Minsk qrupunun indiki cəhdləri xəstə erməni cəmiyyətini xilas etməkdir - Deputat
Bizi izləyin

Nida Təhlil

Minsk qrupunun indiki cəhdləri xəstə erməni cəmiyyətini xilas etməkdir - Deputat

“Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edərkən dedi ki, “Mən sizi bura dəvət etmədim. Mənə məlumat verdilər ki, Minsk qrupu həmsədrləri bura gəlmək istəyirlər. Dedim gəlmək istəyirlərsə, gəlsinlər”. Daha əvvəllər baş tutmuş çoxsaylı görüşlərdə də ölkə başçısı Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün həmsədrlərə sərt təpkilər göstərib”.

Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, onlar isə əksinə, danışıqlar prosesini süni şəkildə uzatmaqla status-kvonun saxlanması üçün imitasiya ilə məşğul oldular: “Müharibə başlanan gündən və sonrakı dövrdə həmsədr ölkə olan Fransa davranışları ilə aydın şəkildə dünyaya demokratiya və insan haqlarından dərs keçənlərin əsl niyyətinin nə olduğunu ortaya qoydu. Azərbaycan Prezidenti kameralar qarşısında son görüşdən sonra 1 il ərzində baş verənləri, yeni reallıqları “qonaqların” nəzərinə çatdırdı. 28 il ərzində təmsil etdikləri qurumun praktiki olaraq avaraçılıqla məşğul olduqlarını və onların əvəzinə müzəffər Azərbaycan Ordusunun cəmi 44 gün ərzində problemi köklü şəkildə həll etdiyini vurğuladıqca, həmsədrlərin, xüsusilə Kaspşik adında bir zatın acınacaqlı sifəti diqqətdən yayınmadı. Çünki 30 il müdafiə etdikləri işğalçı tam iflasa uğrayıb. Özləri lazımsız quruma çevriliblər”.

Deputat qeyd edib ki, bu günün reallıqlarını Ali Baş Komandan İlham Əliyev, müzəffər Azərbaycan əsgəri yaradıb: “Bu reallıqlarla Minsk qrupu həmsədrləri barışmalı və havadarlıq etdikləri ermənilərə izah etməlidirlər. İndiki cəhdləri isə batmaqda olan xəstə erməni cəmiyyətini xilas etməkdən ibarətdir. Onları bura heç kəs dəvət etməyib. Azərbaycan Ordusu ATƏT-in, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi və yeni reallıqlar qurdu. Erməni cəmiyyəti bununla barışmalıdır. Onlar xəstə ideyalarından əl çəkməli, saxta tarixi faktlarla yaşamaqdansa kommunikasiyaların açılmasına və qonşuluq münasibətlərinin normallaşdırılmasına çalışmalıdırlar ki, bir dövlət olaraq inkişaf etsinlər. Ermənistan dünya güclərinə, beynəlxalq təşkilatlara yalvarmağına, Dağlıq Qarabağın statusunun tanınması və saxta genosidlə bağlı çoxsaylı müraciətlərinə son qoymalıdır”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm