Ermənistan etiraf etməlidir ki, bütün problemlər bu səbəbdən qaynaqlanır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistan etiraf etməlidir ki, bütün problemlər bu səbəbdən qaynaqlanır - Politoloq

“44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana, gərgin mənəvi-psixoloji duruma səbəb olub, ölkədə daxili qarşıdurma pik həddə çatıb. Bunu prezident Armen Sarkisyan da etiraf edir. Düşünürəm ki, Ermənistanın gələcəyi yoxdur. Bu cür hərəkətlərlə, apardıqları siyasətlə bu ölkənin heç bir gələcəyi ola bilməz”.

Bu sözləri Publika.az-a danışan politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, 30 il ərzində bu ölkə heç nə etməyib və hansısa mənfəət qazanmayıb: “Onlar hansısa meqalayihələr həyata keçiribmi, insanların güzəranı yaxşılaşıbmı? 30 il ərzində qəpik-qəpik ondan-bundan nələrsə umaraq, xahiş edib yalvararaq pul əldə ediblər. Bu pulu da orduya xərcləyib istehkamlar qurublar. O pulların hamısı hədər getdi. Bir hissəsini öz aralarında dağıtdılar. Digər hissəsini isə bizim ordumuz məhv etdi. Bu 30 il ərzində Ermənistan heç nəyə nail olmayıb, xarici siyasətində tam fiaskoya uğrayıb. Bu, propaqanda deyil, real faktlardır. Bir halda ki, indi erməni müxalifəti xahiş edir ki, Rusiya ilə birlikdə dövlət quraq. Türkiyə və İranla sərhədini rus hərbçiləri qoruyur, Azərbaycanla da sərhəddə ruslar dayanır. Bu o deməkdir ki, bu ölkə özünümüdafiəyə qadir deyil. Ermənistan saxta dövlətdir”.

İ.Vəlizadə qeyd edib ki, Ermənistan iqtisadiyyatı bərbad vəziyyətdədir: “Bunu biz görürük. Ermənistan iqtisadiyyatının strukturuna baxsaq, ümümi daxili məhsulun təxminən 60 faizə yaxınını xidmət sahələri təşkil edir. Çünki bu ölkə iqtisadi baxımdan daha çox xarici donorlardan asılıdır. Bu xarici investisiyalar xüsusilə diaspor yolu ilə Ermənistana daxil olurdu. Bu pullar da iqtisadiyyatın dövriyyəsinə imkan verirdi. Amma son bir il ərzində xarici investisiyalar kəskin azalıb”.

Politoloqun sözlərinə görə, Ermənistan 30 il ərzində heç nəyə nail olmayıb və yanaşmalarında da dəyişiklik yoxdur: “Yanaşma o idi ki, Azərbaycan və Türkiyə düşməndir və bu ölkələrə qarşı hansısa işlər görülməlidir. Yanaşma dəyişməyibsə, 30 ildən sonra da bu vəziyyət dəyişməyəcək. İqtisadiyyatda da heç nə dəyişməyəcək. Etiraf edirlər, ancaq bunun heç bir mənası yoxdur. Dəyişmək lazımdır. Ancaq buna cəsarətləri çatmır. Etiraf etməlidirlər ki, bütün problemlər Azərbaycan və Türkiyə ilə apardıqları siyasətin hesabınadır. Bunu da dəyişmək üçün Azərbaycan və Türkiyə ilə münasibətlərini dəyişməlidirlər. Şərtlər də bəllidir, o şərtlərlə bunu etmək olar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm