a deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Ona görə də düşünürəm ki, sülhməramlıların məhz Azərbaycan ərazilərindən istifadə edərək Xankəndinə istiqamətləndirilməsi Rusiya prezidentinin həmin mövqeyi ilə uzlaşır”.
“Biz Azərbaycanın iradəsini xüsusi qeyd etməliyik. Dəfələrlə bildirmişik ki, hərbi qələbəmiz bundan sonrakı siyasi müstəvidə cərəyan edəcək proseslərin bizim maraqlarımız çərçivəsində olmasını təmin edir. Artıq bu hadisə də Azərbaycanın maraqlarına tam uyğun baş verməkdədir. Yəni Azərbaycan öz haqlı mövqelərini inamla müdafiə etməkdədir. Azərbaycanın nəzarəti altında sülhməramlıların maddi-texniki təchizatının məhz bizim ərazilərdən həyata keçirilməsi ölkəmizin iradəsinin qəbul olunmasıdır”, - deyə deputat vurğulayıb.
E.Mirbəşiroğlu nəzərə çatdırıb ki, Ermənistan ərazisindən Xankəndinə 250, Bakıdan Xankəndinə olan məsafə isə 329 kilometr təşkil edir: “Buna baxmayaraq, sülhməramlı kolonun məhz Azərbaycan ərazisindən keçərək Xankəndinə getməsi həm psixoloji, həm də olduqca təsirli məna kəsb edir. Bu, Rusiyanın həm ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətlə yanaşmasının ifadəsidir, həm də beynəlxalq aləm üçün bir siqnaldır. Azərbaycan əraziləri ilə bağlı hər hansı addım atılarsa, mütləq burada rəsmi Bakının icazəsi, nəzarəti olmalı və Azərbaycan əraziləri üzərindən həyata keçirilməlidir”.
Deputat əlavə edib ki, Azərbaycanla Ermənistan arasında indiki şəraitdə heç bir əlaqə və sərhəd-keçid məntəqələri mövcud deyil: “Ona görə də Ermənistan ərazisindən Azərbaycan ərazisinə istənilən daxiloma qeyri-qanunidir. Amma Azərbaycanın öz ərazilərindən sərhədləri çərçivəsində hər hansı regiona, o cümlədən Dağlıq Qarabağa daxilolma Azərbaycanın maraqlarının qorunması və ərazi bütövlüyünə hörmət deməkdir”.
Şamo Emin
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi