Nida Təhlil
Oruc tutanlar mütləq deyil ki, iftar süfrələrinə getsinlər – Deputat
“Ramazan ayı bütün İslam dünyasının müqəddəs ayıdır. Bütün müsəlmanlar müqəddəs dinimizdən irəli gələn borclarını, öhdəliklərini yerinə yetirirlər. Ramazanda oruc tutanlar mütləq deyil ki, iftar süfrələrinə getsinlər. Allahın verdiyi ruzi ilə evdə də iftar açmaq mümkündür”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Millət vəkili bildirib ki, Allah-Təala və “Qurani-Kərim” insan sağlamlığını ən yüksəkdə tutur:
“Əgər insanlar koronavirusun insan sağlamlığı üçün təhlükəli olduğunu görürlərsə, öz sağlamlıqlarını qorumaq üçün zərrə qədər də səhv etməməlidirlər. Bir daha qeyd edirəm ki, Ramazan müsəlmanlar üçün ən müqəddəs aylardan biridir. İnsanlar Allah rizası üçün oruc tuturlar. O demək deyil ki, oruc tutanlar kütləvi iftar süfrələrində iştirak etməlidirlər. İnsanlar özləri ilə yanaşı, başqalarının da sağlamlığını düşünməlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz birlikdə güclüyük. Biz 44 günlük müharibədə monolit birlik nümayiş etdirərək erməni virusuna, pandemiyasına qarşı müharibədə qalib gəldik. Əminəm ki, bu birliyi qoruyub saxlasaq, koronavirusa qarşı da qalib gələrik. Oruc tutanlara hörmət əlaməti olaraq onları iftar süfrəsinə dəvət etmək istəyənlərə demək istəyirəm ki, insanlar evdə də iftar süfrəsi aça bilərlər. Fürsətdən istifadə edib hər kəsi müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm. Allah tutulan orucları, edilən duaları qəbul eləsin”.
Deputat vurğulayıb ki, bu gün bütün dünya qlobal təhlükə olan koronavirus pandemiyası ilə mübarizə aparır:
“Pandemiyadan qorunmağın da əsas qızıl qaydaları mövcuddur. Tibbi maskalardan istifadə, gigiyena qaydalarına riayət, sosial məsafənin gözlənilməsi kimi qaydalara diqqət yetirmək olduqca önəmlidir. Eyni zamanda, vaksinasiyadan keçmək lazımdır. Gigiyena qaydalarına ciddi riayət etmək vacibdir. Eyni zamanda, dünyanın bütün ölkələrində pandemiyanın qarşısını almaq üçün kütləvi tədbirlərin qarşısı alınır. Ölkələr kütləvi tədbirlərdən yayınmaqla insanların sıx toplaşdıqları məkanların sayını minimuma endirirlər. Azərbaycanda da milli-mənəvi dəyərlərimizdən qaynaqlanan xeyir iş və yas mərasimlərində insanların toplaşması da virusa yoluxmaq baxımından çox risklidir. Operativ Qərargahın virusla bağlı təlimatları artıq bir ildir ki, hamıya bəllidir. Bununla bağlı ölkəmizdə xeyir işlərin və yas mərasimlərinin keçirilməsi tamamilə məhdudlaşdırılıb”.
Tural Turan
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi