Nida Təhlil
Bayden Samantanı vəzifəyə gətirir: Azərbaycan USAİD-ə necə etibar etsin?
Bayden 2019-cu ildə Ərdoğanı devirmək istədiyini açıq şəkildə dilə gətirmişdi.
“Ona (Ərdoğana) fərqli yanaşma tətbiq etməliyik. Müxalifət liderlərini dəstəklədiyimizi, “yol xəritəmizin” olduğunu göstərməliyik. Əvvəllər etdiyim kimi, onlarla (müxalif liderləri) ilə təmasa keçərək, Ərdoğanı məğlub edəcək qədər gücləndirməliyik. Çevrilişlə yox, seçki yolu ilə. İstanbuldan bayıra atıldı, partiyası bayıra atıldı. Əvəzini ödəməlidir”, - deyirdi.
Bu, “soyqırımı” ifadəsini işlədən Baydenin qarşıdakı dövrdə Türkiyədə daxili siyasi proseslərə müdaxiləyə start verəcəyi ehtimalını önə çıxarır.
Bu kontekstdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbər vəzifəsində Samanta Pauerin namizədliyinin irəli sürülməsi diqqət çəkir. S.Pauer ermənilərə açıq dəstəyi ilə tanınır, hətta qondarma “erməni soyqırımı”nın qeyd olunduğu 24 aprel tarixini özünü doğum günü elan edib.
Çevrilişlərin maliyyələşməsini həyata keçirən USAİD-in rəhbərliyinə Pauerin gətirilməsi Vaşinqtonun “erməni inqilabı”nı bütün bölgə üzrə platforma olaraq istifadə etmək planını yenidən aktivləşdirmək istədiyindən xəbər verir.
Türkiyə ilə yanaşı, Azərbaycan da hədəf ola bilər. Azərbaycan USAİD-ə artıq etibar etməməlidir.
Asif
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR